Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputat:Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər

Deputat:

 

Məhərrəmlik ayı bitib. Artıq neçə gündür ki, paytaxt restoranlarından, şadlıq evlərindən toy-nişan məclislərinin səsi eşidilir

 

Yenixeber.org: Milli Məclisin deputatı Fazil Mustafa məhərrəmlik ayından sonra başlayan toy adətlərinin vəhşilik əmsalına görə dünyada tayı-bərabəri olmadığını deyib: “4-5 saat içində 12-15 çeşid keyfiyyəti və müddəti şübhəli yeməyi, əsasən zirzəmilərdə kustar üsulla doldurulan spirtli və spirtsiz içkiləri kiçicik bir mədəyə sığışdırmaq, qəsdən yaradılmış səs terrorundan infarkta hazırlaşmaq, musiqi zövqünü alt-üst edən bağırtı ilə oxuyan manısların cibini pulla dolduran, toy sahibinə dəstək vermək yerinə, şadlıq evlərini zənginləşdirmək xalqımızın illərdir davam edən müqəddəs bir ritualıdır və adam kimi toy edib şənlənməyə qarşı toplumsal bir allergiya mövcuddur.

Bu cəmiyyət nədən zərərli olan hansısa vərdişlərdən uzaqlaşmağa qərar verə bilmir? Çəkmişəm, çəkəcəyəm, içmişəm, içəcəyəm, yemişəm, yeyəcəyəm! Ən acınacaqlısı da budur ki, adam "düşünmürəm, düşünməyəcəyəm!" deyir. Yeməyiniz bol, mədəniz gen olsun! Hazırlaşaq toylara. Meşədə vəhşi kimi görünməsən, səni də yeyərlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam