Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İdarə və departamentlər ləğv edildi –Nazirlikdə ciddi struktur dəyişikliyi

fazil-memmedov

Xeberinfo.com:   Ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi və vergi sahəsində həyata keçirilən islahatların davamı kimi, Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2016-cı il tarixli “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Sərəncamı ilə Vergilər Nazirliyinə verilmiş tapşırıqların icrası, vergi orqanlarında kadr potensialından səmərəli istifadə edilməsi, eləcə də daha təkmil və müasir idarəetmə menecmentinin formalaşdırılması məqsədilə vergilər naziri Fazil Məmmədovun əmri ilə Vergilər Nazirliyində ciddi struktur dəyişiklikləri aparılıb.

Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması Baş İdarəsi və Vergi auditi və operativ nəzarət Baş İdarəsi ləğv edilərək, onların bazasında Vergi qanunvericiliyinin icrasına nəzarət Departamenti və Vergi öhdəliklərinin icrasına nəzarət Departamenti yaradılıb.

Vergi ödəyicilərinə xidmət Baş İdarəsi ləğv olunaraq onun bazasında Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu Departamenti yaradılıb.

Vergilər Nazirliyi yanında Bakı Vergilər və 1 saylı Vergilər Departamentləri ləğv olunaraq, onların bazasında Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamenti və Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlarla iş Departamenti yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam