Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səudiyyə şahzadəsi İranla müharibə anonsu verdi-"Qaçılmaz olacaq"

Səudiyyə şahzadəsi İranla müharibə anonsu verdi

 

 

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salman Əl Səud 10-15 ildən sonra İranla mümkün müharibədən danışıb.

Yenixeber.org: "Wall Street Journal" nəşrinə müsahibə verən şahzadə regionda hərbi qarşıdurmadan yayınmaq üçün dünya ictimaiyyətini rəsmi Tehrana qarşı daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.

"Biz nə olursa-olsun, hərbi münaqişədən qaçmalıyıq. Əgər buna nail olmasaq, 10-15 ildən sonra İranla müharibə başlayacaq", - şahzadə deyib.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman ABŞ-da iki həftəlik səfərdədir. O, bir neçə gün əvvəl ABŞ-dakı yəhudi icmasının liderləri - İsrail ictimaiyyəti ilə əlaqələr üzrə Amerika Komitəsi, Antidiffamasiya Liqası, Amerika Yəhudi Komitəsi, “Bney Brit” və digər yəhudilərin başqa təşkilatlarının təmsilçiləri ilə görüşüb.

Məhəmməd bin Salman ABŞ prezidenti Donald Tramp, onun müşaviri və kürəkəni Cared Kuşner, müdafiə naziri Ceyms Mettis, Yaxın Şərq üzrə xüsusi səfir Ceyson Qrinblattla da görüş keçirib.

Onu da xatırladaq ki, Səudiyyə Ərəbistanı ilə İsrail arasında yarandığı vaxtdan indiyədək heç vaxt diplomatik münasibət olmayıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam