Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Sosial şəbəkələr insanları sosiallaşmadan ayırır...”

 

Psixoloq: “Bu şəbəkələrin xeyri ziyanından daha çoxdur”

"Xeberinfo.com":   Çoxdan görmədiyimiz tanışlarımızla əvvəllər görüşüb ünsiyyət qururduqsa, son vaxtlar bunu ancaq sosial şəbəkələrdə edirik. İnsanlar artıq canlı ünsiyyət qurmaq vərdişini sanki tərgidib, sosial şəbəkələr vasitəsi ilə ünsiyyətə üstünlük verir. 

 
İş o yerə çatıb ki, artıq kiməsə zəng etmək belə istəmir, demək istədiklərimizi yazı şəklində göndəririk. Bu vəziyyət daha çox yaşlı nəslin nümayəndələrini narahat edir. Onlar bəzən öz övladları ilə günlərlə canlı ünsiyyətə girə bilmədiklərini deyirlər. Maraqlıdır, doğrudanmı, insanların canlı ünsiyyətdən qaçmasının səbəbi sosial şəbəkələrdir?
Psixoloq Dəyanət Rzayev sosial şəbəkələr insanları real ünsiyyətdən müəyyən qədər ayırsa da, müsbət cəhətlərinin də çox olduğunu dedi: “Bu şəbəkələr vasitəsi ilə insanlar arasında canlı ünsiyyət azalır. Amma artıq insanlar buna adaptasiya olunublar. Sürətlənmənin getməsi ilə bağlı bu gün insanlar sosial şəbəkələrdə oturur, bir-biri ilə danışır. Ancaq elə sakit ölkələr var ki, orada insanlar ancaq canlı ünsiyyətdə olur, bayramlar keçirirlər. Sosial şəbəkələrdə ünsiyyət bu ölkələrdə azdır. Biz elə bilirik ki, əgər bu Qərbdən Şərqə gəlibsə, deməli, Qərbdə daha betərdir. Hamı bütün günü sosial şəbəkələrdə ünsiyyətdə olur. Bu, tamamilə yanlışdır. Bəs nəyə görə bizdə insanlar ancaq sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar? Onların canlı ünsiyyətdən qaçmasının səbəbi aqressivləşməsidir. Şəxsən mən özüm də real ünsiyyətdən daha çox sosial şəbəkədə ünsiyyət qurmağı üstün tutardım. İnsanlar canlı ünsiyyət zamanı konfliktə girmək istəmədikləri üçün belə edirlər. Sosial şəbəkələr olmasaydı, insanlar daha çox özünə qapalı olardılar. O da düzdür ki, sosial şəbəkə ilə ünsiyyət canlı ünsiyyətin yerini verməz. Canlı ünsiyyət tamamilə başqadır.  Adicə biz uşaqlarımızı çox vaxt bayıra çıxmağa qoymuruq. Onların ev mühitində olmalarını daha çox istəyirik”.
 
Psixoloq cəmiyyətin gün keçdikcə daha da aqressivləşməyə və qəddarlaşmağa doğru getdiyini bildirdi: “Bu gün Azərbaycan cəmiyyəti o qədər qəddarlaşıb ki, valideynlər də uşaqlarının evdə oturmasını üstün tutur. İnsanların aqresiyasını, qəddarlığını  azaltmaq üçün tədbirlər görmək lazımdır. Ancaq təəssüflər olsun ki, bu tədbirlər Azərbaycanda heç yaxın gələcəkdə də görünmür. Psixi profilaktika, psixi gigiyena və sosial psixiatriyanın Azərbaycanda inkişafı çətin məsələdir. Canlı ünsiyyəti yaratmaq üçün, tutaq ki, sosial şəbəkələri ləğv edək. Amma canlı ünsiyyətin nəticələrini görürük. Bir-birlərini öldürür, bıçaqlayır, zorlayırlar. Bir var ki, virtual olaraq öz qəzəbini tökür, bir də var canlı. Ona görə də mənə elə gəlir ki, belə adamlara elə sosial şəbəkələr yaxşıdır ki, oturub öz manyak arzu-istəklərini sosial şəbəkədə həyata keçirsinlər. Elə vəziyyət yaranıb ki, insanların sözləri bir-birilərinin boğazından keçmir. Ona görə düşünürəm ki, sosial şəbəkə aqresiyanı hardasa azaldır, insanları canlı ünsiyyətə girməyə qoymur. Bəzən görürük ki, sosial şəbəkə, də kimsə başqa bir adla girir, hamını söyüb-batırıb çıxır. İnsanlar aqressiyasını azaltmaq üçün idmanla məşğul olmalıdır. Sovet dönəmində gəlib uşaqları zorla idmana yazdırırdılar. Amma indi bu yoxdur. İdman klublarının da qiyməti od tutub yanır. Ona görə də çox ailənin buna imkanı çatmır. Həm də sosial şəbəkə insanların reklam, ticarəti üçün də əlverişlidir. Yəni bu şəbəkələrin xeyri ziyanından daha çoxdur”.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam