Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Azərişıq” 2015-i ziyanla başa vurub

“Azərişıq” ASC 2015-ci il üçün maliyyə-iqtisadi hesabatını açıqlayıb.

Xeberinfo.com:   Məlumata əsasən, ötən il şirkəti ciddi ziyanla işləyib.

2015-ci ildə şirkətin xalis itkisi 31,287 mln manat olub. Bir il öncə şirkət  5,189 mln manat mənfəət əldə etmişdi.

“Azərişıq” ASC-nin bölünməyən mənfəəti 2,4 dəfə – 120,036 mln manatdan 50,136 mln manata azalıb.

“Azərişıq” ASC-nin aktivləri ötən il 1322,973 mln-dan 2027,923 mln manata, nizamnamə kapitalı 623,534 mln-dan 1319,208 mln manata artıb.

2015-ci ildə şirkətin debitor borcları 465,364 mln-dan 524,257 mln manata artıb. Operator yığım perspektivinə şübhə ilə yanaşır və 26,213 mln manat ehtiyat yaradıb.

2015-ci ildə elektrik enerjisinin maya dəyəri 377,751 mln-dan 679,953 mln manata artıb. Debotor borcları nəzərə alınsa, belə çıxır ki, operator satılan elektrik enerjisinin qiymətinin 22,8%-i toplaya bilib, deyə abc.az portalı bildirir.

Elektrik enerjisinin satışı 427,254 mln-dan 756,785 mln manata artıb. Debotor borcları nəzərə alınsa, abunəçi ödənişi satışın 31,7%-I qədər olub.

Turan xatırladır ki, “Azərişıq” ASC  “Azərenerji”yə olan borcunu ödəmək qabiliyyətində deyil. Sonuncunun isə 2016-cı ilin I rübü üçün SOCAR-a aldığı qaza görə 350 mln manat borcu var. Beləliklə, dövlət müəssisələri arasında maliyyə intizamı pozulub


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam