Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Günəbaxan tumları həm də bəxtimizlə oynayır

 

Sağlığımızla oynadığı yetməyən “Çiko”, “Şirinlər”, “Mister tum”, “Beloçka”, “Patron”, “Əla tum”, “Sən sevən”, “Bizim ailə” və s. 

Qablaşdırılmış qida məhsulları ilə bağlı ictimai rəyin birmənalı olmaması sirr deyil. Bu sırada isə günəbaxan tumları daha çox diqqəti çəkir. Kimisi bunların sağlığımıza qəsd olduğunu, kimisi işbazların yalançı uduş kampaniyaları ilə cibimizə girdiyini, kimisi də ümumiyyətlə tum yeməyi mədəniyyətsizlik hesab edir. Əslində bu de-fakto cəmiyyətdə problem olaraq var. Xüsusi ilə də azyaşlılarla bağlı...  Təəssüf ki, bu problem naməlum səbəblərdən mətbuatın diqqətindən yayına bilir. Ən xırda olaya belə həssas olan Azərbaycan mediası nədənsə heç də kiçik olmayan fəsadlara yol açan bu problemin üzərinə getmir.

Diqqətli oxucularımıza da məlum olduğu kimi, biz “xeberinfo.com” olaraq son vaxtlar bu problemi ictimailəşdirməyə və aidiyyatı dövlət təşkilatlarının diqqətinə çatdırmağa çalışırıq. Problemlə bağlı bir qrup ölkə vətəndaşının müxtəlif dövlət strukturlarına ünvanladığı məktubun surəti redaksiyamıza da çatıb. Məktubda günəbaxan tumlarının gigiyenik normalara cavab verməməsi səbəbindən genefondumuza vurduğu zərbədən və qumar oynuna çevrilmiş saxta uduş kampaniyalarından bəhs olunur. Müəlliflər məlum vəzifəli şəxslərdən bu problemlərin araşdırılmasını və aradan qaldırılmasını xahiş edirlər.

Biz ilkin olaraq bu məktub əsasında “Genefondumuza “tum zərbəsi !”” başlıqlı yazı hazırladıq. Sonrakı günlərdə isə mütəxəssislərin və hüquqşünasın sözügedən problemə münasibətini ictimailəşdirməyə çalıdıq. Ardınca bir başqa yazı...

Paralel olaraq üç dövlət strukturuna-Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, İqtisadiyyat və Sənaye Nazirliyinə və Qiymətli Kağızla üzrə Dövlət Komitəsinə məktub ünvanladıq. Hələlik birinci instansiyadan iki günəbaxan tumları ilə bağlı (“Bizim ailə” və “Patron”) cavab almışıq. Cavab deyəndə ki, ... gözlədiyimiz kimi də oldu. Sən demə bu tumlarda satandartlaşdırma ilə bağlı problem yoxdur(?)

İqtisadiyyat və Sənaye Nazirliyinə isə konkret fakt da təqdim etmişdik. Söhbət uduş kampaniyasında haqqını ala bilməyən bir vətəndaşın müraciətindən gedir. Nazirliyin Antiinhisar Xidməti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamentindən üst-üstə 3 cavab məktubu aldıq. Məlum oldu ki, təqdim etdiyimiz fakt həqiqət imiş və məlum istehlakçının haqqı verilib... Ümumiyyətlə isə problemin araşdırılması “unuduldu”.

 Qiymətli Kağızla üzrə Dövlət Komitəsindən isə hələ ki, cavab yoxdur. Telefon danışığımızdan məlum oldu ki, bu qurum da məktubumuzu araşdırmaqdadır.

                                                               

                                           Bəxtinizi bir daha sınayın !

 

Bütün bunlar öz yerində. Biz sonuncu instansiyadan da cavab aldıqdan sonra dövlət strukturlarının bu problemə yanaşması ilə bağlı əlavə yazı hazırlayacağıq.

Hələlik isə günəbaxan tumlarının sağlığımız və bəxtimizlə oynaması haqqında: Yəqin siz də müşahidə etmisiniz, əksər hallarda günəbaxan və qarğıdalı tumlarının qabından kimyəvi tərkibi məlum olmayan hansısa “kitayski” oyuncaq, hətta corab da çıxır. Bunun nə dərəcədə doğru olduğunu, sağlığımıza hansı zərbələri vurduğunu bilməkdən ötrü mütəxəssis olmağa ehtiyac yoxdur. Təəssüf ki, bizlər, xüsusi ilə də azyaşlılar həvəslə mağazaların piştaxtalarında bu məhsulları axtarırıq. Bugünün  azyaşlısının günəbaxan tumlarına olan bu həvəsi 15-20 ildən sonra “uğurlu nəticəsini” göstərir.  Sonsuzluq xəstəliyini başına bəla edib, klinikalarda sürünür...

İşbaz qardaşlarımız sağlığımızla oynamaqla kifayətlənməyib, həm də bəxtimizlə oynayır. “Bəxtinizi bir daha sınayın”, bu çoxlarımıza tanış nağıldır. Bunun başqa adı saxta uduş kampaniyaları ilə millətin başına corab hörməkdir. Etiraf edək ki, bu işbazlar bəxtimizlə oynamaqla müəyyən qədər müştəri də toplaya biliblər. İndi uşaqlar daha çox hədiyyə sahibi olacaqlar deyə, tum alırlar. Yeri gəlmişkən əksər hallarda uduş sevinci də ürəklərdə qalır. İşbazlar müxtəlif bəhanələrlə insanlara udduqları hədiyyəni verməkdən boyun qaçırırlar. Beləcə bəxtimiz də sağlığımızla bərabər qurbanlıq olur.

Ölkəmizdə qumar oyunları qanunla yasaqdır. Bəs bu nədir, qumar deyilmi? Bir-biri ilə çəkişən (Rəqabət deyə bilmədim) firmalar uduş kampaniyası adı ilə əsl qumarxana yaradırlar. İndi çoxlarının diqqətini çəkməyən bu mənzərə çox keçməz ki, bizi qumarbazlar ordusu ilə üz-üzə qoya bilər...

 

 

Mövzu diqqətimizdədir

İlqar    

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam