Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycanda gəncləri dini ekstremizm və separatizmdən qorumaq üçün yeni iş metodları tətbiq ediləcək

 

Gənclərin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodları tətbiq edilməlidir.

 

Yenixeber.org: Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nda əksini tapıb.

 

Dövlət Proqramında qeyd edilib ki, gənclər arasında yaradıcılığı, intellektual inkişafı stimullaşdırmaq və əqli mülkiyyətin yüksək dəyər olduğunu təbliğ etmək, ekoloji tarazlığın pozulması və sağlam təbii mühitin məhdudlaşması ilə mübarizədə yeni təsirli formaların tətbiqində gənc nəslin fəal iştirakını dəstəkləmək mühüm əhəmiyyət daşıyır. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir. Dövlət Proqramının icrasının nəticəsi olaraq 2021-ci ilin sonuna qədər aşağıdakılara nail olunması gözlənilir:

 

- gənclər siyasətinin səmərəliliyinin artırılması;

- gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi;

- gənclərin fiziki və psixi sağlamlığının möhkəmləndirilməsi;

- gənclərin iqtisadi fəallığının artırılması və sahibkarlığın inkişaf etdirilməsi;

- gənclərin intellektual inkişafının və elmi fəaliyyətinin stimullaşdırılması;

- qeyri-formal təhsil vasitəsilə gənclərin inkişaf etdirilməsi;

- mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin üzə çıxarılması və dəstəklənməsi;

- regionlarda yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması;

- gənclərin ictimai həyatda daha fəal iştirakının stimullaşdırılması;

- gənclərin hüquqi biliklərinin artırılması;

- informasiya texnologiyaları sahəsində gənclərin bilik və bacarıqlarının artırılması;

- gənclərin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi.

 

APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam