Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Sumqayıtda kütləvi zəhərlənmə –60-dan çox uşaq xəstəxanaya yerləşdirildi

 

434_qs6qdv177b

“Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt şəhər Uşaq Xəstəxanasına müraciət edən uşaqların vəziyyətində hazırda təhlükəli bir hal yoxdur.”

Yenixeber.org:  Bunu Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Nazirliyin sözçüsü bildirib ki, 60-a yaxın azyaşlı uşaq ishal və qusma diaqnozu ilə xəstəxanaya qəbul edilib: “Müayinə və ilkin tibbi yardım göstərildikdən sonra onların bir qismi dərhal evə buraxlıb. Hazırda xəstəxanada qalan uşaqlar özlərini yaxşı hiss edirlər və həkimlərin təkrar müayinəsindən sonra onlar da evə buraxılacaqlar”.

* * *

Sumqayıtda xəstəxanaya uşaqlarla bağlı kütləvi müraciət olunub.

Sumqayıt şəhər Uşaq Xəstəxanasından APA-ya verilən xəbərə görə, müraciətlərin çoxu halsızlıq, zəhərlənməyə bənzər əlamətlərlə əlaqədardır.

Qeyd olunub ki, hazırda səbəblər araşdırılır. Şəhər İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanadır. Səbəblər məlum olan ikimi ictimaiyyətə açıqlanacaq.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev isə APA-ya bildirib ki, onlar hazırda hadisə xəstəxanadadırlar: “Uşaqların hər birindən laborator nümunələr götürüləcək və yaxın zamanlarda ilkin məlumatlar açıqlanacaq”.

* * *

Sumqayıt şəhərində uşaqlar arasında kütləvi zəhərlənmə baş verib.

“Report”un Sumqayıt bürosunun verdiyi məlumata görə, ötən gündən başlayaraq şəhərin H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.

Xəstaxanadan “Report”un yerli bürosuna bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya kütləvi müraciət daxil olub: “Xəstəxanaya müraciət edən uşaqların bir qisminə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Hazırda 40-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə olunur. Zəhərlənən uşaqlar əsasən 2-7 yaş arasındadır. Zəhərlənmənin dəqiq səbəbləri hələlik məlum deyil. Lakin uşaqlardan götürülən analizlərin nümunələri laboratoriyaya göndərlib. Uşaqlar arasında kütləvi zəhərlənmənin səbəbləri laboratoriyanın verdiyi rəydən sonra məlum olacaq”.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları xəstəxanada olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam