Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nazirlik daha bir idarəni ləğv etdi

 

Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv olunaraq Bakı Vergilər Departamentinə birləşdirilib

"Xeberinfo.com":   Nazirliyin Analitik-informasiya şöbəsinə istinadən xəbərə görə, Vergilər Nazirliyi prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş “Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda verilmiş tapşırıqların icrası, eləcə də Vergilər Nazirliyinin Kollegiyası tərəfindən qəbul edilmiş qərarların və vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədovun əmri ilə təsdiq edilmiş Tədbirlər Planından irəli gələn məsələlərin həll edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bildirilir ki, bu istiqamətdə görülən işlərin davamı olaraq, vergi orqanları tərəfindən nəzarət funksiyalarının həyata keçirilməsi mexanizminin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi, vergilərin yığılmasında təşkilati işlərin gücləndirilməsi, əhalidə vergi mədəniyyəti və intizamının formalaşdırılması sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə vergilər nazirinin 1 oktyabr 2015-ci il tarixli əmri ilə Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamenti ləğv edilərək, Bakı Vergilər Departamentinə birləşdirilib, Departamentin tərkibində Xüsusi rejimli vergi xidməti idarəsi yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam