Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Qarabağ Azərbaycana qaytarılmalıdır"

“Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmaq üçün bizim danışıqlar beynəlxalq hüquq prinsiplərinə - BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, və xüsusi olaraq - ərazi bütövlüyü, öz müqəddəratını təyinetmə və güc tətbiq etməmək prinsiplərinə əsaslanır”.

 

Xeberinfo.com:  Məlumata görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Amerikanın səsi"nə müsahibəsində deyib. Onun sözlərinə görə, münaqişənin hərtərəfli həll planının bir hissəsi olaraq Dağlıq Qarabağın statusunun müəyyənləşməsi də daxil olmaqla işğal olunmuş ərazilər Azərbaycanın nəzarəti altına qaytarılmalıdır.


“Madrid prinsipləri ətrafında uzun illərdir aparılan danışıqların artıq fiaskoya uğradığını düşünmək mümkündürmü?” sualına cavabında həmsədr: “Tərəflər və həmsədrlər münaqişənin əsas elementlərinin Madrid prinsiplərinə əsaslanması fikri ilə bölüşürlər. Təkliflər hal-hazırda qeyd olunan prinsiplərə əsaslanaraq tərəflər və həmsədrlər tərəfindən müzakirə olunur.

Minsk Qrupu tərəflərin qəbul etdiyi danışıqlar formatıdır. Biz ümid edirik ki, tərəflər münaqişənin danışıqlar yolu ilə həll olunmasına tam sadiq qalaraq həmsədrlərlə sıx əməkdaşlığı davam edəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam