Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İdmançımız erməni üzərində qələbə çaldı

 

   Almaniyanın Dortmund şəhərində güləş üzrə Qran Pri beynəlxalq turniri keçirilib. Turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri iştirak edib.

   "Xeberinfo.com": Məlumata görə, yığma komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında turnirə 4 güləşçimiz yollanıb.

Güləşçilərimizin hamısı turnirin baş mükafatına sahib olub. 4 qızıl medal qazanan güləşçilərimiz komanda hesabında Almaniyadan sonra ikinci yerdə qərarlaşıb.

Turnirin ilk günündə mübarizə aparan güləşçilərimiz 3 qızıl medal qazanıb.

65 kq-da mübarizə aparan Hacı Əliyev macar İstvan Nemeth (12:2), rumın Georg Bucur (10:0) və serb İbro Cakovic (2:1) üzərində qələbə qazanaraq finala yüksəlib. Finalda ötən ilin dünya çempionu erməni David Safaryanla görüşü 7:2 qələbə ilə başa vuran Hacı Əliyev Almaniya Qran Prisinin qızıl medalına sahib olub.

74 kq-da təmsilçimiz Cəbrayıl Həsənov fransız Xavier Befort (11:0) və Luca Lampis (6:0) üzərində inamlı qələbə qazanıb və finala yüksəlib. Finalda yerli güləşçi Georg Harta heç bir şans verməyən Cəbrayıl 13:0 hesablı qələbə ilə turnirin baş mükafatını qazanıb.

86 kq çəki dərəcəsində mübarizə aparan Həmzət Osmanov Fransa təmsilçisi Ahmed Aybuevi (10:0) üstələdikdən sonra ardıcıl alman Mixail Kaufmehli (5:0) və Gabriel Seregelyini (4:1) məğlub edib və finala yüksəlib. Finalda güləşçimizin rəqibi Polşa təmsilçisi Zbignev Baranovski olub. 6:2 hesablı qələbə qazanan Həmzət Osmanov turnirin qızıl medalına sahib olub.

   Turnirin ikinci günündə 70 kq çəki dərəcəsində güləşçimiz Ruslan Dibirhacıyev mübarizə aparıb. Avstriyadan Georg Marchil (10:0) və Almaniyadan Samet Duelgeri (5:2) məğlub edən təmsilçimiz finala vəsiqə qazanıb. Finalda Ruslan Dibirhacıyev Rumıniya güləşçisi Adrian Moiseyə 5:1 hesabı ilə qalib gəlib və turnirin qızıl medalını qazanıb.

     Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam