Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Erməni nazir müavini özünü biabır etdi

 

Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan özünü axmaq vəziyyətinə salacaq bəyanatla çıxış edib.   
"Xeberinfo.com":  Məlumata görə, o, dünənki müsahibəsində deyib ki, Qarabağ munaqişəsinin Azərbaycanın ərazi bütövlüyünə dəxli yoxdur və sülh razılaşmasının hələ də əldə olunmamasında ölkəmizi günahlandırıb.
"Azərbaycan əgər Madrid prinsipləri əsasında sülh razılaşmasını tezləşdirmək istəyirsə, Dağlıq Qarabağ Respublikasını tanımalıdır" - deyə Ş.Köçəryan müsahibəsində bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi onun bu sayıqlamasını şərh etmək istəmədi. Nazirliyin mətbuat xidmətindən verilən açıqlamada belə deyilir: "Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan dünənki açıqlaması ilə Madrid prinsiplərindən və danışıqların gedişindən tam xəbərsiz olduğunu bir daha sübut edir. Görünür ki, Madrid prinsiplərinin yalnız adını həmsədrlərin açıqlamalarından eşitmişdir. Onun dedikləri hər hansı şərhə layiq deyil."
Madrid prinsipləri - Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün ATƏT-in Minsk qrupu tərəfindən hər iki tərəfə təklif olunan sülh modelidir. Madrid prinsipləri münaqişənin həll edilməsində ən ideal sülh planı hesab olunur. 
Madrid prinsiplərinə əsasən Ermənistan tərəfdən işğal edilmiş və Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olmayan 6 rayon Azərbaycana qaytarılmalı, daha sonra isə Dağlıq Qarabağ Muxtar Vilayətinin statusu müəyyən olunmalıdır.
ANS PRESS

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam