Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

AMEA–nın Tarix İnstitutunun direktoru cənab Yaqub Mahmudova AÇIQ MƏKTUB

 

"Xeberinfo.com":   Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurası və Bütöv Azərbaycan Ocaqlarının Dil və Tarix Qurumu AMEA – nın A, Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudova  Açıq Məktubla müraciət edib. Məktubda deyilir:

Hörmətli Yaqub müəllim!

Məlumunuz olduğu kimi, 1958-ci ildə Qazax rayonunun Sarıtəpə adlı ərazisində 2 sütun altlığı aşkarlanmışdır. Hazırda Tarix Muzeyində qorunan və e.ə. V-IV əsrlərə aid edilən bu maddi mədəniyyət nümunələri həmin dövrdə ölkəmizin ərazisində  zəngin şəhər mədəniyyəti ilə yanaşı yüksək memarlıq üslubunda və gözəl zövqlə inşa edilmiş saray komplekslərinin olduğundan xəbər  verməkdədir. Sarayın olması isə müstəqil dövlətçiliyin mövcudluğuna işarədir.  Bunun tariximiz, xüsusən də dövlətçilik tariximiz baxımından nə qədər böyük önəm daşıdığını, bizcə, Sizin kimi böyük alimə izah etməyə ehtiyac yoxdur.

Çox təəssüflər olsun ki, başçılıq etdiyiniz İnstitutun nəzdində fəaliyyət göstərərən Tarix Muzeyində sərgilənən bu dəyərsiz eksponatların guya Əhəmənilərə aid olduğu barədə sovet dövründə məlum səbəblərdən uydurulmuş yalan bu gün də qüvvədədir və sözügedən sütun altlıqları muzeyi ziyarət edənlərə Əhəməni, yəni fars abidəsi kimi təqdim olunur, halbuki, Sizə də, bizə də yaxşı məlumdur ki, Quzey Azərbaycanın nə zamansa fars-Əhəməni imperiyasının tərkibinə daxil olduğunu sübut edəcək bircə dənə də yazılı mənbə və artefakt yoxdur. Yeganə məlum olan tarixi fakt budur ki, farslar Əhəməni hökmdarı Kirin dövründə bu əraziləri işğal etməyə cəhd göstərmiş, fəqət Tomirisin başçılıq etdiyi türk-masaget ordusu onları böyük itkilər verərək qaçmağa məcbur etmiş, Kirin özü isə məhv edilərək başı kəsilmişdir.

Sovet dövründə irəli sürülən konsepsiyalardan biri də o idi ki, guya Atropatenanın ərazisi yalnız Güney Azərbaycanı əhatə etmiş və Quzey Azərbaycan ərazisi  bu dövlətin tərkibinə daxil olmamışdır. Halbuki, Polibinin yazdığına görə, Atropatenanın şimal sərhəddi Fazisdən (Gürcüstandakı Rioni çayı) yuxarıda Pont (Qara dəniz) dənizinə, cənub sərhəddləri isə Qirkan dənizinə (Xəzər dənizinin cənub – şərq hissəsi) qədər uzanırmış: “...Bu sonuncu (Atropatena şahı Artabazan) bütün hökmdarlar içərisində ən qüdrətlisi və ən müdrükü hesab edilirdi, atropatenalılar və qonşu xalqlar  üzərində hökm edirdi... Qərar qəbul edildikdən sonra  ordu dağları aşaraq Artabazanın Midiyanın qonşuluğunda yerləşən, ondan ortadakı dağlarla ayrılan, Fasidadan (Gürcüstandakı Rioni çayı)yuxarıda yeləşən hissəsi Pont (Qara dəniz)üzərində yüksələn, digər hissəsi isə Qirkan dənizinə  qədər uzanan ölkəsinə soxuldu. Bu ölkənin sərhədləri içərisində döyüşkən və özü – özünü at və müharibədə lazım olan digər şeylərlə təmin edən xalq yaşayır. Bu şahlıq hələ farslarn dövründə mövcud idi və İskəndərin dövründə o diqqətdən kənarda qalmışdı

Bu fakt birmənalı şəkildə sübut edir ki, Atropatenanın sərhəddləri Quzey Azərbaycanı da əhatə etmişdir. Eyni zamanda həm Azərbaycan Respublikası ərazisindən, həm də Gürcüstandan, o cümlədən Abxaziyadan çox sayda Atropatenaya aid qədim sikkənin tapılması da eyni şeydən xəbər verməkdədir. Bu isə o deməkdir ki, hansısa sarayın qalıqları olan sözügedən sütun altlıqlarını Əhəmənilərə deyil, Atropatenaya aid etmək daha doğru olar. Üstəlik də sütun altlıqlarının məhz Qazax rayonu ərazisindən tapıldığını unutmamaq lazımdır. Çünki Strabon Atropatenanın paytaxtından söz açarkən, açıq şəkildə yazmışdır ki, Atropatena şahlarının “yay paytaxtı düzənlikdə yerləşən Qazaka şəhəri” idi.

Maraqlıdır ki, Strabon Atroppatenanın qış paytaxtınının Vara şəhəri olduğunu söyləyir. Bu adın Gürcüstan ərazisində axan və Tiflis yaxınlığında Kür çayına tökülən Vera çayının adları ilə səsləşməsi də, fikrimizcə, təsadüfi deyildir.

Çox təəssüflər olsun ki, bu məsələyə indiyə qədər qeyri-ciddi yanaşmamız səbəbindən ermənilər Strabonun Albaniyanın sərhədləri haqqında söylədiklərindən çıxış edərək, yəni Kür çayının Qafqaz Albaniyasının  cənub və şərq sərhədlərini əhatə etdiyi barədə söylədiklərini əldə əsas tutaraq həmin dövrdə Kürdən qərbdəki ərazilərin guya Ermənistana aid olması barədə uydurmalara rəvac verməkdə və bir çoxlarını bu cəfəngiyyata inandıra bilməkdədirlər.

Hörmətli Yaqub müəllim!

Ümidvarıq ki, yuxarıda söylənilənlərdən çıxış edərək, eyni zamanda nüfuz və səlahiyyətinizdən istifadə edərək, Tarix Muzeyində sərgilənən, təkcə tariximizin obyektiv və düzgün öyrənilməsi baxımından deyil, milli mənafelərimiz acısından böyük strateji önəm daşıyan həmin sütun altlıqlarının altındakı yazıların dəyişdirilməsinə göstəriş verəcəksiniz.

Əhəmənilərin onlara heç bir dəxli yoxdur və onlar bilavasitə Atropatena ilə bağlıdırlar.

Hörmətlə;

Bütöv Azərbaycan Ocaqlarının Mərkəzi Şurası,

Bütöv Azərbaycan Ocaqlarının Dil və Tarix Qurumu 



Hörmətlə
BAO Mətbuat xidməti


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam