Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakıda 3 avtobus xətdən kənarlaşdırıldı

Bakıda 3 avtobus xətdən kənarlaşdırıldı

 

Yenixeber.org: Bakı Nəqliyyat Agentliyi müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin mövcud vəzəyyətini yoxlamaq məqsədi ilə monitorinqləri davam etdirir.

 

Agentlikdən Modern.az-a verilən məlumata görə, son 10 gün ərzində keçirilən növbəti monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülər müəyyənləşib.

 

Məlumat üçün qeyd edək ki, 173 nömrəli marşrut xətti üzrə 10-TF-819 Dövlət Qeydiyyat Nişanlı, 186 nömrəli marşrut xətti üzrə 10-TL-375 Dövlət Qeydiyyat Nişanlı, 139 nömrəli marşrut xətti üzrə 99-JM-781 Dövlət Qeydiyyat Nişanlı avtobusların texniki baxımdan qoyulan tələblərə cavab verməməsi, istismara yarasız vəziyyətdə olması aşkar edilib.

 

Qeyd edilən nəqliyyat vasitələri xətdən kənarlaşdırılıb, əsaslı təmir olunması üçün daşıyıcıya xəbərdarlıq olunub.

 

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasına malik olmayan, nəqliyyat vasitələrini texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılar ictimai nəqliyyat şəbəkəsindən kənarlaşdırılacaq və Agentlik öz səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam