Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

"Sumqayıtda 119 nəfər sudan zəhərlənib" -RƏSMİ AÇIQLAMA

 

“Sumqayıtda kütləvi zəhərlənmə ilə bağlı Sumqayıt şəhər Uşaq Xəstəxanasına müraciət edən uşaqların vəziyyətində hazırda təhlükəli bir hal yoxdur”.

 

Yenixeber.org:  Bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İmran Abdullayev deyib.

 

İ.Abdullayev bildirib ki, həkimə müraciət edənlər 2-5 yaş arası uşaqlardır.

“İyunun 7-dən bəri Sumqayıtda 119 uşaqda infeksiya ehtimalı ilə əlaqədar xəstəxanaya müraciət olunub. Həkimə müraciət edənlərin əksəriyyətinə kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Onlarda əsasən baş ağrısı, ürək bulanma, qusma, halsızlıq müşahidə olunur”

O həmçinin qeyd edib ki, bu gün xəstəxanaya 14 uşaq yerləşdirilib.

 

“Hazırda xəstəxanada 54 uşaq müalicə olunur. Ümumilikdə son üç gün ərzində Saray, Masazır, Corat, Hacı Zeynalabdin Tağıyev və Ceyranbatan qəsəbələrindən xəstəxanaya müraciət edənlərin sayı 119 nəfərdir. Onlardan 72 nəfəri təkcə Tağıyev qəsəbəsinin sakinləridir. Artıq uşaqlardan 65 nəfəri evə buraxılıb. İnfeksiyanın sudan düşdüyü ehtimal edilir. Hazırda bir sıra əməkdaşlarımız uşaqların gətirildiyi ünvanlardan su nümunələri götürürlər. Laborator müayinələr aparılacaq. Yaxın vaxtlarda müayinələrin nəticələri ictimaiyyətə açıqlanacaq”.

 

Qeyd edək ki, H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 60-dan çox uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. 

 

Xəstaxanadan  bildirilib ki, əsasən qusma, halsızlıq, ishal və kəskin baş ağrıları səbəbindən xəstəxanaya kütləvi müraciət daxil olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam