Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Böhran “AAAF İnşaat”-ı da "vurdu": Tikinti işləri dayandırıldı

 

Beynəlxalq Bankın sabiq prezidenti, maliyyə xəyanətinə görə işdən çıxarılan və daha sonra həbs edilən Cahangir Hacıyev və MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlılığı olduğu bildirilən “AAAF İnşaat” çətin vəziyyətlə üzləşib. Əslində tikinti şirkətinin problemlərinin yarandığı Cahangir Hacıyev ətrafında qalmaqalın başlaması ilə eyni zamana təsadüf etdi.

Xeberinfo.com:   Məlumatlara görə, C.Hacıyevin “AAAF İnşaat” MMC ilə iş əlaqələrinin kökü milyonlara dayanır. C.Hacıyev bu şirkətə daha aşağı faizlə uzunmüddətli kreditlər verdiyi də yayılan məlumatlar arasındadır.
İndi bu hər iki şəxsin “vurulması” “AAAF Park”ın müflisləşməsinə və tikintinin dayanmasına səbəb olub.
Bütün tikinti işlərini dayandırıldığı “AAAF Park”dan ev alan insanlar isə çətin duruma düşüb.
Bizimxeber.az-a daxil olan məlumata görə, hətta ötən ildən ödəniş edilən binalarda da tikinti işləri başlamayıb. Bu vəziyyətin davam edəcəyini görən müştərilər “AAAF Park” rəhbərliyinə müraciət edərək vəsaitin geri qaytarılmasını tələb edirlər.
Lakin onlara vəsaitin geri qaytarılmasının hazırda mümkün olmadığı bildirilib və qeyd olunub ki, hazır evlər satıldıqdan sonra pulların qaytarılması mümkün ola bilər. Bu isə ən azı 1 il zaman tələb edir. Alıcılar onsuz da çətin vəziyyətdə qaldıqlarından 1 il sonra manatın daha da dəyərdən düşəcəyi qorxusu ilə vəsaitin tamamilə dəyərsizləşəcəyinin narahatlığını yaşayır. Ancaq “AAAF Park” verilən vədləri yerinə yetirmədiyinə görə alıcıların görüş tələbinə cavab vermir. Zərərçəkənlərin sözlərinə görə, görüş tələblərinə müsbət cavab alıb ödənilən vəsaitlər geri ödənilməyəcəyi təqdirdə kütləvi aksiyalara başlayacaqlar. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam