Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Səudiyyə şahzadəsi vəhhabiliyin kökünü kəsəcəyini vəd edir:“Mötədil islama qayıdacağıq” – Müsahibə

Səudiyyə şahzadəsi Muhəmməd bin-Salman

 

Yuri Zaynaşev, Andrey Rezçikov

vz.ru, 25.10.2017

 

Yenixeber.org: Səudiyyə Ərəbistanı köklü dəyişikliklər astanasındadır. Krallığın təməli qoyulandan bəri onun həyatında başda duran İslamın ultramühafizəkar variantı vəhhabiliyin yerinə “mötədil islam” gəlməlidir. Bu haqda əcnəbi yatırımçılar üçün forumda Səudiyyə Ərəbistanının varis şahzadəsi Muhəmməd bin-Salman əl-Səud bildirib.

Taxt varisi zalda alqışlar dalğası altında bəyan edib: “Biz olduğumuz yerə, ətraf aləm, qalan bütün dinlər üçün açıq mötədil islama doğru getmək istəyirik”.

O, əlavə edib ki, Səudiyyə Ərəbistanı əhalisinin 70%-i 30 yaşdan kiçikdir və dövlət radikal islam ideyaları və ekstremizm üzündən hələ bir 30 il də itirmək istəmir. Varis vəd edib ki, bu ideyaların kökünü kəsəcək.  

Bu, şahzadənin yeganə cürətli vədi deyil. Şahzadə Muhəmməd “Görüntü-2030” iqtisadi islahatlar proqramını təqdim edərək həm də Qırımız dəniz sahilində “sıfırdan” NEOM adlı şəhər salmaq planları haqda da məlumat verib. Onun dəyəri, ən azı, 500 milyard dollar qiymətləndirilir, gələcək şəhərin “gözü” isə Misirlə Səudiyyə Ərəbistanını Qırmızı dəniz üzərindən birləşdirəcək körpü ola bilər. Başlıcası isə, şəhər futuroloqların arzusunun gerçək təcəssümü olacaq. Şahzadənin sözlərinə görə, məsələn, orada robotların sayı adamların sayından çox olacaq. Robotlar orada bütün fiziki və yaxud yorucu işləri görəcək.

 “Sivilizasiyaların dialoqu” institutunun eksperti Aleksey Malaşenko “Vzqlyad” qəzetinə müsahibədə kral sarayının çoxlarının totalitar adlandırdığı dövlətdə niyə yuxarıdan inqilaba cəsarət etdiyi haqda danışır.  

 

-Aleksey Vsevolodoviç şahzadə Muhəmmədin bu cür inqilabi bəyanatı sizin üçün sürpriz olmadı?

Aleksey Malaşenko

 

-Bunda təəccüblü heç nə yoxdur. Dövlət və cəmiyyətin modernləşdirilməsi üzrə səudların iki mərhələni ehtiva edən əzəmətli proqramı artıq hazır idi: 2025-ci ilədək və sonra 2030-cu ilə qədər. Bu, bütün səud cəmiyyətinin yenidən qurulmasını, o cümlədən, məsələn, gənclər, Qərb turistləri üçün əyləncə mərkəzlərinin inşasını bildirir. Təsəvvür edə bilərsiniz, bütün bunlar islamla necə uzlaşacaq? Səudlar mühafizəkar dövlət deyilən durumdan çıxmaq istəyir, bu yöndə böyük səylər göstərirlər. Onlar neftin gec-tez tükənəcəyindən çıxış etməklə səf-səf proqramlar düzürlər. Buna görə də bütün pulları modernləşmə üçün istifadə edirlər. Və istisna olunmur ki, bu, baş tutacaq və 15 ildən sonra başqa bir Səudiyyə Ərəbistanını görəcəyik.

Amma bir əmma var. Düşünürəm ki, bu, daxili siyasi durumun kəskinləşməsinə səbəb olacaq. Radikal islamçılar ayağa qalxacaq və deyəcəklər ki, bu, islam prinsiplərindən uzaqlaşmaqdır. Siyasi vəziyyət artıq kəskinləşir. O, həmişə qəliz olub – xüsusən də indi yeni varisin gəldiyi bir vaxtda. Həm də bu yaxınlarda ölkəmizə gəlmiş və əsayla Kremldə gəzişmiş kral Salman 1931-ci ildə doğulub, əbədi deyil. O bunu çox gözəl anlayır. Amma, budur, Qərb təhsili almış bu cavan oğlan ölkəni transformasiya edəcək. Necə deyərlər, Allah ona yar olsun, amma reaksiya çox sərt olacaq. Ən yaxın vaxtlarda ən amansız müqavimət görəcəyik. Onlar buna hazırlaşırlar. Buna görə İŞİD-ə, başqa çoxlu radikallara qarşı inadla mübarizəyə başlayıblar. Durum olduqca maraqlıdır.

Nə qədər qəribə səslənsə də, Səudiyyə Ərəbistanında bir vaxtlar hətta kommunist partiyası da var idi. Mənim evinmdə hətta onun bayrağı da var. Səudiyyə kommunistləri hələ 80-ci illərdə mənə deyirdilər ki, fanatik islam, islamçılıq bir gün ifrat etiraz doğuracaq. Onlar hələ o vaxt cəmiyyətdə ideoloji xətt üzrə parçalanma olacağından danışır və yeni nəsil gəlincə mənə “20-25 il gözləməyi” təklif edirdilər.

Yeri gəlmişkən, krallıqda libreallaşdırma cəhdləri artıq baş verib – özü də iki dəfə. 60-cı illərdə orada Misirdəki hər şeyi dəyişməyə çalışan, inqilab təşkil etmək istəyən “Azad zabitlər”in bənzəri kimi “Azad əmirlər” adıyla valehedici təşkilat meydana çıxmışdı. Amma hamısını həbs edərək güllələyiblər. Sonralar 80-ci illərdə islahatlara yeni, amma hədər cəhdlər olub. İndi üçüncü dəfə islahatçıların işi alına bilər.

– Bu şahzadə hansı ictimai zümrələrə söykənə bilər?

-Cavan, yeni elitaya. Orada kral Səudun övladlarının sülaləsi başa çatır. Hətta ikinci də deyil, üçüncü nəsil gəlir. Bax, bu cavan Muhəmməd Qərbə yönələcək, lakin bu zaman Qərbə təzyiq rıçaqı kimi Rusiya ilə münasibətlərdən yararlanacaq. Onunku baş tutsa, onda keyfiyyətcə yeni dövlət meydana çıxacaq. Baş tutmasa, dəhşət olacaq. Bəs şahzadəni öldürsələr? Orada Kəbə ətrafında o qədər teraktlar olub…

-Xüsusi xidmətlər şahzadəni sui-qəsdlərdən nə dərəcədə qoruya bilər? O, güc qurumları arasında dayaq tapa bilərmi?

-Bütün xətlər üzrə tam parçalanma gedəcək: xüsusi xidmətlər, ordu, hətta neft sənayesi üzrə də çatlar yaranacaq. Səudlar hazırda özlərini böyük dövlət, iki müqəddəs ocağın – Məkkə və Mədinənin mühafizi kimi hiss edirlər. Və birdən əyləncə mərkəzlərinin inşası ilə məşğul olmağa başlayırlar. Bunu yenidən mənalandırmaq, başa düşmək gərəkdir. Bütün bunlar dedikcə qəlizdir.

-Siz “yeni elita”nı xatırlatdınız. O nə dərəcədə güclü zümrədir?

-Olduqca güclüdür. Amma ona da qarşı sanballı zümrə durur. Əlbəttə, neftə sülalə nəzarət edir. Amma sülalənin daxilində islamçılığa səmimiyyətlə inanan uşaqlar var. Üstəgəl, Ər-Riyadda çox gözəl başa düşürlər ki, planlaşdırdıqları kimi modernləşsələr, böyük, ənənəvi islamın ümumdünya dayağı kimi Ərəbistandan təəssürat zəifləyə bilər. Səudlar beləliklə nüfuzu itirə bilərlər. Fars körfəzi ölkələri ilə problemlər güclənə bilər – hələ İranla promlemlər haqda demirəm. İstənilən halda bütün müsəlman dünyasına təsir edəcək böyük dəyişikliklər gəlir.

-Səudiyyə Ərəbistanında İrana yön götürən şiə azlığı yaşayır. Həm də məhz neft mədənlərinin cəmləşdiyi əyalətdə yaşayır. Deyirlər ki, onlar indiyədək ayrı-seçkiliyə məruz qalıblar. Mərkəzi hökumət zəifləsə, şiələr öz incikliklərinə görə qisas almağa cəhd etməzlər?

-Hazırda orada şiə və sünnilərin ədavət apardığı səfeh bir orta əsrlər durumu meydana çıxıb. Amma bu cür yenidənqurma başlansa, yeni hakimiyyət kimin şiə, kimin sünni olduğuna tüpürmək də istəməyəcək. Onlara çağdaşlıq ruhu daha yaxındır. Tutaq ki, İranda da indiki prezidentin başladığı modernləşmə davam edəcək. Həm orada, həm burada hökumət modernləşdirici olsa, onda uşaqlar hətta hər cür çətinliklər içində öz aralarında dil taparlar.

-Ümumiyyətlə, Səudiyyə dövləti bu cür yenidənqurmadan dağılmağa başlamaz?

-Zaman sürətlənir. Hər yerdə mühafizəkarlarla modernçilərin münaqişəsi kəskinləşir. Bu dəyişikliklər səudlar üçün başqa ölkələrdəkindən daha ağrılı olacaq. Amma düşünürəm ki, Muhəmməd taxta çıxanda bu dəfə baş tuta bilər. Düşünürəm ki, bu lap yaxın vaxtlarda baş verə bilər, çünki Salaman tamamilə xəstədir.

-Bu dövlət gələcəkdə sizə necə görünür? İndiki Türkiyəyə bənzəyəcək? Dünyəvi parlament respublikası meydana çıxa bilərmi?

-Yeni Atatürk lazımdır. Muhəmməd bin-Salman Atatürk olacaqmı? Bilmirəm. Onda ədalar var. Amma Türkiyədə Osmanlı imperiyası I dünya savaşına məğlub olub dağılarkən Atatürk meydana çıxıb.  Dünyəvi dövlət islamlaşdırılmış imperiyanın məğlubiyyətinə reaksiya kimi ortalığa çıxıb.

Orada nə olacaq, Allah bilir. Amma bu oğlan çox radikal köklənib.

–Muhəmməd həm də “gələcəyin fantastik şəhəri” NOEM-i inşa etməyə söz verib. Bu planlar gerçəkləşəcək?

-Onlar tikəcəklər. Səudiyyə təyyarələrində sərnişinlərə viski verməyə başlayanda, bax, bu, əsil çevriliş olacaq. Bu isə olacaq!


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam