Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dünya ölkələrinin hərbi xərcləri -ABŞ, Çin və Rusiya liderdir

2016-ci ildə dünya ölkələri hərbi xərclərini 2015-ci illə müqayisədə artırıb.

Yenixeber.org:   SIPRI - Stokholm Beynəlxaq Sülh Araşdırma İnstitutunun hazırladığı hesabatda qeyd edilib ki, hərbi xəclərin ümumi həcmi 2015-ci illə müqayisədə 0,4% artaraq 1,6 trilyon dollar təşkil edib. İlk üçlükdə ABŞ, Çin və Rusiya qərarlaşıb. 

2016-ci ildə Amerikanın hərbi xərcləri 611 mlrd dollar təşkil edib. Bu isə 1,7 faiz artım deməkdir. Öz növbəsində Çin 215 milyard, Rusiya isə 69,2 milyard xərcləyib. Ötən il ilk üçlükdə olan Səudiyyə Ərəbistan neftin qiymətini aşağı düşməsi fonunda hərbi xərclərə 63,7 milyard dollar xərcləyərək dördüncü yerdə qərarlaşıb. 

Bundan başqa ötən il iqtisadiyyatları neftdən asılı olan ölkələr, Rusiya istisna olmaqla hamısı hərbi büdcələrini azaldıblar. SİRPİ-nin hesabatına görə, ötən il 2015-ci illə müqayisədə Səudiyyə Ərəbistanı özünün hərbi xərclərini 56 faiz, Cənubi Sudan 54 faiz, İraq 36 faiz azaldıb. Həmçinin Anqola, Venesuela, Ekvador və Qazaxıstanda hərbi xərclərini kifayət qədər azaldıblar. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam