Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"AAAF Park"da nə baş verir?

 

Bu gün Azərbaycanda fəaliyyət gstərən məşhur tikinti şirkətlərindən olan “AAAF Park”ın əmlakına həbs qoyulduğu  və sahibinin həbs edildiyi barədə mediada xəbər yayılıb.

Yenixeber.org: Şirkətin hüquqşünası Səbuhi Axundov yayılan xəbərlərlə bağlı Lent.az-a açıqlama verib. O bildirib ki, şirkətin əmlakına həbs qoyulması barədə yanlış məlumatların yayılmasının səbəbi bu gün Ədliyyə Nazirliyi Abşeron rayon İcra Şöbəsinin əməkdaşlarının ipoteka yükü olan əmlaklara baxış keçirməsidir: "İcra məmurları əmlakın faktiki vəziyyəti ilə tanış olublar. Bu proseduranı isə böyüdərək guya şirkətin əmlaklarına həbs qoyulduğu kimi təqdim ediblər".

 Məlumata görə, icra məmurları şirkət rəhbərliyinə sadəcə əmlakları sata bilməyəcəkləri barədə xəbərdarlıq ediblər. 

 S.Axundov şirkətin təsisçisi Tofiq Heydərovun həbs edilməsi xəbərinə də münasibət bildirib. O deyib ki, bu xəbər də həqiqəti əks etdirmir: “Tofiq müəllim hazırda Kosovodadır və Ağır Atletika Federasiyasının nümayəndə heyətinin tərkibində yarışda iştirak edir".

 Qeyd edək ki, Vergilər Nazirliyində "AAAF Park"ın digər həmtəsisçisi Ruslan Xanverdiyev barəsində cinayət işi açılıb, lakin sonradan o, vergi borclarını hissə-hissə ödəməyi öhdəsinə götürdüyü üçün iş dayandırılıb. 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam