Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Büdcədən kənar anlayışı yoxdur, o nə deməkdir?”

Siyavush Novruzov

 

 

Qoy Ziyad Səmədzadə mənə izah etsin görüm büdcədənkənar vəsait nə deməkdir? Məgər göydən dollar yağır ki? 

 

Xeberinfo.com:   Gununsesi.info xəbər verir ki, bu fikri millət vəkili Səyavuş Novruzov növbədənkənar sessiyasında Virgilər Məccəlləsinə edilən dəyişik məsələsinin müzakirəsi zamanı deyib.

  1. Novruzov bildirdi ki, vaxtı ilə “90 illik” yubley haqqında məsələ müzakirə edilən zaman mən dedim bunu etmək olmaz. “O zaman bir qrum bu məsələni qəbul edəndən sonra bütün dövlət qurumları özləri üçün 90 illik yubley medalı haqqında qanun qəbul etdirdi. İndi də deyirəm ki, vaxtında deməyin ki, deyən olmadı. Vergilər Nazirliyi bu qanunu qəbul etdikdən sonra bütün dövlət qurumları başalayacaq bir birinin ardınca belə bir qanunu qəbul etdirəcəklər.”

Deputat S. Novruzov üzünü komitə sədri Ziyad Səmədzadəyə üzünü tutuaraq bildirdi ki, qoy Ziyad müəllim mənə izah etsin görüm Büdcədənkənar vasait nə deməkdir: “Büdcədənkənar vəsait anlayış nədir, Ziyad müəllim bunu mənə bir başa salsın. Axı belə bir anlayış yoxdur. Xüsusilə də son illər icra hakimiyyəti başçıları bildirirlər ki, guya rayonlarda hansısa işləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Ay kişi, göydən dollar yağmır ki? Hansı pulla bunu həyata keçirirsən? Bu işlər hamısı dövlət vəsaiti hesabına həyata keçirilir. Ümumiyyətlə, bu məsələyə kim qarantiya verə bilər, siz Ziyad müəllim, buna qarantiya verə bilərsinizmi ki, şəffaflıq qorunacaq? Ona görə bu məsələni aradan qaldırmaq lazımdır. Belə bir anlayış hansı ölkədə var? Türkiyədə var, Gürcüstanda da var, hansında var, heç birində yoxdur. Bu şəffaflığın pozulması deməkdir. Çünki belə vəsaiti heç Hesablama Palatası da yoxlaya bilmir. Bu vəsaitlərin necə və hansı şəkildə xərcləndiyini müəyyən edə bilmərik. Bütün vəsait büdcəyə daxil olsun, sonra kimlərinsə maaşı, əmək haqqı artsın. Budur şəffaflıq . Yaxud bəzən hansısa rayonda deyirlər ki, büdcədənkənar vəsait hesabına harasa təmir edilib. Bu pul göydən yağır?! Xərclənən əslində büdcə vəsaitidir. Bütün bunlar əlavə rüşvətə yol açır”- deyə S.Novruzov vurğulayıb.

Vergilər Məcəlləsinə edilən dəyişikliyə əsasən vergi orqanları işçilərinin sosial müdafiəsi, o cümlədən vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədilə vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyaları məbləğinin 50 faizi hesabına bu orqanların büdcədənkənar fondu yaradılır. Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, rüşvətin qarşısını almaq üçün cərimə tətbiq etmək hüququ olan orqanlarla bağlı belə bir təcrübə tətbiq olunub: “Ancaq cəbhədə zabitin rüşvət almaq, cərimə tətbiq etmək imkanı yoxdur. Məncə, bu, əməkhaqqı sistemində ədalətsizliyə yol açır”.

Deputat Fəzail Ağamalı əlavə ədyər vergisinin azaldılmasını təklif edib.

Vergilər nairinin müavini Sahib Ələkbərov büdcədənkənar fondların tək Azərbaycanda yox, başqa ölkələrdə də olduğunu söyləyib: “Büdcədənkənar fond Maliyyə Nazirliyinin ciddi nəzarəti altında formalaşır. Eyni zamanda Azərbaycanda büdcədənkənar fondlarla bağlı limit qoyulub. Orada xərclənən hər bir vəsait diqqət mərkəzindədir. Adətən, büdcədənkənar vəsait deyiləndə düşünülür ki, bu vəsait maaşlara əlavə üçün xərclənir. Vergi Nazirliyi kifayət qədər byöük qurumdur, proqram təminatlarının, aparatların alınması üçün byöük vəsait tələb olunur. Büdcə ilin əvvəlində təsdiqləndiyi üçün o proqram təminatlarını, aparatları almaq mümkün olmaz. Digər tərəfdən, sahibkarlıq sübyektlərində yoxlamalar 2 il dayandırılıb, ancaq bu, Vergilər Nazirliyinə aid deyil. Çünki Vergilər Nazirliyinin vəzifəsi vergilərlə bağlı yoxlamadır, büdcə dolmalıdır. Sanksyialardan büdcədənkənar fonda daxil olan məbləğin həcmi də limiti keçə bilməz. Həm də sanksiyalardan daxil olan vəsait büdcəyə yönəldilir, daha sonra Vergilər Nazirliyi Maliyyə Nazirliyinə müraciət edir ki, həmin sanksiyalardan daxil olan vəsaitin bir hissəsi büdcədənkənar fonda ayrılsın”.

  1. Ələkbərov vergi orqanları vasitəsi ilə büdcəyə daxil olan vergilərin 33 faizi əlavə dəyər vergisidir: “Əlavə dəyər vergisi o halda geri qaytarılır ki, şəffaflıq olsun və sənədlər təqdim edilsin. Həm istehsalda, həm ticarətdə şəffaflıq təmin olunacaqsa, əlavə dəyər vergisi ilə bağlı heç bir problem yoxdur. Azərbaycanda əlavə dəyər vergisi ilə bağlı mexanizm tam elektronlaşdırılıb. Əlavə dəyər vergisi dünyanın bütün ölkələrində istfadə edilir.

Yeri gəlmişkən, son vaxtlar dayələrin sürücülərin və digər belə vergidərə cəlb olunması barədə danışırlar. Bunun inzibatçılığı o vergilərdən baha başa gəlir. Belə peşə sahibləri üçün ən yaxşı yol patent üsuludur və bu, gələcəkdə tətbiq oluna bilər”.

Daha sonra məsələ səsverməyə çıxarılıb və qəbul edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam