Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu maşına minən insan niyə qəddarlaşır?

 

Azərbaycanda və dünyada “Gelandevagen” “sevdalıları” barədə bilmədiklərimiz

Yenixeber.org: Bir neçə il bundan əvvəl salyanlı iş adamı Qurban Abbasov oğlunun paytaxtda baş tutan səs-küylü toy mərasimi ilə bağlı gündəmə gəlmişdi. Buna səbəb "Gelandevagen" "kortej"i ilə müşayiət olunan mərasimin xeyli səs-küy yaratması idi. Halbuki daha öncə toy karvanının sabiq müdafiə naziri Səfər Əbiyevin oğluna məxsus olması ilə bağlı mətbuatda xəbərlər yayılmışdı. 
Bəli, Bakıda illər öncə bu markalı maşınlar daha çox toy, nişan mərasimlərinin vazkeçilməzi sayılırdı. Daha sonra isə bu, varlı balalarının, məmur övladlarının yarış maşını kimi xatırlanır. Buna səbəb bu günə qədər sözügedən marka maşınla yol verilən qəzaların sayının artması, bu qəzaların insan ölümləri ilə müşayiət olunmasıdır. Bəli, Azərbaycan mətbuatı və ictimaiyyəti insan ölümlərinə səbəb olan bu maşınlara bəlkə də onların sahiblərindən daha çox nifrət edir. Bizdə elə təəssürat yaranıb ki, bu maşınlar onların sahiblərini avtomatik olaraq qəddarlaşdırır, sürət və göstəriş hərisinə çevirir.

Image result for Qurban Abbasov toy


Biz isə bu maşının yaranma tarixinə, keçdiyi yola nəzər salaq. Deyilənə görə, “Galenvagen” sahibləri bir xəzinəyə sahib olduqlarını bildikləri üçün bunu kiməsə izah etməyə ehtiyac duymur. Bu maşın yaxşı konyak kimidir və ildən-ilə dəyəri artır, dəbdən düşmür və rəqabətdə uduzmur. Unutmaq olmaz ki, onu ötən yüzillikdə klassik avtomobil kimi dövriyyəyə buraxmışdılar.

Belə ehtimal var ki, “Galenvagen” (əslində isə bu söz alman dilində “Gelandewagen” yazılır və hərfi tərcüməsi yolsuzluq üçün avtomobil mənasını verir-S.T) NATO hərbçilərinin sifarişi əsasında hazırlanıb. Amma faktlar bunun əksini deyir – maşın 1979-cu ilin fevralında dövriyyəyə buraxılıb, onun hərbi versiyaları isə ancaq 1981-ci ildə yaranıb. Bundan başqa, NATO bu maşınlardan əldə etmək üçün hər hansı cəhd etməyib. Əksinə Daimler-Benz konserni onlara bu maşını təklif edəndə nümayişkaranə şəkildə ondan imtina ediblər.


İmtinanın isə iki əsas səbəbi olub – iqtisadi və siyasi səbəb. Hərbçiləri bu maşının və onun ehtiyat hissələrinin yüksək məbləği narahat edib. Bundan başqa, Daimler-Benz heç də “oyunu qaydalarına görə oynamayıb”. Belə ki, öncə maşını Almaniya ordusuna təklif etmək əvəzinə, başqa bir ölkəyə təqdim edib. Bu da siyasi səbəb sayılırmış....

Image result for Gelandewagen


Yenə də maraqlıdır: bu qeyri-adi maşını öncə kim sifariş edib? Təəssüf ki, sifarişçilərin bəziləri maşın dövriyyəyə buraxılan zaman artıqhəyatda yox idi. Amma əsas sifarişçi – Məhəmməd şah Rza Pəhləvi olub. O, İrandan ABŞ-a qaçmalı idi. Uzun sürən ağır xəstəlik onu əldən saldığı üçün son günlərini yaşayırdı. Amma islam inqilabı Daimler-Benzin uzaqgedən planlarını məhv etdi.


Bundan öncə isə konsernin rəhbrəi Fridrix Flik özünün 38 faizlik səhmlərini şərqə satmağa hazır idi. Həmin vaxt İran şahı öz ordusu üçün 20 min orijinal maşın – “Galenvagen” əldə etmək istədi. Bu zaman Daimler-Benz və Steyr-Puch asanlıqla 100 milyon mark vəsaiti bu işə yatırdılar və Avstriyanın şəhəri Qrasda bu maşının istehsalına başladılar. 
Bəs İrana lazım olmayan bu qədər maşınla nə etməli? Həmin vaxt heç kim düşünmürdü ki, bu maşını qeyri-adi və uzun bir həyat gözləyir. 1983-cü ildə Ceki İks və Klod Brassenin idarə etdiyi G-vagen Paris-Dakar supermarafonunda qalib gəldi. Ardınca Roma Papası inanclılarla bütün görüşlərinə bu maşınla getdi. Bir çox dövlət adamlarının eskortlarında da yavaş-yavaş Qalenvagen görünməyə başladı. Bu sırada keçmiş Rusiya prezidenti Yeltsinin adını çəkmək olar.

Hərbçilər də onu özününkü saymağa başladılar. Onu öncə Argentina, Norveç və İndoneziyada, ardınca isə digər bəzi ölkələrdə orduya qəbul etdilər. Əldə edilən razılaşmaya görə, Avstriya, İsveçrə, Sloveniya və Xorvatiyada bu maşını “Mercedes-Benz” yox, “Puch” firmasının məhsulu kimi təqdim etdilər. Burada əsas rolu Avstriya və Almaniya mallarına olan münasibət təşkil etdi.


Burda uzun-uzadı sözügedən maşının texniki göstəriciləri, özəllikləri və sair barədə yazmaq olar. Amma nəzərə alırıq ki, potensial alıcılar zatən bu barədə yetərincə məlumatlıdır. Və bu texniki detallar oxucular üçün o qədər də maraqlı olmayacaq. Sadəcə bir detalı nəzərinizə çatdıraq ki, yeni “Mercedes Benz G-Class 2013” modelinin Almaniyadakı qiyməti 85 500 avrodan başlanır.

Image result for Gelandevagen


Keçək Azərbaycana. Ölkəmizdə bu maşınları kirayə götürənlər də az deyil. Kirayə maşın firmalarının təqdim etdiyi seçimlər sırasında “Gelendevagen” maşınları da xüsusi yer tutur. Firmalardan apardığımız rəy sorğularında məlum oldu ki, insanlar daha çox birgünlük kirayəyə üstünlük verirlər. Bu, aeroportdan qonaq qarşılayanlar, qonağını bu maşında şəhərdə gəzdirmək istəyənlər, çox nadir hallarda isə toy korteci təşkil etmək istəyənlərin müraciətini əhatə edir. Amma bu maşınların birgünlük kirayəsi 400 AZN, həftəlik kirayəsi 3000 AZN, aylıq kirayəsi isə 6500 AZN-dir. Daha çox bu markalı maşınların qara rəngdə olanı tərcih edilir. İkinci yerdə isə ağ rəngdə olanlar gəlir.


Daha bir məqam. Bakıda "Kitayski Galendevagen” də satışa çıxarılıb. Söhbət "Galendevagen”in oxşarı olan"Baic BJ80” modelindən gedir. Bu Çin avtomobillərinin rəsmi təmsilçisi "Sirena Motors” şirkətindən yayılan məlumatdır. Belə ki, Baic avtomobil zavodu "Mercedes”lə əməkdaşlıq edir. Hətta Çin bazarı üçün nəzərdə tutulan "Mercedes” avtomobillərini Baic zavodu buraxır. "Baic BJ 80” də “Mercedes Benz” ilə birgə işlənib hazırlanıb. Avtomobilin hətta kuzovu da "Galendevagen” modelinin kuzovu ilə eynidir. Sadəcə avtomobilin ölçüləri, ön bamper və radiator barmaqlıqları fərqlənir.


"Baic BJ 80” "Galendevagen”dən mühərrikinin daha kiçik olması ilə fərqlənir. Krossover 250 at gücündə 2.3 litr mühərriklə təhciz edilib. "Baic BJ 80” avtomat sürət qutuludur. Avtombilin təhcizatına gəlincə, "Sirena Motors”dan bildiriblər ki, "Baic BJ 80” təhlükəsizlik sistemi bütün sınaqlardan çıxıb. Avtomobilin salonu isə "Galendevagen” ilə oxşardır.


Avtomobilin qiymətinə gəlincə, "Galendevagen”dən 3-4 dəfə ucuzdur. “Krossover”ın Bakıda satış qiyməti təxminən 60 min manatdan başlanıb.


Bakıda bu markalı maşınların çox populyar olduğunu demişdik. Hətta o qədər ki, onun qızılı rəngdə olan versiyası da şəhərdə peyda olub. Qızılı rəngli maşının ölkəmizdə ilk olduğu bildirilir. Bir neçə il əvvəl sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılan və müzakirələrə səbəb olan, ölkəmizdə ilk olan qızılı rəngli maşının markası "Gelandevagen" Brabusdur. Avtomobilin qiyməti 670 min dollar (1 milyon AZN) və ya 623 min avrodur.

Sevinc TELMANQIZI 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam