Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

“İlk Avropa Oyunlarının keçirilməsi bizə böyük etimadın göstəricisidir”

 

“İlk Avropa Oyunlarına qısa müddətdə hazırlıqları başa çatdırmağımız, bu idman yarışlarının ölkəmizdə keçirilməsi kimlərisə narahat edir. Rəqiblərimiz, düşmənlərimiz bizim Avropa miqyasında təmsilçiliyimizə qarşı çıxır, bunu istəmirlər”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu eks-prezident Ayaz Mütəllibov Avropa Oyunları ilə bağlı Publika.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Avropa Oyunlarına qarşı çıxan qüvvələrin fəaliyyəti düşmənlərimizin bu mötəbər yarışın ölkəmizdə keçirilməsinə qısqanclıqla yanaşdığını göstərir: “Siz jurnalist olaraq məndən də yaxşı bilirsiniz ki, dünyada informasiya, mətbuat sahəsində kifayət qədər avropalı analitik, müxbir fəaliyyət göstərir. Bu səbəbdən də hər hansı xalqa, dövlətə münasibət elə bu qitədə formalaşır. İlk Avropa Oyunlarını keçirməyimiz bizə beynəlxalq ictimaiyyət tərəfindən böyük etimadın göstərilməsi deməkdir. Amma təəssüf ki, qonşularımız bundan narahatdır. O ki qaldı oyunların mahiyyətinə, bu, bizim xalqın, ölkənin tanıdılmasıdır. Dünya miqyasında da sübut olunur ki, azərbaycanlılar Avropa mədəniyyətinə malikdirlər”.

 

A.Mütəllibov bildirir ki, Avropa Oyunları təbliğatın ən yüksək formasıdır: “Elələri var ki, “oyunlar nəyə lazımdır, niyə keçirilir” deyir. Azərbaycanın eks-prezidenti kimi qəti mövqeyim bundan ibarətdir: fərqli rəylərə baxmayaraq, bu oyunların keçirilməsi olduqca vacibdir. İlk Avropa Oyunları çox vacib tədbirdir”.

 

Eks-prezident əlavə edib ki, ilk Avropa Oyunlarının iqtisadi tərəflərini də nəzərdən qaçırmaq olmaz: “Dövlət telekanalında bununla bağlı çıxış edən iqtisadçı maraqlı faktlara toxundu. Məlum oldu ki, ilk Avropa Oyunları büdcəyə ağırlıq vermir. Çünki bu məsələdə müxtəlif sektorların imkanlarından istifadə olunub ki, dövlətin büdcəsinə yük düşməsin. Bu heç də o demək deyil ki, pullarımızı yarışlara xərcləyirik. İlk Avropa Oyunları öncəsi xaricdə baş verən bəzi hadisələr də keçib gedəcək. Allaha şükür ki, iqtisadi gücümüz, sərvətlərimiz, hər şeyimiz var. Bu oyunların ölkəmizdə təşkili önəmli məsələdir”.

 

Eks-prezident Qərbin bəzi ölkələrində ilk Avropa Oyunları öncəsi respublikamıza qarşı çıxan qüvvələrin anti-Azərbaycan fəaliyyətinə təbii yanaşdığını dilə gətirib: “İlk Avropa Oyunlarına qarşı kimlər çıxır? Düşmənlərimiz, rəqiblərimiz. Həmin proseslərə dözmək lazımdır, bunlar təbii şeylərdir. Mən tam əminəm ki, bizə qarşı həmin əks-təbliğat kiçik söhbətlərdən kənara çıxmayacaq. Azərbaycanın coğrafi mövqeyi elədir ki, ölkəmizə hər yerdə maraq var. Elə Qərbin özündə respublikamızla maraqlanırlar. O ki qaldı bəzi dövlətlərin rəhbərlərinə, onlar bilirlər ki, Azərbaycan, onun gücü nə deməkdir! Şərq da, Qərb də ölkəmizə xüsusi maraq göstərir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam