Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Yanğın hazırda bir neçə qaz quyusunda davam edir"

“ “Günəşli” neft yatağında baş vermiş faciədə itkin düşmüş şəxslərin axtarışına yenidən helikopterlər cəlb olunub”.

Xeberinfo.com:   Məlumata görə, bunu “Azneft” İstehsalat Birliyinin (İB) baş direktorunun müavini, baş mühəndis Balamirzə Ağarəhimov bu gün keçirilən mətbuat konfransında deyib. 


Onun sözlərinə görə, axtarışlara əlavə olaraq Fövqəladə Hallar Nazirliyinin 4, Dövlət Sərhəd Xidmətinin isə 2 helikoter və 4 gəmisi cəlb olunub.

Qurum rəsmisi əlavə edib ki, sualtında xüsusi aparatlar axtarışları davam etdirir: “Bu saata qədər axtarışlar hər hansı bir nəticə verməyib. Yanğın isə hələ də davam edir. Havanın küləkli olması yanğının tez bir zamanda söndürülməsinə mane olur. Yanğın hal-hazırda qaz quyularında gedir. Orada isə 28 quyu var. Yanğının söndürülməsi ilə əlaqədar işlər 24 saat davam edib. Hazırda tərtibat meydançanın üzərinə yerləşdirilib, onun quraşdırılması həyata keçirilir. Yeni gəmi cəlb olunub. Bundan əlavə orada saatda 1500-2000 kubmetr su vurma gücündə olan nasos quraşdırılacaq. Yanğın hazırda bir neçə qaz quyusunda davam edir”.

B. Ağarəhimov həmçinin təhlükəsizlik məsələlərinin həll edilməməsi ilə bağlı suala da aydınlıq gətirib. Qeyd edib ki, təhlükəsizliklə bağlı görülən işlər davamlı prosesdir: "Bundan 5 il əvvəlki vəziyyətlə müqayisədə indi nə qədər işlər görüldüyünün şahidi ola bilərsiniz. Təkmilləşməyə isə hər zaman ehtiyac var”

Qeyd edık ki, dekabrın 4-də saat 17.40 radələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə güclü yanğın baş verib.

Hadisə baş verən zaman özüldə 63 nəfər xidmətdə olub. Yanğın nəticəsində 2 nəfər həlak olub, 29 nəfər itkin düşüb. İtkin düşənlərdən 6-nın meyiti dünən tapılaraq sudan çıxarılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam