Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Turan”ı bağlaya bilərlər” -Mehman Əliyev danışdı

 

Mehman Əliyev rəhbəri olduğu agentlikdəki vergi yoxlamasından danışdı

Yenixeber.org: “Cinayət işi çərçivəsində yoxlama gedir”.

Bu haqda musavat.com-a açıqlamasında hazırda ofisində yoxlama prosesi aparılan “Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev məlumat verib.

Onun sözlərinə görə, “Turan”a qarşı külli miqdarda vergidən yayınma ittihamı irəli sürülüb və bu çərçivədə hazırda yoxlama prosesi gedir:“İttiham var ki, külli miqdarda vergidən yayınmışıq. Avtomatik olaraq yoxlama başlanılır. Azərbaycanda bu proseslərin necə getdiyini hamımız bilirik. Nəticəni də təxmin etmək çətin deyil. “Turan”ı bağlaya bilərlər. Təbii ki, bu proses qanunazidd hərəkətlər nəticəsində baş verə bilər”.

Müsahibimiz “Turan”ın, eləcə də rəhbəri olduğu rusdilli saytın – contact.az-ın son dönəmlərə aid hansısa yazısı, xəbəri əsasında bu təzyiqin başlanma ehtimalını isə qəbul etmədi. M.Əliyev bildirdi ki, ümumiyyətlə, ölkədə azad mətbuat adına heç nə qalmayıb: “Hər kəsi, hər şeyi nəzarət altına götürürlər. İndi isə, nəzarəti tam ələ keçirmək istəyirlər. Öncə sənədləri yığıb aparacaqlar, sonra da... Davamı hər zamankı kimi olacaq. Azərbaycanda onsuz da belədir. Öncə cinayət işi açırlar, sonra yoxlama, sənədlərin təftişi gedir”.

M.Əliyev hazırda “Turan”da iş prosesinin davam etdiyini dedi: “Biz də işləyirik, onlar da... Biz xəbər hazırlayırıq, onlar sənədləri yoxlayırlar”.

Sevinc


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam