Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Güləşçilərimiz Almaniya Qran-prisinin ilk günündə 4 qızıl və 1 gümüş medal qazanıb

Azərbaycan güləşçiləri Almaniya Qran-prisinin ilk günündə 4 qızıl və 1 gümüş medal qazanıb

 

 

 
 Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir.
Xeberinfo.com:  Güləş Federasiyasına istinadən xəbərəgörə , ilk yarış günündə 65, 74, 86 və 97 kq çəkidə sərbəst, 66, 75, 85 və 98 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıb.
Güləşçilərimiz günü 4 qızıl və 1 gümüş medalla başa vurub.
Yunan-Roma güləşi yarışlarındakı təmsilçimiz Rafiq Hüseynov (75 kq) İsveç, Çexiya və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz Rusiya təmsilçisi Çingiz Labazanovla gərgin keçən görüşü qalib başa vurub və turnirin qızıl medalını qazanıb.
Sərbəst güləş yarışlarında 65 kq-da mübarizə aparan Olimpiya çempionumuz Toğrul Əsgərov mübarizəyə 1/4 finaldan başlayıb və ardıcıl olaraq Almaniya və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib.
Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Frank Molinaro olub. Gərgin keçən görüşü üstün tamamlayan Toğrul turnirin qızıl medalına sahib olub.
86 kq çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Belarus, Almaniya və Polşadan iki idmançı üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Olimpiya çempionumuz Şərif Şərifov isə finala qədər Almaniya, ABŞ və Qazaxstandan olan rəqiblərini üstələyib. Şərif Şərifovun zədə səbəbindən final görüşünə çıxmaması ilə Nurməhəmməd Hacıyev turnirin qızıl medalına yiyələnib.
97 kq-da mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov da bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla üstələyən Xetaq yarımfinalda son dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Baran ilə görüşü də qalib başa vurub və turnirin qızıl medalını qazanıb.
Yunan-Roma
75 kq 
1/8 final - Rafiq Hüseynov - Berq Sebastlan (SWE) 9:0
1/4 final - Varga Oldrich(CZE) - Rafiq Hüseynov 2:9
1/2 final - Vilson Jayson (USA) - Rafiq Hüseynov 2:12
FİNAL - Rafiq Hüseynov - Çingiz Labazanov (RUS) 3*:3
Sərbəst güləş
65 kq
1/4 final - Dorn Niklas (GER) -Toğrul Əsgərov 0:10
1/2 final - Toğrul Əsgərov - Mustafa Zopalı (TUR) 10:0
FİNAL - Frank Molinaro (USA) - Toğrul Əsgərov 4:5
86 kq
1/16 final - Amarhaly Mahammadau (BLR) - Nurməhəmməd Hacıyev 4:7
1/8 final - Kaufmehl Maykl (GER) - Nurməhəmməd Hacıyev 2:12
1/8 final - Şərif Şərifov - Konstantin Volk (GER) 10:0
1/4 final - Jden Cok (USA) - Şərif Şərifov 2:6
1/4 final - Jeizerzans Sebastian (POL) - Nurməhəmməd Hacıyev 0:10
1/2 final - Adilet Davlumayev (KAZ) - Şərif Şərifov 4:8
1/2 final - Zbiqnev Baranovski (POL) - Nurməhəmməd Hacıyev 0:5
FİNAL - Şərif Şərifov - Nurməhəmməd Hacıyev 0:5
97 kq
1/8 final - Xetaq Qazyumov - Nobl Jordan (FRA)11:0
1/4 final - Xetaq Qazyumov - Serdar Bone (TUR) 10:0
1/2 final - Kyle Snyder (USA) - Xetaq Qazyumov 1:2
FİNAL - Radoslav Baran (POL) - Xetaq Qazyumov 0:5

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam