Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Texniki Universitetin “toxunulmaz” dekanı: Rektorun nəzərinə!


Texniki Universitetdə dekanın “toxunulmazlığını” təmin edən səbəblər hansılardır?

 

Xeberinfo.com:  Müasir Azərbaycan gəncliyində, hətta varlı övladlarında da həyata qarşı daha az dözümlülük və daha az intizamlılıq müşahidə olunmaqdadır. Belə davam edərsə əksər gənc insanların cəmiyyətin məsuliyyətli üzvləri olmaq üçün lazım olan kamilliyə yetişə biləcəyi sual altındadır. Bəslədikləri ümidləri boşa çıxan gənclərin müəyyən hissəsi vəziyyətdən çıxış yolu tapa bilmir və “sərt qeyri-humanist cəmiyyətdən” uzaqlaşmağa cəhd göstərirlər. Bu cür yanaşma dini sektaların yaradılması, mistisizm və narkomaniyanın yayılması kimi müxtəlif formalar alır. Əslində bəzi gənclərin müxtəlif anarxist qrupların fəaliyyətində iştirakı onların nifrət etdikləri cəmiyyətdən heç bir nəticə verməyən və qeyri-real uzaqlaşma cəhdləridir.

Gənclik üçün belə konfliktli mühitin oturuşmasının səbəbləri sırasında başlıca yeri təhsil sistemində, xüsusilə də ali təhsildə mövcud çatışmazlıqlar, baş alıb gedən neqativ hallar, korrupsiya hüquqpozmaları və əlbəttə ki, bütün bunlara rəvac verən subyektiv faktorlardır. Həmin subyektlərdən biri də Azərbaycan Texniki Universitetinin (AzTU)  «Avtomatika və kompüter texnikası» fakultəsinin dekanı, texnika elmləri namizədi dosent Həsən Qurbanovdur. Bu barədə xeberinfo.com-a ilginc məlumatlar daxil olub. Texniki Universitetin sözügedən fakültəsində tələbələrin siyasi mənsubiyyətləri səbəbindən ayrıseçkiliklə üzləşmələri haqqında məlumatlar var. Bir müddət əvvəl bu universitetin tələbəsi Ruslan Nəsirli siyasi fəallığına görə fakültə dekanı tərəfindən sıxışdırıldığı barədə KİV-ə məlumat vermişdi… Bu haqda sonra.

Bu fakultə tələbələrinin problemləri tək bununla bitmir. İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi; Proseslərin avtomatlaşdırılması mühəndisliyi; Kompüter mühəndisliyi; Kompüter elmləri ixtisaslarının tədris edildiyi bu fakültədə başqa ciddi qanun pozuntularından da bəhs olunur.

Məlum olduğu kimi, Boloniya sisteminə görə, tələbənin yalnız məşğələlərdə iştirakı vacibdir. Həsən Qurbanovun rəhbərlik etdiyi fakültədə isə tələbəni “şirinlik” verməyə məcbur etmək üçün mühazirələrdə buraxılan dərslər də hesaba alınır, onlara görə qaib yazılır. Nazirlər Kabinetinin 348 saylı qərarıyla tələbənin qaibləri üzrlü-üzrsüz hansısa fəndən 25 faizlik limiti aşırsa, tələbə həmin fəndən imtahana buraxılmır, kəsir borcu yaranır. Bu fakültənin tələbələri onlardan yığılan “şirinliyə” qarşı məlum səbəbdən açıqdan-açığa, yəni aşkar müstəvidə etirazlarını bildirməkdən çəkinsələr də, özlərinə məhrəm mühitdə, əsasən də sosial şəbəkələrdə susmurlar.

Yazdıqları statuslarda “rüşvətə son!” tələbi irəli sürən gənclər hiddətlərini daha dərindən izhar etmək üçün fikirlərini maraqlı karikaturaların müşayiəti ilə təqdim edirlər. Həmin fikir paylaşımlarında ehtiva olunan həqiqətlər bunlardan ibarətdir ki, AzTU-nun sözügedən fakültəsindən məzun olmaq, diplomu qazanmaq çətin, istifadə etmək mümkünsüzdür. Çətinliyi şərtləndirən ən başlıca amil əlbəttə ki,”şirinlik” məsələsidir. Diplomun yararsızlığını səciyyələndirən mühüm faktor isə verilən təhsilin keyfiyyətsizliyi nədənindən məzunların üz tutduqları iş yerlərində məmnun qarşılanmamasıdır. Tələbələr özləri də statuslarında açıqca etiraf edirlər ki, onlar mühazirədə sevinən, semestrdə ağlayan insanlardı. Bu etiraf bir daha təsdiqləyir ki, fakültədə bilik deyil, “şrinlik” əsas meyardır. Sosial şəbəkəni izləyəndə tələbələrin fakültə müəllimlərinin ən böyük yalanını da aşkarladıqlarını görmək olur: “İstəsəm gəlib burda elə-belə oturub gedərəm, ayın axırında da maaşımı alaram. Amma mən istəyirəm ki, siz oxuyasınız”.

 Yumor hissləri heç də zəif olmayan tələbələr yaxşı bilirlər ki, fakültə müəllimləri onların oxumasını istəməsələr də, elə-belə maaş xatirinə gəlib-gedə bilməzlər. Onlar işləməli, tələbələrdən alıb dekana ötürmək funksiyalarını layiqincə yerinə yetirməlidirlər ki, “şirinlik” məsələsində öz yerlərini qoruya bilsinlər.

Universitetin rektoru texnika elmlər doktoru, professor Havar Məmmədovun belə neqativ hallara münasibəti birmənalıdır: Barışmazdır. Hörmətli rektorun sözügedən fakültədə baş verənlərin bir çoxundan xəbərsiz olması anlaşılandır. Çünki “şirinlik” dalğasına məruz qalan tələbələr hadisələrin sonrakı inkişafının onlar üçün yaxşı heç nə vəd etmədiyini, təzyiqlərlə üzləşə biləcəklərini nəzərə alaraq dekandan rektora şikayət etmirlər.

Qurbanovun “toxunulmazlığını” təmin edən səbəb barədə digər bir versiya da onun öz əlində rektora və başqa nüfuzlu şəxslərə qarşı böhtan xarakterli informasiyalar toplaması və zaman - zaman onları özünə yaxın bildiyi mətbu nəşrlər və iternet saytları vasitəsilə ictimaiyyətə sızdırması halları ilə bağlıdır. Texniki Universitetin ətrafında cərəyan edən hadisələri izləməkdə marağı olan oxucu və ya tələbə övladının gələcək aqibətindən narahat olan valideyn çox asanlıqla sezə bilər ki, rektorun nüfuzunu aşağılamaq təhdidi daşıyan həmin kompromat xarakterli yazılarda bütün fakültələrin dekanları sərt tənqidə məruz qaldıqları halda, Qurbanovun özünün fəaliyyəti pislənilmir.

Həsən Qurbanovun fəaliyyəti ilə bağlı bu və digər məlumatları araşdırmaqdayıq. Təəssüf ki, cənab dekanı dinləmək istiqamətindəki cəhdlərimiz hələlik nəticəsiz qalmaqdadır.

Mövzunun davamı olacaq.

 

Sabir  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam