Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

CƏLİLABADLI “TERRORÇUBAŞI”:“WOODPECKER”-in sahibi Hacı Əliyar Əliyevə AÇIQ MƏKTUB!

CƏLİLABADLI “TERRORÇUBAŞI” və yaxud “WOODPECKER”-in sahibi Hacı Əliyar Əliyevə AÇIQ MƏKTUB!

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Əmək Müfəttişliyinin və 10 saylı Ərazi İdarəsinin əməkdaşlarının oxumaqları vacibdir

 

Allahın sevimli bəndəsi (sənin öz təbirincə), məsum və hüquqsuz qulların ağası!

Yenixeber.org: Mənim sizə yazmağa girişdiyim bu məktubu yazmamaq da olardı. Fəqət, bir zamanlar “odnarazıvı” qulunuz kimi istifadə edərək taleh və məmur ümidinə buraxdığınız qardaşım Əlisahib Əhmədovun fiziki və mənəvi durumundan qaynaqlanan lənət dolu emosiyalarını üzərimdə hiss etməkdən bezdim deyə, səbr və təmkinimin illərdir susan rejimini dilləndirmək məcburiyyətində qaldım.    

Sən daha yaxşı bilirsən: hər kəsin alim, mələk, cin-şəyətin, hətta şeytan belə olmaq şansı vardır. Lakin müasir Azərbaycan cəmiyyətində şan-şöhrət, ailədə xətir-hörmət səadəti yaşamaq ehtirasını adına sahibkarlıq deyilən biznes (fərq etməz, leqal, yaxud qeyri-leqal) fəaliyyəti ilə söndürmək mümkündür. Hərçəndi, heç bir güc-qüvvət sahibkar yarada bilməz. Axı o, anadangəlmə doğulur və heç kimin “ol”, yaxud “yox ol” əmrindən asılı olmayacaq qədər müstəqildir.

Şübhəsiz, sahibkar doğulmaq bir Allah lütfüdür. Kimlərinsə istəyib-istəməməyindən asılı olmayaraq, bu fəaliyyətdə şanslısan. Bütün hallarda şansını dəyərləndirmək və kullanmaqsa sənin müstəsna hüququndur. Demək, təqdiri Allah: dədəm Sərxanın əkdikləri anadangəlmə şair, yazar, rəssam, sənin rəhmətlik atanın belindən gələnlər biznesmen-sahibkar olmalıymışlar. Söz yox ki, “təqdiri allah” fəlsəfəsi intellektual və hüquqi cəmiyyətlərdə yersiz narazılıqlara, ziddiyyətlərə zəmin yaratmır. Çünki, bu tip cəmiyyətlərdə ağılın və qanunun aliliyi hökmranlıq edir.  

Bəs, sənin və mənim aid olduğumuz toplumda vəziyyət necədir, əlahəzrət sahibkar?! İkimiz də gözəl bilirik ki, canım məmləkətimdə sənin timsalında sahibkar olmaq üçün nə ağıla, nə təhsilə, nə qanuna ehtiyac yoxdur. Ağılla-kamalla, elmlə-təhsillə olsaydı, dünyanın bütün filosof və iqtisadçıları ən azından Əlisurət Kürdüstanlı, qanunla olsaydı “arıq eşşəyin yaylağı” hesab etdiyin Qarazəncir kəndinin hər bir sakini sahibkar olardı.

Bütün əhli-Cəlilabada məlumdur ki, sən  90-cı illərdən etibarən heç bir qarazəncirlinin şərəfinə sığışdırıb məşğul olmadığı çiy kərpic kəsdirib satmaqla biznes aləminə daxil olmusan. Buna görə:

1.Yararsız hala saldığın onlarla hektar kənd təssrrüfatı təyinatlı Qarazəncir torpaqlarına və bu günə qədər yaramaz əməllərinə göz yuman Qarazəncir əhalisinə heç vaxt ödəyə bilməyəcəyin maddi və mənəvi;   

2. Yerli Aqrar İslahat komissiyasının üzvü kimi texniki və çirkli işlərini malalayan qayınatana, baş kərpickəsənin kimi gündüzlər kərpic kəsdirib, gecələr qarovulda saxladığın (özün səhərə qədər kafedə qumar oynayırdın) mərhum atana və bu gün hər biri müstəqil sahibkar olmuş palçıq qarışdıran qardaşlarına sonsuz minnətdarlıq borcun vardır.

Məşhur Amerika sənayeçisi Henri Ford deyirdi ki, “alın təri ilə qazanılmış pul daha qiymətlidir”. Bəs sən necə, heç olmasa bir kərpic göstərib deyə bilərsənmi ki, bu əlahəzrət kərpic məhz mənim alın tərim sayəsində yaranmışdır?! Halbuki, məhrum atan başda olmaqla onlarla insanın təkcə alın təri yox, həm də göz yaşları divarlara hörülmüş on minlərlə kərpicin tərkibində qurumayıb, hələ də su verir.   

Amma unutma: “Heç kəs keçmişini satın ala biləcək qədər zəngin deyildir.” (Oskar Uayld, ingilis yazıçısı) Sən haram yollarla qazandığın pulların sayəsində yeddi qat hacı, kərbəlayi ola bilərsən, lakin nə heç vaxt keçmişini dəyişdirə, nə də insan ola bilməzsən. Çünki günah işlətmək səninçün adrenalin mənbəyi, dua və ibadət etmək əyləncədir. Belə olmasaydı, hər ilin 50 gününü Kərbəla Şəhidlərinin müqəddəs ruhlarını “sevindirmək” amacıyla başına-gözünə döyüb, ardından heç nə olmamış kimi qəddar və riyakar tövrünə qayıtmazdın. İnanıram, bu istedadına görə hətta buqələmunlar da sənə pərəstiş edirlər.   

Mən bilirəm. Elə özün də bilirsən. Hətta mənim və sənin bildiyini Əmək Müfəttişliyi və onun Masallıdakı 10 saylı Ərazi İdarəsi də bilir ki, sahibi olduğun WOODPECKER  MMC  “terror yuvası”, sən isə bu cəmiyyətin “terrorçubaşı”san. Hər gün onlarla insan sənin və quduzlaşdırdığın əlaltılarının mənəvi və fiziki terroruna məruz qalır.  

Uzağa getmirəm, lap bu yaxınlarda, qonşuluğumda yaşayan Zeynalov Röyal Şəmsəddin oğlu - gənc bir insan, möhtəşəm başınla icad edtiyin girdirmə liftin güdazına gedərək şikəst oldu. Bu vaxta qədər əlsiz-ayaqsız, gözsüz-qulaqsız və sair qoyduqlarını sıralasam əməlli-başlı kitab yaranar. Hələ səriştəsiz və ərköyün sürücülərinin öldürdükləri, şikəst etdikləri başqa mövzudur.

Deyirəm, ay hacı, nə gözəl məmləkət! Sən bir yandan öldür, şikəst et, ƏƏSM naziri cənab Səlim Müslümov sənə “dur” demək əvəzinə, başsız qoyduğun ailələrə yardım və təqaüdlər təyin etsin. Halbuki, başının tükü tökülmüş, çəkdiyi ağrı və əzabdan ərimiş neçə-neçə onkoloji xəstə tanıyıram ki, ölənə qədər haqqı olan pensiyanı ala bilmədən bu dünyadan köç edib. Ölməyənlərsə, ölənlərin yanına getmək üçün gecə-gündüz dua edirlər. 

 Şübhəsiz, dünya sənin kimilərindi. Tanrı Qarazəncir sakinlərini sənə minik göndərib. Görünür, dövlətin müəyyən aidiyyatı qurumları da bu statusu rəsmiləşdirib. Yoxsa, nədən ağız-ağıza verib sənin vəkilliyini etsinlər? Müxtəlif üsul və vasitələrdən istifadə edərək vergidən yayınırsan, müqavilə əsasında işlətdiyin işçilərə əmək haqqı ödənişlərini həm kart, həm qeyri-qanuni  vasitələrlə ödəyərək gəlirlərini gizlədirsən, sığorta stajını və məbləğini özünə sərf edən qaydada nizamlayıb onlarla insanın gələcək pensiya təminatını məhv edirsən, hektarlarla kənd təsərrüfatı təyinatlı münbit torpağın anasını ağladırsan, sayəndə ölən və şikəst olanlar da başqa bir mövzu. Daha sən nə etməlisən ki, nəhayət aidiyyatı qurumlar dəftər-qələmlərini qarşılarına qoyub sənin dövlətə və cəmiyyətə vurduğun ziyanla, dövlətə və cəmiyyətə verdiyin xeyir arasında müqayisəli analiz aparsınlar?

Yaxud, dövlət məmurunun gücündən istifadə edərək qardaşım Əlisahib Sərxan oğlu Əhmədova qarşı sərgilədiyin səviyyəsiz və haqsız davranışlarının səbəbi nədir? Bəyəm onun haqqını tələb etmək hüququnu sən təyin edirsən? Bəlkə elə fikirləşirsən, heç bir qanuni, hüquqi sənədi olmayan torpaq sahələri üzərində 5-10 adam üçün iş yeri yaratmısan deyə, dövlətin aidiyyatı qurumları səndən qorxmalı, insanlar qarşında müti qul kimi dayanmalıdı? Yox hacı, yox! Dünyada belə model yoxdu.      

Söz yox ki, əgər canında və qanında hər şeyə sahib olmaq ehtirası varsa, sənə də zaval yoxdu. Hərçəndi, o elə bir müstəsna ehtirasdır ki, Vətən və Dövlət səninçün Vətənin və Dövlətin palçığından, suyundan, küləşindən istifadə etməklə hazırladığın çiy kərpicdən o yana deyil.

Çox keçməz, Allahın izni və qüdrəti sayəsində büründüyün bütün sirr pərdələri açılar və hamımızın sığındığı bu Dövlət sənin nə mal olduğunu bilər.

Unutma, dibinə beton töküb qurutduğun “ƏDALƏT  AĞACI” lap yaxın günlərdə yenidən göyərəcək.

HÜSAMƏDDİN  ƏHMƏDOV  (Hüsamə bin Sərxan)

Cəlilabad rayonu, Qarazəncir kəndi

 

Redaksiyadan: qarşı tərəfin cavab haqqını tanıyırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam