Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Leyla Əliyevanın təltifolunma mərasimindən - FOTOLAR

 

Leyla xanım Əliyeva Rusiya Federasiyasının Prezidenti tərəfindən yüksək mükafata layiq görülmüşdür.

 

"Xeberinfo.com":   Cari ilin oktyabrın 20-də Rusiya Federasiyasının Prezidenti cənab V.Putinin imzaladığı Sərəncamla “Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmlənməsinə, iqtisadi münasibətlərin inkişafına, xaricdə rus dili və mədəniyyətinin qorunması və təbliğ edilməsində verdiyi dəyərli töhfələrə görə” Heydər Əliyev Fondunun vitse-prezidenti və Rusiyadakı Azərbaycan Gənclər Təşkilatının sədri  Leyla xanım Əliyeva  “Puşkin” medalı ilə təltif edilmişdir.

Rusiya və Azərbaycan dostluq əlaqələrinin möhkəmlənməsində və genişlənməsində xüsusi xidmətləri olan Leyla Əliyevanın fəaliyyəti Rusiyanın müxtəlif bölgələrində tanınır. Moskva və Sankt-Peterburqdan Ulyanovsk və Həştərxana qədər, Rusiyanın müxtəlif ucqar bölgələrində Leyla xanımın təşəbbüsü və dəstəyi ilə ümumtəhsil məktəbləri bərpa edilmiş, yeni parklar salınmış, əlil uşaqlar üçün geniş miqyaslı xeyriyyə tədbirləri və  digər yaddaqalan layihələr həyata keçirilmişdir. O, Rusiyanın Azərbaycan diasporunun nümayəndələrini cəlb etməklə xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə böyük iş aparır, dahi babası, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan-Rusiya münasibətlərinə həmişə çox böyük əhəmiyyət verən Heydər Əliyevin işini layiqincə davam etdirir. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur.

Həyata keçirilən bu kimi layihələr Rusiyanın və onun bölgələrinin rəhbərlikləri tərəfindən daim yüksək qiymətləndirilir və bunun göstəricisi kimi Həştərxan şəhərində  Müqəddəs Knyaz Vladimirin abidəsinin ucaldıması və ətraf ərazidə yeni parkın salınmasına görə Leyla xanım Əliyeva III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif olunmuşdur.

Bununla yanaşı, Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə  Rusiya-Azərbaycan dostluq körpüsünün inşasına, Heydər Əliyev parkında "Arzu" uşaq əyləncə şəhərciyinin yaradılmasına və digər sosialyönlü layihələrin gerçəkləşdirilməsində böyük xidmətlərinə görə Leyla xanım Əliyeva "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" ordeninə layiq görülmüşdür.

Sadalanan və digər mükafatlar Leyla xanımın Rusiyada həyata keçirdiyi layihələrə Rusiya dövləti və xalqı tərəfindən verilən böyük dəyərin göstəricisidir.



            


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam