Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Leyla Əliyeva Yoqa Federasiyasının prezident seçildi

 

Leyla Əliyeva Yoqa Federasiyasının prezident seçildi

 

Bu gün – dekabrın 30-da Bakıda Azərbaycan Yoqa Federasiyasının istiqamətlər üzrə rəhbərlərinin toplantısı keçirilib 

Yenixeber.org: Görülmüş işlər üzrə hesabat dinlənilib və fikir mübadiləsi aparılıb.

İclasda yoqanın Azərbaycanda populyarlaşmasında xidmətəri olan şəxslər, o cümlədən DTX rəhbəri Mədət Quliyev, olimpiya çempionu Elnur Məmmədli, yoqa üzrə beynəlxalq diplom sahibi, Yoqa Şiromani tituluna yiyələnmiş Elçin Quliyev və Azərbaycanda yoqanın digər təmsilçiləri iştirak ediblər. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Yoqa Federasiyasının prezidenti seçilib.

Azərbaycan Gənclər və İdman Nazirliyi Yoqa Federasiyasının bugünkü iclası barədə məlumatlandırılıb. Leyla Əliyevanın Yoqa Federasiyasının prezidenti seçilməsi haqqında müvafiq hesabat nazirliyə göndərilib

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycanda yoqanın populyarlaşdırılması ilə fəal məşğul olur və tez-tez yoqanın təbliğinə həsr edilmiş tədbirlərdə iştirak edir. Belə ki, Leyla Əıliyeva 2017-ci il dekabrın 24-də Bakıda keçirilmiş yoqa üzrə master-klassda iştirak edib.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam