Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qorxmaz Hüseynova göstərilən etmad:“Azərsu” sədri bu etmadı belə “doğruldur”

         Qorxmaz Hüseynova göstərilən etmad:

 

 “Azərsu” ASC kreditlərin səmərəli xərclənməsini təmin etmədiyi kimi , qaytarılmasını  da təmin edə bilmir

Yenixeber.org: “Azərsu” ASC-i ilə bağlı yenixeber.org-a məlumatlar daxil olmaqda və araşdırmalarımız da davam etməkdədir.  “Qorxmaz Hüseynovun başı dərddə: sorğu-sual oluna bilər” sərlövhəli yazımızda iqtisadi islahatlar üzrə hazırlanan struktur islahatlar planına əsasən Meliorasiya və Su Təsərrüfatı ASC ilə “Azərsu” ASC-nin birləşdirilməsi və onların bazasında Su Təsərrüfatı Agentliyinin yaradılacağı gözləntisindən yazmışdıq... Həm də “Azərsu” ASC-nin 2011-2016-cı illər ərzində həyata keçirdiyi maliyyə əməliyyatları ilə bağlı əldə etdiyimiz məlumatları araşdırdığımızı qeyd etmişdik. Bu istiqamətdə araşdırmalarımızı yekunlaşdırmasaq da, ilkin nəticələr var...

                 “Azərsu” ASC-də Qorxmaz Hüseynov erası

  16 fevral 2011-ci ildə cənab prezident İlham Əliyevin sərəncamı ilə Qorxmaz Cavanşir oğlu Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edildi. Bu təyinatdan qısa müddət sonra dövlət başçısı “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi üzrə yaranmış borcların silinməsi haqqında” Fərman imzaladı. Fərmanın preambula hissəsində bu sənədin imzalanması belə əsaslandırılırdı ki, məqəsd “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etməkdir.

 Bu məqsədlə də  əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silindi. Fərmanla  Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırıldı ki, “bu Fərmanın 1-ci hissəsinə əsasən əhalinin borclarının silinməsi ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin silinmiş borclarının məbləği həcmində kreditor borclarının silinməsi üçün müvafiq tədbirlər görsün.  10 avqust 2011-ci ildə də isə Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 8 aprel tarixli 405 nömrəli Fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə,

“Azərsu” ASC-nin 2011-ci il fevralın 1-nə olan aşağıdakı kreditor borcların silinməsi haqqında 133 saylı Qərarı qəbul edir və “Bakıelektrikşəbəkə” ASC-nin balans və balansarxası hesabları üzrə - 83,0 milyon manat, “Sumqayıtelektrikşəbəkə” ASC-nin balans və balansarxası hesabları üzrə - 64,1 milyon manat, “Azərenerji” ASC üzrə - 9,3 milyon manat, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC üzrə - 65,6 milyon manat silinir.

Qərarla Maliyyə Nazirliyinə və “Azərsu” ASC-yə tapşırılıb ki, “Azərsu” ASC-nin elektrik enerjisinə görə olan borclarının xəzinə vekselləri vasitəsilə ödənilməsi nəticəsində yaranan 56,5 milyon manat, habelə həmin Cəmiyyətin dövlət zəmanəti ilə alınan borcların Təminat Fonduna ödənilməli olan 3,8 milyon manat borclarının nizamnamə kapitalına yönəldilməklə silinməsi təmin edilsin. Bununla yanaşı “Azərsu” ASC tərəfindən Dünya Bankından, Asiya İnkişaf Bankından, Almaniyanın KFW Bankından, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən və digər banklardan dövlət zəmanəti ilə alınmış kreditlərə görə 11,9 milyon manat məbləğində öhdəliklərin 2011-2013-cü illər ərzində Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondundan qaytarılması ilə bağlı müvafiq tədbirlər görülməsi də Maliyyə Nazirliyinə tapşırılıb.  

Qorxmaz Hüseynova göstərilən etmad:

Cənab prezidentin əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan işlərin yerinə yetirilməsinin sürətləndirilməsinə şərait yaratmaq və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin etmək məqsədi güdən bu Fərmanı dövlət başçısının huminizmdən irəli gəlsə də, bəzi ekspertlər borcların silinməsinin vəsaitlərdən səmərəli istifadəsinə, eləcə də enerji və digər xidmətlər üzrə öhdəliklərə ciddi yanaşılmasına mane ola biləcəyi ilə bağlı xəbardarlqı edirdilər. Ekspertlərə görə borcların silinməsi sözügedən dövlət müəssisəsinin gələcək fəaliyyətinin sağlamlaşdırılması üçün əhəmiyyətli addım olsa da, qərar bir sıra neqativ nəticələr də doğura bilər. Belə ki, borcların silinməsi qurumun fəaliyyətini effektsizliyinə səbəb olur və təkcə balans deyil, balansarxası hesablar üzrə borclarının yaranmasına gətirib çıxarır. Ekspertlər həmçinin qeyd edirdilər ki, “Azərsu” ASC-nin beynəlxalq maliyyə qurumlarından aldığı borcların Təminat Fondu  tərəfindən qaytarılması məsələsi də kreditlərin səmərəli istifadə edilməməsinə gətirib çıxaracaq. Başqa sözlə dövlət müəssisəsi  beynəlxalq maliyyə qurumlarından böyük həcmdə vəsaitlər alır, lakin kreditin səmərəli xərclənməsini təmin etmədiyi kimi , qaytarılmasını  da təmin edə bilmir.

Dövlət başçısı Qorxmaz Hüseynova sələfindən ona miras qalan borcları silməklə çox geniş fəaliyyət imkanı yaratsa da təəssüf ki, ekspertlərin xəbərdarlıqları öz təsdiqini tapdı... “Azərsu” ASC-nin beynəlxalq maliyyə qurumlarından böyük həcmdə aldığı kreditin səmərəli xərclənməsini təmin etməməsi ilə bağlı ekspertlərin xəbərdarlığının nə dərəcədə öz təsdiqini tapması ilə isə növbəti yazılarımızda tanış ola biləcəksiniz.

Qarşı tərəfi dinləmək istiqamətində cəhdlərimiz nəticəsiz oldu.

 

Etibar 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam