Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Salxım söyüd

 

 

 

 

Xeberinfo.com:   (Ardı)

Qızdan  çox qız var. Biri elə niyə uzaqa gedirəm, Bənövşə. Xrustal kimi qızdır bacımın qızı. Bə-yim arvad qızına möhkəm -möhkəm tapşırmışdı ki,nə badə bunu atan bilsin. Dilini möhkəm saxla.

Televiziyada yenə xəbərlər verilirdi.

Ərşad kişi də, Şənliyin fikri ilə razılaşdı - əşşi burda yemişik burda da çayımızı içək dedi. Yerini rahatlayıb pultu əlinə aldı. AzTv kanalında mədəniyyət sahəsinə dair, respublika ziyalılarının qaymaq-larının cəmləndiyi bir tədbir işıqlandırılırdı.-Tele jurnalist boğazını yüngülcə artlayıb qonaqları salamladı. Televiziya tamaşaçı-lar üçün kiçik bir anons verdi:

Əziz tamaşaçılar, Bakıda Britaniyanın sabiq müdafiə naziri Liam Foksun “Şahə qalxan dalğalar.Yeni eranın çağırışları ilə üz-üzə” kitabının təqdimatı mərasi-mindən canlı yayına baxırsınız.

 Ana oğul üz-üzə əyləşmişdi. Ərşad kişi isə stolun arxasında deyil, stola lap yaxın çaya əli çatacaq məsafədə televizor ilə üzbəüz oturmuşdu. Bütün fikri, diqqətini gözlərinə toplayıb ekrana zilləmişdi. Nərmin əlində çay padnosu mətbəxdən çıxdı stola yaxınlaşıb yavaşça pandnosu əlindən stola qoydu. Sonra çay nəlbəkisinin üstündən qoyduğu mürəbbə qabını götürüb stolun mərkəz hissəsinə qoydu. Tünd göy, içərisi isə qızılı naxışlarla bəzədilmiş mürəbbə qabı xalis kobaltdan idi. Bəyim arvadın öz əlləri ilə bişirdiyi kəhraba kimi parıldayan gilas mürəbbəsi adama gəl-gəl deyirdi. Nərmin bu mürəbbəni çox xoşlayırdı. Bəyim arvadda bunu çox gözəl bilirdi. Zarafat deyildi on ilin gəlini idi Nərmin. Bəym arvadın ürəyndən olmasa da, amma bu on ildə fikirləri istər –istəməz dəyişmişdi.Tam olmasa da, haradasa Nərminə isnişmişdi. Onun nəyi daha çox xoşladığı, hansı mürəbbəni, hansı meyvəni, hansı şirnyyatı daha çox sevdiyini bilirdi. Bu illər ərzində şənliyin sevdiyi qızı o da, sevməyə ürəyinə yaxın buraxmağa çox çalışmış və buna nail də olmuşdu. Bu münasibətlərin nisbətən tənzimlənməsində Bəyim arvaddan çox Nərminin rolu olmuşdu. Şəhərli qızı məfhumumu birdəfəlik də olmasa qismən dəyişdirmiş, mehribanlığı yerbilənliyi və qayğı-keşliyi ilə qaynanasının qılığına girə bilmişdi. İndi də bu kəhraba kimi mürəbbəni görcək Nərmn kövrəldi. Mürəb-bəni qoyandan sonra bir-bir çay stəkanlarını götürüb nəlbəkiyə qoyub əvvəlcə Ərşad kişiyə tərəf dönüb- buyurun ata çay için dedi.

İkinci stəkanı eyni ilə qaynanasının qarşısına qoydu, sonra - Şənliyin çayını götü-rüb qarşısına qoyarkən bir anlığa baxışları toqquşdu. Şənlik bu gözlərdəki, acı kədəri görməyə bilməzdi.Lal baxışlar sanki Şənlikdən xəcalət çəkərək tez uzaq-laşdı. Nərmin özünə də çay süzmüşdü. Öz çayını da masanın Şənliklə üzbəüz tərəfdən qoydu və “nuş olsun” deyib padnosu götürüb mətbəxə keçdi. Çayı həvəslə süzsə də, daha çay içəsi vəziyyətdə deyildi. Bu hərəkətinə heç cürə haqq qazandıra bilmirdi. Axı nə üçün boş xəyallara qurşandı. Axı nə üçün Şənliyə demədən o öncəgörənə getdi.Nə üçün axı hər dərd sərinin həmdəmi anasına, Şənliyə demədi. Elə hey özünü danlayır. Özünə heç cürə haqq qazandıra bilmirdi. Ürəyi sıxıldı fikirləşməkdən. Mətbəxdən çıxıb öz otağına getdi. Nərminn çay içməyə gəlmədi-yini görən Bəyim arvad sualedici baxışları ilə Şənlyə baxdı. Salxım söyüdün kəsil-məsindən pərt olmuşdu. Onsuz da axır vaxtlar heç kefi olmayan Şənlik baxışlarını yayındırdı.Nərmin yataq otağına keçib Nootbuku açdı. Facebook səhifəsinə daxi oldu. Mələk yaşıl idi. Bu demək idi ki, o kompyuterin arxasındadır və bu dəqiqə əlaqə saxlaya bilərlər. Yaxşı ki Nərmin əvvəl-çədən data kart alıb hazır etmişdi. Lazım olanda – girmək şansı var idi.

Mələklə salamlaşdı. Nərmin adını şərti yazmışdı Facebookda niki vardı Nərminin. Səma götürmüşdü.

Səma:

Salam!

- Burdasanmı, necəsən?

Bir az gözlədi. Nərmin gözünü ekrandan çəkmirdi . Tez, lap tez istəyirdi görsün. Ekranda Mələyin adının qarşısındakı yaşıl, onlayn işarəsi yandı söndü. Rəngli nöqtələr bir-birini əvəz edirdi. Nərmin başa düşdü ki, Mələk onu gördü. Rahatlaşdı. Nəhayət:

 Melek:

-Salam yaxşi sen?

Səma:

-Nə deyim heç blmirəm! Hər çey yaxşıdır hamı yaxşıdır. Eləmi, elə deyək?

Melek:

-He dəə...adətən belə deyirlər

Sema:

-Ayın 28 də Sumqayıtda Yeni Həyat şadlıq evində toy var. Qohum toyu. Sənin oğlun üçün olsun, amma tələsik yox.Yani “ayaqları üstə sərbəst dura” biləndə,ata-ananın köməyi olmadan yəni, iraq- iraq büdrəyəndə dikələ biləcək və şax yeriyə biləcək vəziyyətdə olanda.

Melek:

-Amin gəlsin o vaxt.Bizə də qismət olsun deyək. Həmişə toylarda.

Sema:

-Çox saq ol. Heç həvəsim yoxdur. Hələ bilmirəm gedəcəm ya yox.

Melek:

-Necəsən ay qız. Əsas məsələdən danış etdnmi qadının dediyini. Yoxsa hələ o dağlar qoynunda pürrəngi çayın dadını çıxarırsan deyə zarafat etdi.

Ürəyi qan ağlayırdı. Səhifəyə girmişdi ki, bir az fikri dağılsın. Amma Mələk onu başa düşəcək havada deyildi. Yazıb gedirdi. Şux zarafatlar edirdi. Bir anlığa səhifəni bağlamaq, otaqdan çıxıb bu canını sıxan fikirlərin, qayğıların burulğanın-dan çıxmaq istəyirdi. Başını götürüb uzaqlaşmaq, qaçmaq istəyirdi. Amma eyvan-da oturanları düşünüb. Nə edirsən dedi, öz özünə .

Səhifədə Mələk, otaqda təhhalıq, çöldə Şənlik, Bəyim arvad, Ərşad kişi vardı. Gəldiklərini eşidib bir azdan hay-küylə gələcək baldızı, baldızın əri, qaynanası, daha sonra onu görməyə gələcək qonşu gəlinlər daha kimlər və fikirlər dururdu. Nərmin səmtini itirmiş yelkənsiz qayıq timsalında idi bu dəqiqələrdə. Düşünür, ortaq bir məxrəcə gələ bilmirdi, Həyətdə boş tənha qalmış oturacaq Kəsilmiş ağacın qaramıtıl kökü, qırlmış pöhrələin yerindən axan göz yaşı kimi duru suyun torpağa hopmasına qədər hər şey Nərmini qıcıqlandırırdı. Mələklə danışmağı davam etdirməyə başladı.

Mələk:

Noldun ay qız niyə susdun yaz da...

Sema:

Ürəyim qan ağlayır bacı, nə yazım axı. Hansını yazım?

Melek:

Anlamadım. Sen cox kederli danişirsan nə olub sene?

Sema:

Yox niye ki, başqa nə cür danışacam axı. Bir də ki , vəziyyətə uyğun daha necə danışmaq olar.

Hər şey qaldı arxada. Qarşıda isə məchul sonluq.

Melek:

Canim, ümidsiz olma...xahiş edirəm.

Melek:

Arxada qoyduğun, yox yaşadığın o sevgi ilə dolu gülşad həyatın, səni ülvi məhəbbətlə sevən sevgili Şənliyiin olan yerdə belə ümidsizliyə qapanmaqa haqqın yoxdur. Aman vermə kədər səni üstə-ləsin. Şənliyə əhatə dairəndən çıxmağa imkan vermə. Bu günə kimi qoruduğun münasibətlərə gölgə salınmasına izn vermə.

Çöldən gələn səsləri eşidib, notbuku bağladı. Ayağa qalxıb eyvana çıxdı. Bəyim arvadın qonşusu gəlmişdi. Səsi həyəti başına götürmüşdü. Nə gözəl ay Bəyim uşaqların gəlib. Nərmini görüb irəli gəldi. Onu qucaqlayıb marçıltı ilə öpdü. Necəsən ay gəlin dedi. Xoş gəlmisən evinə-eşiyinə. Beləcə axşama kimi gələn gəldi, gedən getdi. Niyal kəndinin əhalisi çox mehribandı. Birinin uzaqdan bir yaxını gəldimi qonum qonşu hamısı gəlib onu görməlidi.

Sakitlik idi həyətdə. Nəriminin fikri kompüterdə qalmışdı. Otağa daxil olub çarpayının üstünə qoyduğu notbuku ehmalca əlinə aldı. Çarpayının kənarında oturdu. Mələklə danışmaq idi fikri. Notbuku açıb gözləməyə başladı. Mələk solğun idi. Yaşıl işıq rəngsizləmişdi. Deməli Mələk onlayn deyildi. Nə etsin. Düşünmədən mobil telefonunu götürüb Mələyin nömrələrin yığdı. Uzun siqnaldan sonra Mələyin təmkinli yumşaq səsi eşidildi. Kimdir danışan deyib susdu. Nərmin nömrəni necə yığmışdı elə də söndürdü. Sakitcə notbuka baxmaqda davam edirdi. Bir azdan səhifədə yaşıl nöqtə Mələyin adı qarşsında aktivləşdi. Nərmin bayaqki söhbəti davam etdirməyə başladı.

Səma:

İzn verməməkmi? Ah kaş hadisələri həyatın, bu mənfur həyatın gedişatının heç olmasa bir zərrəsini –yox, yüzdən bir anının dəyişməsinə, yaxud dəyişməməsinə izn vermək əlimdə olaydı. Amma, heyhat bu gün yox, milyon il əvvəl də, bu belə olub. Belə də davam edəcək. Əlimdə olsaydı bu həyatı heç yaşamazdım. Şənliyimin gülər üzünə düşmüş kədər gölgəsini görməyəydim.

Melek:

Elə demə. Bu günumuzə şukur.Yadindami işdən sonra yorqun arğin dərsə getdiyimiz günlər. Mən yataqxanada, sən evdə valideynlərinlə yaşayanda. Nə qədər çətinliklər, məhrumiyyətlər yaşandı.Yol pulu, geyim keçim pulu, universitet tədbirlərində, bədii gecələrdə, paltarı haradan tapım, salona bəzənməyə pulu necə istəyim. Yəni problemlərlə dolu günlərimiz arxada qalıb. Artıq həyat astanasında bir pillə qalxıb bir mərtəbə böyümüşük. Müvəqqəti çətinliklədi.  Bəlkə bu da həyatın bir sınağıdır. Həyata küşmək nə dərəcədə düzgündür canım. Allah xatirinə bir düşün. Ortalıqda elə bir şey, səni didərgin edən hal yoxdursa, sən özünü üzmə xahiş edirəm.

Səma:

Ah Mələk! O vaxtlar sabahı, bu günü belə görmürdüm və görsəydim gör hər şey bəlkə də başqa cür olardı.

Səma:

Görə bilsəydim o günlərdə qalardım. Gəlmək istəməzdim. Bu mənasız və kədər dolu, nisgilli günləri görmək məcburiyyətində olmazdım. Əlimdə olsaydə həyatı bu məcrada yaşamaq istəməzdim.

Melek:

eeeeee...yox mencə...

Belə danışma. Canım. Sən çox kederlisen.. görürəm. Mutleq goruşem gerek səöninlə.Yoxsa özunu yaxşı aparmirsan mechulluqa.

Səma:

Nə deyirsən Mələk sən?

Çoxmu mənim tanrıdan istədiklərim. Əgər həyatdan istəyə biləcəklərimin başlanğıcında qarşıma qocaman bir sual işarəsi qoyulubsa, və mən o istəklərimə çatmaq üçün həmin o qocaman sualın üstündən aşa bilməyəcəmsə bəs istəklərə çata biləcəyimə necə ümid edə bilərəm axı?

Melek:

Bəsdi yaaa...

Burdaki mənim ətrafımdakı  “bu kecel” kimilərini yadina sal allah xatirinə, bir düşün.

 

Natavan Niyal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam