Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

DƏDƏSİNƏ KƏRPİC KƏSDİRƏN KİŞİNİN OĞLU:WOODPECKER MMC-nin sahibi Hacı Əliyar Əliyev kimdir?

CƏLİLABADLI “TERRORÇUBAŞI” və yaxud “WOODPECKER”-in sahibi Hacı Əliyar Əliyevə AÇIQ MƏKTUB!

 

 Kərpickəsən kişinin oğlu, milyonçu Hacı Əliyar Əliyevin ədalətsiz və haqsız tövürlərinə əsas yaradacaq öz səbəbləri var

 

Yenixeber.org:  Bu yaxınlarda Cəlilabad İH-nin Qarazəncir kəndi üzrə nümayəndəsi Rövşən İmanovla rastlaşmışdım. Nümayəndəlik ofisinin yerləşdiyi Afrika cəngəlliklərinə bənzər ekzotik ərazidə ağlasığmaz oksigen bolluğu vardı. Hətta o qədər ki, təbiətin bu vəhşi bucağında manqallı-falanlı “piknik” keçirməyin yeri görünürdü.

Hərçəndi məqsədim, başı kartof-soğan, pomidor-xiyar alverinə qarışmış Qarazəncirli piknik və həşarat həvəskarlarının hisləri ilə oynamaq deyildir deyə, əsas mətləbə keçirəm. Yetər ki, “cəngəllik kralı” Rövşən müəllimin WOODPECKER MMC-nin sahibi Hacı Əliyar Əliyev barəsində ifadə etdiyi “ictimai-fəlsəfi” fikirləri olduğu kimi  nəzərinizə çatdırım. Məncə çox ibrətamizdir və hörmətli nümayəndənin ifrat demokratikliyindən qaynaqlanır.

Əlqərəz, həmin o oksigen dolu gün, istisna hallarda üzü gülən cənab İmanov, bu dünyanın nəki əzabı var, sifətinə toplayıb dərindən ah çəkdi və dedi: 

“-Bir zamanlar bu kürd (yəni Hacı Əliyar Əliyev) mənə gündə üç dəfə (səhər, günorta, axşam) yeyib-içmək alırdı. Həcc ziyarətindən sonra səhər yeməyimi kəsdi. Səbəbi səhər ibadətinin üstünə yıxıb, təsəlli tapdım. Üstündən bir müddət keçmişdi,  günorta yeməyimə də embarqo qoydu. Ha fikirləşdim səbəb tapa bilmədim.

Yerin məlum, o günləri qəşəng yeyib-içmişəm, kefimin 3 tuz çəkən vaxtı, Allah onu fırlayıb-girləyib gətirdi otağıma. Ağzını açmağa imkan verməyib, başladım qabırğasına döşəməyə:   

-Aya, ay lotu, səhər yeməyin başa düşdüm, bəs, bu günorta yeməyin nöş kəsibsən? Bəlkə zənn edirsən, nümayəndəliyimizin “əriyi” qurtarıb?

Əvvəlcə bic-bic irişdi, sonra əlini yarım kilo jele çəkdiyi saçlarına çəkib:

-Əvvəlki kimi kara gəlmirsən, kəndxuda!-dedi.

Düzü, o da haxlıdı. Qabaqlar, ağzıma nə gəldi yazıb adın “spravka” qoya bildiyim üçün karına gəlirdim. İndi mümkün deyil, adamın dərisinə saman təpərlər,qardaş. Keçmişdə etdiklərimi də üzünə vurmağa cəsarətim çatmır. Vuraram, axşam yeməyimi də kəsər.”

Bəlkə də, Rövşən müəllimin ürək qızdırıb etiraf etdiyi gerçəyi ictimailəşdirmək zorunda qalmaqla böyük bir günah sahibinə çevrildim. Tanrı və cənab Rövşən İmanov günahımdan keçsin! Neynəyim? Məncə,  gəlib-getmiş heç bir kişi Hacılığın Əliyar modelini bu qədər doğru-dürüst təsvir etməmişdir. 

Doğurdan da, Hacı Əliyar böyük strateqdir. O, ona lazım olan dövlət məmurunu sındıraraq əldə saxlamağın yaxud ətrafdakı kütləyə psixoloji təsir etməyin yollarını çox yaxşı mənimsəyib.

SSRİ adlı dövlət çökər-çökməz, yəni 90-cı illərin əvvəllərində “bədahətən” Qarazəncir kəndində zühr edən bu zat (o vaxta qədər Rusiyada yaşayırdı),   ərazidəki “1 May” sovxozunun, Kənd Sovetinin rəhbər işçilərinin qəbuluna “3 palasalı” yun idman şalvarında və qara maykada girərək, təkcə tərbiyyəsizliyini yox, həm də hegemonluğunu nümayiş etdirirdi. Özünü rus dilli hesab etsə də, nəinki rus, heç doğma dilində iki sözü ard-arda düzə bilməyən bu adamı kimisi başdanxarab, kimisi rekert hesab edirdi. Fəqət, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy dönəmində dövlətçilik “şəklini” itirmiş yerli hakimiyyət qurumlarının ələbaxan və müftəxor rəhbərləri, onun qanunsuz və dələduz fəaliyyətinə göz yummaqla, necə bir canavar bəslədiklərinin fərqinə varmadılar.     

Sahibkarlıq fəaliyyətinə “çiy” palçıqdan kərpic kəsməklə başlayan bu adam hal-hazırda cənub bölgəsinin ən imkanlı şəxsinə çevrilmişdir və sahib olduğu milyonlarla dollarlıq varidatın məbləğini təkcə özü yox, hətta vergi qurumları belə hesablamağı unutmuşlar. Əgər aidiyyatı dövlət qurumları onun fəaliyyətindəki qanunsuzluqlara göz yummaqda maraqlı olmasaydılar, həm dövlət büdcəmiz, həm insanlar qazanmış durumda olardılar. 

Təəssüf ki, WOODPECKER  MMC-də milyonlarla manatlıq gəlirlərin vergidən gizlədilməsi, insanların əmək müqaviləsi olmadan işlərə cəlb edilməsi, əmək hüquqlarının pozulmsı, əmək haqqı vəsaitlərinin minimum 60 faizinin “qara” mühasibat qaydasında ödənilməsi səbəbindən sığortadan yayındırılması, xüsusən əməyin mühafızəsi sahəsindəki cinayətkar fəaliyyət adi hala çevrilmişdir.

Təkcə, bu ilin aprel ayında, Hacı Əliyarın Misir ehramlarını tikən qədim sənətkarların texnologiyası əsasında hazırlatdığı  “əldəqayırma lifti” idarəetməni itirdikdən sonra yuxarı hündürlükdən  yerə çırpılmış, nəticədə MMC-nin işçisi Zeynalov Röyal və Hacı Əliyar Əliyevin qardaşı aldıqları ciddi xəsarətlərlə Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmişlər. Sonradan Hacı öz qardaşını Türkiyə xəstəxanalarından birinə göndərmişdir. Lakin, hər dəfə olduğu kimi yenə də baş vermiş  bədbəxt hadisə aidiyyatı dövlət qurumlarından gizlədilmişdir.

Ümumiyyətlə, MMC-nin bütün fəaliyyət dövrü ərzində  bədbəxt hadisələrin təhqiqi və uçotu qaydalarına əməl edilməmiş, bu səbəbdən onlarla insan Hacı Əliyarın köməksiz qurbanlarına çevrilmişdir. Cəlilabad şəhərində yaşayan Həsənov Mirsamir, rayonun Ocağlı və Qarazəncir kənd sakinləri - Sadıqov İbrahim, Aslanov Ruslan, İmanova Səbirə, Abıyev Elməddin, Abıyev Akşin, Cəfərov Gündüz, Əhmədov Xalid,- müxtəlif bədən üzvlərini Hacı Əliyara “fəda” etmiş insanların şəxsən tanıdığım qismidir. Yaxud, təxminən 2-3 il əvvəl baş vermiş avtomobil qəzası zamanı həyatını itirmiş Qarazəncir kənd sakini Bağırova Esmira Tapdıq qızı da Hacı Əliyar Əliyev “terrorunun” günahsız qurbanlarındandır.          

Amma tam qətiyyətlə deyirəm ki, ölən və şikəst edilən onlarla insanın acınacaqlı taleyi bu adamın heç qulağının qırağına da deyil. Çünki onun insanlara baxışı “istifadə müddəti başa çatmış qida məhsullarına” münasibətindən fərqlənmir. 

Əgər belə olmasaydı, həyatına və sağlamlığına qəsd etdiyi, mənəvi “terrora” məruz qoyduğu onlarla insanın taleyi ilə qumar oynamaqdan əl çəkər, məna və məğzi təkcə özünə bəlli olan düşük bilik yarışlarının, sosial yönümlü maarifləndirici tədbirlərin keçirilməsi adı altında hoqqabazlıqlar edərək, xeyirxah “fetoçu” cildinə girməzdi. 

Türk ədibi və yazarı Xalid Ziya Uşaqlıgildən iqtibasdır: “İnsanlar qəribədir! Pis bir iş görmək istədikdə əvvəlcə vicdanlarını susduracaq bir səbəb tapırlar.”

Görünür, kərpic kəsən kişinin oğlu, milyonçu Hacı Əliyar Əliyevin də ədalətsiz və haqsız tövürlərinə əsas yaradacaq öz səbəbləri var.

 Növbəti yazıda oxuyacaqsınız:

1.Hacı Əliyar Əliyevi keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə bağlayan nə idi?

2.Hacı Əliyar Əliyevin bu günə qədər saxladığı və şəstlə qonaqlarına göstərdiyi Fərhad Əliyevə aid əmanətin adı və məntiqi nədir?

3.Bu zamana qədər kimlər və nədən Hacı Əliyar Əliyevin pay torpaqları üzərində tikdiyi qanunsuz tikililərə göz yumur?

HÜSAMƏ  BİN  SƏRXAN  (Hüsaməddin Əhmədov)

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam