Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“AXCP və Müsavatın dialoqda iştirakı özlərindən asılı deyil"

 

“İqtidar-müxalifət dialoquna Azərbaycanda fəal siyasətlə məşğul olan bütün partiyalar dəvətlidir. Lakin hər zaman olduğu kimi bu dəfə də AXCP və Müsavatın bu dialoqda iştirak edib-etməməsi aydın məsələdir ki, onların özlərindən asılı olan məsələ deyil”.

"Xeberinfo.com":  Məlumata görə, bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mayın 15-də keçiriləcək iqtidar-müxalifət dialoqunda AXCP və Müsavatın iştirak etməməsinə münasibət bildirərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, AXCP ayrı-ayrı qurumlara, təşkilatlara qulluq edən bir partiyaya çevrilib: “Əgər xaricdən hər hansı bir təşkilat və yaxud daxildə olan hansısa səfir onlara göstəriş versə ki, sözügedən dialoqda təmsil olunsunlar, onlar o zaman orada iştirak edəcəklər. Göstəriş verilmədiyi təqdirdə isə onlar dialoqda iştirak etməyəcəklər. Çünki onlar öz partiyalarının, cəmiyyətin rəyi ilə deyil, əksinə maliyyə və tapşırıq aldığı qurumların diqtəsi ilə oturub-dururlar. Bu baxımdan da bu partiyaların özləri müstəqil qərar qəbul edə bilməzlər. Onlara nə vaxtsa "mitinq təşkil et" deyilsə, o zaman mitinq keçirirlər. İndi bu dialoqda da iştirak onların rəhbərlərindən, xaricdə oturan ağalarından asılıdır. Bunlar hansı qərar qəbul edəcəklərsə, o cür də olacaq”.

S.Novruzov bildirib ki, Müsavatda isə leqitimlik yoxdur: “Artıq bu partiyanın daxilində böyük parçalanma var. Müsavat partiyasının yaradıcıları artıq oradan uzaqlaşıblar. Partiya bir qrup tərəfindən qeyri-qanuni yolla ələ keçirilib və monopoliyaya çevrilib. Əslində həmin qrupun Müsavatı təmsil etmək hüququ da yoxdur. Çünki onlar hansı qərar qəbul edəcəklərsə, üzvlər bunu qəbul etməyəcək. Bu baxımdan da leqitimlik olmayan bir yerdə hansı tərəfin partia rəhbərliyində təmsil olunması sual doğuracaq”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam