Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Metropark”da qaz sızmasından kütləvi zəhərlənmə

 

Bakıda böyük ticarət mərkəzlərindən birində kütləvi zəhərlənmə olub. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün “Metropark” Ticarət Mərkəzində qeydə alınıb.

"Xeberinfo.com":  Ticarət Mərkəzinin qarajında qonşu binalardan birinə məxsus havalandırma xəttindən dəm qazının sızması nəticəsində qarajda olan 20-dən artıq şəxs zəhərlənib.

15-dən çox şəxs təcili yardım maşınları ilə xəstəxanalara aparılıb. Digər şəxslərə yerində yardım göstərilib.

Bakı Şəhər Təcili Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında əraziyə təcili yardım briqadaları göndərdiklərini deyib. Onun sözlərinə görə, zərərçəkənlərdən bəziləri xəstəxanalara yerləşdirilib, bəzilərinə isə yerində tibbi yardım göstərilib. Baş həkim prosesin hələlik davam etdiyini, zərərçəkənlərin sayı barədə dəqiq rəqəm söyləməyin tez olduğunu bildirib.

Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri, respublikanın baş toksikoloqu Azər Maqsudov isə APA-ya bildirib ki, KTM-yə 7 nəfər yerləşdirilib.

“Onlar başgicəllənməsi və ürək bulanmasından şikayətlənirlər. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, zəhərlənmə qaz sızmasından baş verib. Lakin dəqiq səbəblər araşdırılır. Zəhərlənənlər arasında ticarət mərkəzinin işçiləri və ticarət mərkəzinə gələn vətəndaşlar var”, – deyə baş toksikoloq qeyd edib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam