Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İRAN BÖHRANININ ANATOMİYASI:tamaşada son, yoxsa müvəqqəti fasilə? – TƏHLİL

Andrey Qanja

regnum.ru, 06.01.2018

 

Yenixeber.org: 2017-ci il dekabrın 28-dən İranda ölkəni sarsıdan çıxışlar boğulub. Hər halda, bu haqda yanvarın 3-də İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandiri general Məhəmmədəli Cəfəri məlumat verib: “Biz bu gün qiyamın dayandığı haqda elan edə bilərik” (əl-Mənar agentliyi, Livan).

Deməli, dəyərləndirmə və təhlilin vaxtı çatıb.

Etirazlar ölkənin şimali-şərqində Xorasan-Rezavi əyalətinin paytaxtı Məşhəddə başlanıb. Mitinqçilər əvvəlcə əsasən “Yüksək qiymətlərə yox” çağırışıyla ancaq iqtisadi tələblər irəli sürüblər. Bu da aydındır: İran sanksiyalar yükündən bir qədər qurtulsa da, iqtisadiyyat geriləmədən çıxsa da, inflyasiya isə aşağı düşsə də, biznes əvvəlkitək investisiya qıtlığı ilə çarpışır, işsizliyin rəsmi səviyyəsi isə 12,4% (gənclər arasında 25%) təşkil edir ki, bu da keçən ilkindən 1,4% çoxdur. Bundan başqa, İran sosial subsidiyaların monetləşdirilməsi proqramını həyata keçirir, bu isə qiymətlərin dövlət tərəfindən önlənməsindən imtinanı nəzərdə tutur. İndi mitinqlər üçün əsas bəhanə kimi nəzərdən keçirilən yumurta qiymətinin 40% artımı buradandır.

Lakin nümayişçilər içində çox tezliklə prezident Həsən Ruhaniyə qarşı siyasi şüarlar meydana çıxıb. Həm də çoxları qeyd ediblər ki, kütlə içində bu şüarları kiçik və savadlı şəkildə yerini dəyişən (deməli, öyrədilənlər?) çevik carçılar qrupu səsləndirib. Amma bu da təəccüblü deyil: İranın prezident qovğasına qatılmış və ikinci yeri tutmuş keçmiş baş prokuroru məhz Məşhəddə yaşayır. Amma Rəisini indi də “ölkənin ən qüdrətli adamı” adlandırırlar, çünki “Astani-Qüds Rezavi”nin (İmam Rzanın məqbərəsi) və deməli, eyniadlı, islam dünyasında ən varlı fondlardan birinin qoruyucusudur.

Bütün bunlara “elitada adi münaqişə” kimi yanaşmaq olardı – etirazlar İranın bütün mərkəzini çox sürətlə bürüməsəydi. Şüarlar içində isə “Ruhaniyə ölüm”dən başqa heç də iqtisadi olmayan “Rəhbrə ölüm” (İran ali lideri Xamenei) və “Süleymaniyə ölüm” də (İİKK generalı, İran, İraq və Suriyada ən təhlükəli və nüfuzlu adamlardan biri) meydana çıxıb. Etirazların siyasi boyası aşkar olub.

İran hökuməti “qiyamı qızışdıranları” çox tezliklə göstərib: ABŞ, İsrail və Səudiyyə Ərəbistanı. Və Tehranın məntiqi sayğı doğurur. Orada bir anda xatırlayıblar ki, böhrandan bir az öncə, dekabrın 12-də Vaşinqtonda İsrail Milli Təhlükəsizlik Şurası başçısı Meir Ben-Şabbat və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hovard Makmasterin “ABŞ və İsrailin İrana birgə müqavimət planını razılaşdırdıqları” müşavirəsi keçirilib. Bundan başqa, ABŞ da, İsrail də etirazçılara dəstək ifadə etməkdə aşkarca tələsib – özü də İranın fəaliyyətdəki hökuməti üçün qeyri-məqbul formada: “… korrupsiyalaşmış hökuməti ləğv etməyə çalışan İran xalqına sayğı” (ABŞ prezidenti Donald Tramp) və “Tehranda indiki hakimiyyət əvəzləndikdən sonra İsrail və İran xalqları yenidən “böyük dost” olacaqlar” (İsrail baş naziri Benyamin Netanyahu). Qaldı ki, səudlara, “…bizim təhlilimizə əsasən, İrana qarşı yönəlmiş yeni heşteqlərin, demək olar, 27%-i Səudiyyə Ərəbistanı hökuməti tərəfindən yaradılıb” (Əli Şəmxani, İran Ali Milli Təhlükəsizlik Şurası başçısı müavini). Daha hansı sübutlar lazımdır?

İrandakı etirazlar “ərəb baharı”nın yeni aktı kimi siyasi texnologiya baxımından nəzərdən keçirilsə, çox bərbad halda düşünülüb. Etirazçılar öz şüarları ilə həm məmurları (“Ruhaniyə ölüm”), həm dindarları (“Rəhbərə ölüm”), həm də hərbçiləri (“Süleymaniyə ölüm”) hürküdüblər. Bəli, temparament özünü göstərib: “dinc etirazçılar” od vurmağa və öldürməyə başlayıblar.

(Liviya, Suriya, Ukrayna təcrübəsindən dərs alan) İran hökuməti hökumətyönlü silsilə mitinqlər keçirməklə, habelə Facebook və İnstagram-ı bağlamaqla özünü yetərincə savadlı aparıb. Onlar açıq və qaba gücü tam beş gün tətbiq etməyiblər. İslam “inqilab keşikiçiləri” yanvarın ikisinədək hadisələri müşahidə edib. Amma Kəhdəricandakı hadisə (“Bəsic” qərargahına basqın və gənc İİKK-çinin həlakı) mitinq edən şəhərlərə girməyə və onları qovmağa tamamilə qanuni əsas verib. Bu, çətin deyildi, çünki general Cəfərinin fikrincə, “hər bir yerdə 1500 nəfərdən çox adam yox idi və bütün ölkə üzrə qanunu pozanların sayı 15 min nəfəri keçmirdi”.

Sual qalır: bu, son idi, yoxsa tamaşada ancaq fasiləydi? Axı baş verən hadisələrdə rejim əleyhdarları tərəfindən də qüvvə işlədilmişdi. Bu, təkcə Kəhdəricandakı insident deyil, həm də az adamın diqqət yetirdiyi Huzistanda Umdiyə şəhərinin yaxınlığında neft borusunun partladılmasıdır. Umdiyə isə təkcə neft borusu deyil, eyni zamanda “Marun” neft yatağı və bir milyon barrellik neft anbarıdır. Partlayış dekabrın 29-da baş verib və  buna görə məsuliyyəti “Ənsar əl-Furqan” öz üzərinə götürüb.

Bu, Umdiyədə ilk partlayış deyil. Bir il qabaq orada qonşu Deyləm əyalətində “Baharqan” yatağında da artıq bu cür partlayış olub. O zaman ASMLA – “Əhvazın xilası uğrunda ərəb mübarizəsi hərəkatı” məsuliyyəti üzərinə alıb. Və bu, rejim əleyhdarlarının heç də yeganə döyüş dəstələri deyil. Hələ MeK (“İran xalqının mücahidləri təşkilatı, “Mücahidani-xəlq”), Cundalla (Bəlucistanda “Allah əsgərləri”), “əl-Nasir Muhiddinin şəhidlər briqadası”) da var…

Bundan savayı, qeydə alınıb ki, son hadisələrin gedişində “İranda şimali-qərbdə kürdlərdən tutmuş şərqdə Bəlxə və cənubda ərəblərə qədər  aşağı səviyyəli separatizmlə üzləşilib. 1979-cu il İslam inqilabından bəri ilk dəfə”. (SITE Intelligence Group, ABŞ).

Ümumiyyətlə, İranda Yeni il etirazlarının ssenariçiləri öz tamaşalarını sürdürməyi və qaynar mərhələyə keçirməyi qət etsələr, qatılmaq istəyində olanlar yetərindən artıq olacaq – “müxaliflər”dən “separatçılar”a qədər: ərəblər, türklərkürdlər və bəluclar. Həm də anlamaq lazım  gəlir ki, “separatçılar”ın əksəriyyəti böyük üstünlüklə sünnilərdir. Və onlar kürəklərini öz məzhəbdaşlarına söykəyiblər: Səudiyyə Ərəbistanına (dəniz üzərindən), Türkmənistana, Suriya-İraq Kürdüstanına, Pakistana. Belə ki, şiə Tehranına qarşı mümkün güc qarşıdurması qaçılmaz şəkildə bəşər tarixində ən dəhşətli formalardan birini alacaq – dini formanı. Amma, bəlkə də, böhran ssenariçilərinin məqsədi də məhz budur. Və bu mənim deyil, Fransa prezidenti Emmanuel Makronun  ideyasıdır: “Bir çox baxımdan müttəfiqlərimiz olan Birləşmiş Ştatlar, İsrail və Səudiyyə Ərəbistanının yürütdüyü rəsmi xətt, demək olar, bizi müharibəyə aparan xətdir” (Reuters, 3 yanvar).

Lakin bu ən yaxın gələcəyin çirkin perspektividir. Bu günki nəticələri dəyərləndirsək, qaçılmaz şəkildə nəticəyə gəlirsən ki, etirazların savadsız təşkili ABŞ, İsrail və Səudiyyə Ərəbistasnının maraqlarına tam zidd nəticələrə səbəb olub. İran böhranının arxasında onlar durursa (buna isə çox bənzəyir), onda onların aşkar məqsədi “Suriyada şərq triumviratını” – Rusiya, Türkiyə və İranı zəiflətmək idi.

Türklər kinayə ilə cavab veriblər: “Bu etirazçıları dəstəkləyən yalnız iki fiqur var: Tramp və Netanyahu. Biz bu cür müdaxiləyə qarşıyıq…” (Mövlud Çavuşoğlu, Türkiyə xarici işlər naziri).

Ruslar ABŞ-a quru şəkildə “İranla bundan sonrakı müsbət və effektli əməkdaşlığa mane olan addımlar atmamağı” tövsiyə ediblər (Sergey Ryabkov, RF xarici işlər naziri müavini).

Döyüş dəstələri Suriyada antiəsəd qüvvələrin hamısını sonsuz dərəcədə qıcıqlandıran və qorxudan “Hizbullah”ın baş katibi Həsən Nəsrullah isə aşkar şəkildə təcavüzkar idi: “Bizim məqsədimiz müharibəyə girişmək deyil, müqavimət göstərməkdir, amma Tramp və Netanyahu bölgəni müharibəyə itələyə bilərlər və müqavimət oxu buna hazırdır… On minlərlə adam istənilən müharibədə bizə qioşulacaq”.

(Arayış üçün: “Müqavimət oxu bölgəsəl antiisrail alyansının – “Hizbullah-Suriya-İran” – artıq ənənəyə çevrilmiş adıdır”.)

Lakin Yəmən husiləri – İranın artıq Ərəbistan yarımadasındakı qeydsiz-şərtsiz müttəfiqləri daha açıq şəkildə reaksiya veriblər. Yəmənin “SƏBA” milli agentliyinin məlumatına əsasən, onlar yanvarın 5-də daha bir raket zərbəsi endiriblər: bu dəfə Səudiyyənin Əsir əyalətində Əyan-Təvreyn hərbi düşərgəsinə.

Başqa sözlə, “şərq triumviratı” Yeni il etirazlarının nəticələrinə görə zəifləməyib, amma Avropada prezident səviyyəsində şübhə var. Buna görə də güləcəksiniz, amma bu süd küpəsinin qaymağını daha çox Vladimir Putin yığacaq!

Bu, yolverilməzdir! İstənilən halda, ehtimal ki, “BMT Nizamnaməsində təsbit edilən və İranda həmlələrə məruz qalan azadlıqlar” baxımından (ABŞ-ın BMT-dəki səfiri Niki Heylinin ifadəsi).

Və məhz buna görə İran böhranının inkişafı qaçılmaz görünür…Tərcümə: (strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam