Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bu ilin altı ayında 56 nəfər spirtli içkidən zəhərlənib

Bu ilin 6 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə müraciətlərin sayı açıqlanıb.

Yenixeber.org: KTM-in Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov bildirib ki, dərman zəhərlənmələri ilə 241 nəfər, dəm qazı zəhərlənmələri ilə 133 nəfər, kəskin allergik reaksiyalar ilə 67 nəfər, sirkə turşusu zəhərlənmələri ilə 52 nəfər, spirtli içkilərdən zəhərlənmələrlə 56 nəfər müraciət edib.

Baş toksikoloq bildirib ki, 41 nəfəri ilan, 3 nəfəri isə əqrəb sancıb. Onun sözlərinə görə, 2 nəfər sirkə turşusundan baş vermiş zəhərlənmə nəticəsində ölüb.

A. Maqsudov qeyd edib ki, bir neçə gün əvvəl Sumqayıtda kanalizasiya quyusuna düşən fəhləni xilas edərkən zəhərlənən Fövqəladə Hallar Nazirliyinin (FHN) 4 əməkdaşı da şöbəyə gətirilib: “Dörd nəfərdən ikisi koma, ikisi isə orta-ağır vəziyyətdə şöbəyə çatdırılmışdı. Həkimlərin gərgin əməyi nəticəsində FHN-nin zəhərlənmiş dörd əməkdaşı tam şəkildə həyata qaytarılıb”.

Şöbə müdiri region xəstələrində ilan zəhərinə qarşı zərdabların olmaması barədə fikirlərə də münasibət bildirib. O bildirib ki, hər bir mərkəzi rayon xəstəxanası ilan zəhərlənmələri əleyhinə zərdablarla tam təmin olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam