Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Avtobus sürücüsünü döydülər -VİDEO

Bakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüb.

Xeberinfo.com:   Hadisə dekabrın 26-da, saat 12.40 radələrində Yasamal rayonu ərazisində baş verib.

Döyülən avtobus sürücüsü 96 saylı marşrutda çalışır. Belə ki, 96 saylı manşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun yolunu kəsərək “KİA” markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilə avtobus sürücüsü arasında qarşıdurma yaranıb.

Təqdim olunan videodan da göründüyü kimi, avtobus sürücüsü avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb. Bu zaman «KİA»-nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar. Onları sərnişinlər sakitləşdirib.

Xəbərdə bildirilir ki, dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.

Məsələ ilə bağlı avtobusun məxsus olduğu şirkətin rəhbərliyi Daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib.

(avtosfer.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam