Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“II Qarabağ müharibəsi regionu məhv edəcək”

93905

Ümid edirik ki, 2016-cı ildə tərəflər həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər. 

Xeberinfo.com:   Məlumata görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışarkən bildirib.

Amerikalı həmsədr tərəflərin güc tətbiqindən çəkinəcəklərinə və prezidentlərin ümumi sülh məqsədini sarsıdacaq təhrikçi ritorikalardan əl çəkəcəklərinə ümid etdiyini bildirib.
“Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı əllərində olan iki insandır. Prezidentlər sülh prosesində irəliləyişə nail olmaq üçün tez-tez görüşməlidirlər. Biz də hərtərəfli sülh sazişinin çoxsaylı elementlərini müzakirə etmək üçün prezidentlərdən aşağı səviyyədə də danışıqlar aparırıq. Bu kimi səylər etimad atmosferinin yaranmasına, gərginliyin azalmasına və münaqişənin tənzimlənməsi ilə bağlı dialoq mühitinin yaxşılaşmasına xidmət edəcək”, – deyə Uorlik bildirib.
Həmsədrin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri açıq şəkildə bəyan ediblər ki, münaqişənin sül yolu ilə həllinə sadiqdirlər.
“Genişmiqyaslı müharibə regionu məhv edə bilər və biz prezidentlərin də bunu başa düşdüyünə əminik. Ümid edirik ki, 2016-cı ildə münaqişə tərəfləri həll prosesi ətrafında irəliləyişə nail olmaq üçün danışıqlar masası arxasında əyləşəcəklər və sülhə nail olacaqlar“, – deyə Ceyms Uorlik vurğulayıb.


Ceyms Uorlik – Amerikalı həmsədr

Həmsdər ötən gün də Dağlıq Qarabağ münaqişəsi haqqında açıqlama verib. O bildirib ki, 2016-cı ildə həmsədrlər prezidentlər arasında dialoqu gücləndirməyi planlaşdırır.

Diplomatın sözlərinə görə, eyni zamanda həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə işləməyə davam edəcəklər: “Biz xarici işlər nazirləri ilə həll prosesi ilə bağlı təkliflər, təmas xətti və beynəlxalq sərhədlər boyunca gərginliyin artması riskini azaltmaq üçün tədbirlər və Dağlıq Qarabağ icmaları arasında dialoqun təşviqi istiqamətində işləməkdə davam edəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam