İranda ötən həftədən başlayan, çox sayda insanın ölümünə, yaralanmasına və həbs olunmasına səbəb olan aksiyalar davam edir.
Yenixeber.org: İqtisadi çətinliklərə etiraz olaraq başlayan aksiyaları yatırtmaq üçün bu gün İran İnqilab Keşikçiləri Ordusu küçələrə çıxıb. Artıq ölkənin 3 şəhərində İnqilab Keşikçiləri hazır vəziyyətə gətirilib.
İnqilab Keşikçiləri Ordusunun komandanı general Məhəmməd Əli Cəfəri "yeni bir qarışıqlığın" qarşısını almaq üçün qarşıdurmaların daha sərt olduğu Həmədan, İsfahan və Loristan şəhərlərində xüsusi qüvvələrin yerlişdirdiyini açıqlayıb.