Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Günəşli” faciəsi: İtkin neftçilər tapılmayıb

"FHN-in helikopterləri və SOCAR-ın AZAL-dan sifafiş etdiyi helikopterlər itkin neftçilərin axtarışlarını hazırda da davam etdirir".

Xeberinfo.com:   Məlumata görə, bunu “Azneft” İstehsalat Birliyinin operativ qərargahında “Günəşli” yatağının 10-cu özülündə baş verən yanğınla bağlı bu gün keçirilən növbəti mətbuat konfransında "Azneft" İB-in baş mühəndisi Balamirzə Ağarəhimov deyib.

 

B.Ağarəhimovun sözlərinə görə, "Neft daşları və “Günəşli” yatağı ərazisində gedən axtarışlar nəticə verməyib: "Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri də axtarışları davam etdirir. Yanğının söndürülməsi sahəsində də ciddi dəyişiklik baş verməyib”.

Baş mühəndis vurğulayıb ki, yanğının söndürülməsi ilə məşğul olqn 5 gəmidən biri ərazidən uzaqlaşacaq: “Yanacaq doldurmaq üçün bir müddət sonra gəmilərdən biri oradan uzaqlaşacaq və onu FHN-ə məxsus “Vixr” gəmisi əvəz edəcək”.

“Azneft” rəsmisi FHN-in dalğıclarının axtarışı davam etdirməsi barədəki məlumatı da təkzib edib: “Dalğıclar hazırda axtarışı davam etdirmir, çünki hava şəraiti buna imkan vermir”.

Balamirzə Ağarəhimov deyib ki, sabah SOCAR-la ABŞ-ın "Boots and Coots" şirkəti arasında "Günəşli" yatağındakı yanğının söndürülməsi ilə bağlı görüş keçiriləcək, müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq: "Onlar bizdən platformanın və avadanlıqların sxemini istəyiblər. Müzakirələrdən sonra tədbirlər planı hazırlanacaq və qərar veriləcək ki, yanğının söndürüməəsi neçə saat və ya neçə gün davam edəcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam