Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

"Cənub Qaz Dəhlizi Avropa İttifaqı üçün prioritetdir"

 

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Avropa İttifaqı ilə sıx əlaqə qurmaq istəməyən "Şərq Tərəfdaşlığı" ölkələri ilə yeni formatda əməkdaşlıq barədə düşünməyin zəruriliyini vurğulayıb.

"Xeberinfo.com":  Qurumun Bakı təmsilçisi Malena Mard APA-ya açıqlamasında onun fikirlərinə münasibət bildirib. 

"Bildiyimiz kimi, Avropa İttifaqının komissarı Yohannes Han Avropa qonşuluq siyasətinə cavabdeh olan şəxsdir. Bu baxımdan da Riqa sammiti olduqca mühüm əhəmiyyət kəsb edəcək. Komissar Hanın da dediyi kimi, əsas məsələ fərqləndirmədir. Aydındır ki, biz "Şərq Tərəfdaşlığı" proqramına daxil olan altı ölkənin hər biri ilə münasibətlərimizi fərqləndirməliyik. Bu da həmin ölkələrin iddialarından və Avropa İttifaqı ilə işləmək arzularından irəli gəlir. Altı tərəfdaşın Riqada fikirlərini öyrənmək çox maraqlı olacaq". 
Rəsmi Bakının Avropa İttifaqı ilə assosiativ saziş əvəzinə strateji tərəfdaşlıq sazişi imzalamaq istəyini şərh edən M. Mard bildirib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığı genişləndirməkdə olduqca maraqlıdır: "Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə ikitərəfli strateji əməkdaşlıq sazişi imzalayıb. Onu da qeyd edim ki, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji əməkdaşlıq sazişi də imzalanıb. Bu əsasda biz Azərbaycanın strateji əməkdaşlığa dair təkliflərini gözləyirik. Biz bu təklifə nəzər salmalıyıq. Əsas odur ki, hər iki tərəf anlayır ki, ikitərəfli əməkdaşlıq genişləndirilməlidir. Məsələn, iqtisadi-ticari əlaqələrdə əməkdaşlığımızı genişləndirə bilərik. Bildiyiniz kimi, biz viza rejiminin yüngülləşdirilməsi və readmissiya haqqında saziş imzalamışıq. Avropadan Azərbaycana və əks-istiqamətdə səfərlərin sayı xeyli artıb".
Riqa sammitində hər hansı sənədin imzalanmasının nəzərdə tutulub-tutulmadığı haqda suala M. Mard belə cavab verib: "Bildiyiniz kimi, Avropa İttifaqının hər sammitində birgə bəyanat imzalanır. Hazırda Riqa sammiti ilə bağlı da həmin işlər görülür. Bu sammitdə göstəriləcək ki, "Şərq tərəfdaşlığı"na üzv olan altı ölkə ilə işləməkdə potensial var".
Diplomat sammitdə Azərbaycan və Ermənistan rəsmilərinin görüşəcəyi barədə hər hansı məlumata malik olmadığını söyləyib: "Bununla bağlı gərək Azərbaycan tərəfinə müraciət edəsiniz. Ancaq biz Avropa İttifaqı olaraq Azərbaycanla Ermənistan rəsmiləri arasında görüşlərin keçirilməsinə pozitiv baxırıq".
Malena Mard Cənub Qaz Dəhlizi layihəsinin Avropa İttifaqı üçün prioritet olduğunu da vurğulayıb. "Avropa İttifaqı qaz marşrutlarının diversifikasiyasında maraqlıdır. "Türk axını" layihəsi də yeni mənbədən qaz təchizatını nəzərdə tutur. Lakin Cənub Qaz Dəhlizi bizim üçün daha prioritet layihədir", - deyə M. Mard qeyd edib.
Diplomat qeyd edib ki, Avropa İttifaqı üçün enerjidən səmərəli istifadə də olduqca əhəmiyyətlidir. M.Mard əlavə edib ki, Azərbaycanla Avropa İttifaqı alternativ enerji sahəsində də səmərəli əməkdaşlıq edə bilər.
Xatırladaq ki, "Türk axını" layihəsi daha çox "Putin layihəsi" kimi tanınır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam