Redaktor seçimi
“Saxta diplom dalğsı” Azərbaycan Universitetini də “vurub”?!-
Vaziani planının gizlinlərindən-
Şeyximizin Karlovı Varıda biznesi üzə çıxdı -
QULAM ƏLƏKBƏROVUN DƏSTƏSİ İFŞA OLUNDU-
Əsabil Qasımovun qardaşının əməlləri kütləvi narazılıq doğurur-
Robert Kennedinin qatili
İran köhnə neft siyasətinə qayıdır –
Günün xəbəri

VƏFA

               

 

 Yenixeber.org:   (Qoşmanı böyük övladım Vəfaya həsr edirəm)

Beş övlad dözmədi  Anadan ayrı,

Dərdləri böldülər səninlə Vəfa.                    

Göz yaşı tökdülər Anadan ötrü,

Təskinlik tapdılar sənınlə Vəfa.

 

Zəhmətlə yol açdın uzaq yerlərə,

Mürvətlə iş gördün sarı tellərə,                    

Hörmətlə yanaşdın kənar ellərə,

Nəslinin fəxrisən  dərkinlə Vəfa.

 

Unutma Bakını, dağlar gölünü,

Var-dövlət yatağı, Ceyran çölünü,                  

Pir Ata yurdunu, seyid mülkünü,

Vəsf elə torpağı qələmlə Vəfa.

 

Gəz dolan dünyada hələ cavansan,

Qanadla uçarda bircə Tərlansan,                       

Halal-xan yurdunda xürrəm yaşarsan,

Yarat, qur həyatda fəhminlə Vəfa.

 

Kəsərli şəxsiydi Nisə nənən də,

Qeyrəti bəlliydi üç para kənddə,                   

Tanındı, bilindi əqli mülkündə,

Dastan yaz nənənə dəlillə Vəfa.

 

Vəkillik eylədi iyirmi illə,                                      

Qəhrəman kişiydi öz əməliylə,

Öğul, qız yetirdi ər zəmətiylə,                            

Vəsf elə Babanı şeirlə Vəfa.

 

Övlada çox gördü Ananı zaman,                        

Birliyə kəm baxdı vermədi aman,                      

Cüt ömür sürmədi təkləndi Atan,

Ağlama ömür sür körpənlə Vəfa.

 

Gəncliyin qəsdinə duran Yaradan,

Budurmu mürvətin ölüm yaradan,                       

Babaya dərd verib üzdün nahaqdan,

Toxtaq ol mərd yaşa ümidlə Vəfa.

 

Dünyamın dayağı ömür günümsən,

Baxcamın butası qızıl gülümsən,

Gecəmin ulduzu görən gözümsən,                        

Çataram muraza əzminlə Vəfa.  

Kiçik arayış:mürvət-insanlıq,mərhəmət; əzm-cəsarət, iradə kimi izah olunur, dağlar gölü - Göy gölə işarədir.

 

 

Babayev Şahbaz İsa o.        


Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?

    Bəli
    Xeyr