Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası


 

İmtahanlar obyektiv və şəffaf keçirilirir

 

Xeberinfo.com:  Azərbaycan Respublikası təhsil naziri ali və orta ixtisas təhsili müəssisələrində 2015-2016-cı tədris ilinin payız imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirməsində şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə 2015-ci ilin dekabrında əmr imzalamışdır. Əmrdə göstərilir: «…Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri ali və orta ixtisas müəssisələrində imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər... Və nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisələrində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar…»

Əlbəttə, imtahan prosesi dövründə tələbələr üçün yaradılan şərait, bütün imtahanların qərəzsiz prinsipr əsasında aparılması, tərin bilikrinin obyektivqiymətndirilməsiçox ciddi məsələdir. Belə  təhsil müəssisələrindən biri də Biznes və Kooperasiya Kollecidir.

Bakı Biznes və Kooperasiya Kollecində keçirilən payız imtahan sessiyasının hazırlığına isə dekabr ayının əvvəlindən başlanılmışdır. Əvvəlcədən müəyyən edilən qaydalara əsasən təşkil olunmuş komissiya birmənalı şəkildə imtahan prosesinin obyektiv və şəffaflıq şəraitində keçirilməsini qərarlaşdırmışdı. İmtahanların gedişinə nəzarəti daha da gücləndirmək məqsədi ilə kollecin direktoru Fatimə Quliyevanın əmrinə əsasən koordinator rəhbərləri və koordinatorlar təyin olunub, bütün imtahan zallarında kameralar quraşdırılıb. İmlahanların gedişi valideyn və ictimaiyyətin nümayəndələri tərəfindən də izlənə bilir.

Hazırda kollecdə əyani və qiyabi şöbədə gedən imtahan sessiyasında «Qaynar xətt», arzu və təkliflər qutusu, apellyasiya komissiyası yaradılmışdır. Quraşdırılan monitorlar vasitəsilə valideynlər tam şəkildə övladlarının imtahan prosesini müşahidə edə bilərlər. Yaradılan münaqişə komissiyasına, eləcə də arzu və təklif qutusuna daxil olan təklif və şikayətlərə hər günün sonu baxılaraq operativ şəkildə öz həllini tapır.

Yaradılan şərait tələbələrin də ürəyincə olmuşdur. Söhbət əsnasında «İmtahan necə keçmişdir?» sualına əgər biliyin varsa, imtahana hazırsansa, sənə zaval yoxdur - deyə cavab verdilər.

Keçirilən imtahan sessiyasında imtahan sualları pedaqoji şurada əvvəlcədən müzakirə olunub və həmin sualların hamısı elektron lövhədə yerləşdirilmişdir. Tələbələr həmin suallarla tam şəkildə tanış olmuşdular. Odur ki, tələbə sərbəst şəkildə imtahan verir. Biletlər 5 sualdan ibarət olur, hər sualın cavabı 10 balla qiymətləndirilir. İmtahanaqədər tələbənin keçid balı 17-dən aşağı olmamalıdır və tələbə imtahandan keçmək üçün onun cəmi topladığı bal 51 olmalıdır.

Koordinator-nəzarətçilər bir qayda olaraq qeyri-ixtisas müəllimləri arasından seçilir ki, bu da tələbəyə imtahan zamanı kömək göstərmək kimi təsadüflərə yol verilməsinin qarşısını alır. Tələbə yazılı imtahan veribsə, yazılar koordinator otağında şifrələndikdən sonra qiymətləndirilmək üçün fənn müəlliminə verilir. Şifrələnmə o deməkdir ki, bu zaman müəllim kimin yazısını qiymətləndirdiyini bilmir. Nəticə isə yubadılmadan, tələbənin imtahan verdiyi günün sabahı elan edilir. Qiymətləndirmədən narazı qalan tələbə isə dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiya vermək hüququndadır. Belə ki, apelyasiyada fənn müəllimlərinin iştirakı ilə tələbənin cavabı yenidən araşdırılır.

Apardığımız müşahidələrdən, tələbələrlə söhbətlərdən bu qənaətə gəldik ki, Bakı Kooperasiya və Biznes Kollecində həyata keçirilən hər bir layihə, tətbiq olunan hər bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb. Bunun nəticəsidir ki, sessiya zamanı ehtimal oluna biləcək hər hansı neqativ hal baş verməmişdir.  Bu bir daha kollecdə gördüklərimiz, həm də tələbələrin söylədikləri ilə belə qənaətə gəlmək olur ki, kollecdə yaradılmış şərait ilk növbədə imtahanların obyektiv və şəffaf keçməsinə hesablanıb.

 

Hazırladı: Əkbər Hüseynzadə

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam