Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

SEPAH:İranda fitnəni törədənlər çox sərt cəzalandırılacaqlar

 

"Bu gün deyə bilərik ki, 1396 -cı ildə (İranda il martın 21-də dəyişir) baş verən fitnə sona çatıb. Bu fitnənin məğlubiyyətini elan edirəm"

 

 

Yenixeber.org: Bunu İran İslam Respublikasının Keşikçilər Korpusunun (SEPAH) baş komandanı general-leytnant  Məhəmmədəli Cəfəri deyib.

 

M. Cəfəri bildirib ki, ABŞ, sionistlər və "əl-Səud" İŞİD-ə İrana girmək barədə  göstəriş verib: "İŞİD-in bəzi qrupları ölkədə iğtişaşlar və partlayışlar törətmək məqsədilə ölkəyə girib. Bəziləri hesab edir ki, Amerika ilə dostluq etsələr, iqtisadi cəhətdən güclü olacaqlar. Həmin şəxslərə məsləhət görürük ki, hər şeyini ABŞ-la dostluğa qurban vermiş Misirin durumuna bir baxsınlar".

 

M. Cəfəri hadisələr zamanı Qəhdrican, İzə və Nəcəfabadda insanların öldürülməsi üçün planlar qurulduğunu müşahidə etdiklərini deyib: "Kütlə arasında cinayətlər törədildi. Son fitnə zamanı SEPAH yalnız üç əyalətdə -İsfahan, Lorestan və Həmədanda aksiyalara məhdud şəkildə müdaxilə etdi. Fitnə zamanı toplananların sayı böyük şəhərlərdə 1500 nəfər idi. Ökə üzrə ümumlikdə iğtişaşlarda 15 min nəfər iştirak edib. Cümə günündən bu tərəfə fitnənin mərkəzində olan şəxslərin əksəriyyəti İnqilaba zidd qruplaşmalar və münafiqlər (Xalq Mücahidləri Təşkilatı) tərəfindən təlim görmüş şəxslər idi. Onların hamısı həbs olunub və çox sərt cəzalandırılacaqlar".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam