Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Putin Əsəddən imtina edə bilər”

 

“Artıq səbir etmək mümkün deyildi. Türkiyə hökuməti ciddi addımlar atmalıydı”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyadan Pakistana gedərkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.

O, Türkiyənin Suriyanın şimalında terror təşkilatlarının yaranmasına müsbət baxmadığını vurğulayıb: “Bu məsələdəki qətiyyətimizi ABŞ da bilir. ABŞ Türkiyəyə qarşı təhdid yaradacaq ünsürlərin meydana gəlməsinə müsbət yanaşmır. Bu il iyulun 22-də prezident Barak Obama ilə telefonda İŞİD-ə qarşı mübarizə məsələsini geniş müzakirə etdik. Bundan dərhal sonra bir hərbçimiz şəhid oldu. Biz də İŞİD-ə qarşı əməliyyata başladıq. Həmin vaxt İraqın şimalında PKK terrorçuları təhlükəsizliyimizə təhdid yaradırdı. Onlara qarşı da addımlar atıldı. Əməliyyatlar davam edəcək. Türkiyə Cümhuriyyəti olaraq qərarlıyıq: Tək millət, tək dövlət, tək vətən, tək bayraq!”

Türkiyə prezidenti ABŞ-la Səudiyyə Ərəbistanı və Qətərin İŞİD-ə qarşı koalisiya qüvvələrinə daxil edilməsi məsələsinin müzakirə olunduğunu bildirib: “Həmçinin, Fransa və İngiltərənin də daxil olması mümkündür”.

Ərdoğan Azərbaycan paytaxtında keçirilən I Avropa Oyunları zamanı Rusiya prezidenti Valdimir Putinlə də bu məsələni müzakirə etdiklərini xatırladıb: “Putinlə daha sonra telefonda da danışdıq. Onun Suriya ilə bağlı mövqeyində müsbət dəyişiklik hiss olunur. Əvvəlki kimi “Sona qədər Bəşər Əsədin yanındayıq” iddiasında deyil. Putinin Əsəddən imtina edə biləcəyinə inanıram”.

Türkiyə prezidenti Çinə səfəri zamanı uyğur türklərinin vəziyyətinə dair aparılan müzakirələrdən danışıb: “Çinin bu məsələdə narahatlığı terror mövzusudur. Bəzi uyğurların İŞİD başda olmaqla, terror təşkilatlarına qatılması, ölkənin ərazi bütövlüyünə təhlükə yaratması Çini narahat edir. Bəzi uyğurların İŞİD-ə qatıldığını biz də bilirik və bunu açıq şəkildə deməliyəm. Pekində Çin İslam Cəmiyyətinin nümayəndələri ilə görüşdüm. Deyirlər ki, ölkədə 35 min məscid, 40 min dini xadim var”.

Ərdoğan Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) bağlanmasına dair suala cavab verib: “Partiyaların bağlanmasının həmişə əleyhinə olmuşam. Ancaq bir partiya bağlana, digəri açıla bilər. Hansı partiya olursa olsun, cinayət törədirsə, cəzasını çəkməlidir. HDP həmsədri Səlahəddin Dəmirtaşla bağlı prokurorluğunu apardığı araşdırmanı izləyirik. Bu barədə açıqlama verməyim doğru olmaz”. (Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam