Redaktor seçimi
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Günün xəbəri

“Jurnalistlər binası” qarşısında yol nişanları quraşdırıldı-FOTOLAR

 

 

“Jurnalistlər binası”nın qarşısında dayanacaq nişanları quraşdırılıb

 



Yenixeber.org: Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev AZƏRTAC-ın sualını cavablandıraraq deyib.

O bildirib ki, “Bibiheybət yolu”nda vətəndaşların gediş gəlişini asanlaşdırmaq üçün 125 nömrəli marşrut xəttinin sxemi dəyişdirilib və “Jurnalistlər binası”nın qarşısından keçməsi üçün şərait yaradılıb:

"Burada avtobusların dayanması üçün yol nişanları quraşdırılıb, gələcəkdə dayanacaq məntəqələrinin quraşdırılması da həyata keçiriləcək".
M.Ağayev qeyd edib ki, bu yolda sürət həddi yüksək olduğundan piyada zolaqlarının çəkilməsi mümkün görünmür:

"Lakin Bakı Nəqliyyat Agentliyi həmin ərazidə araşdırma apararaq yerüstü piyada keçidinin çəkilməsi ilə bağlı təklif hazırlayıb. Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına təqdim olunan təklif təsdiq olunub".

Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar bu gündən (fevralın 3-dən) yenilənmiş sxem üzrə hərəkət edir. Bu marşrut xətti üzrə 125 nömrəli avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edirlər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam