Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qərbin Azərbaycana münasibətində İslam amili rol oynayırmı?

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iki gün əvvəlki iclasında bir sıra məsələlərə toxunan çıxış edib. Ölkə başçısı çıxışının bir neçə yerində Azərbaycana qarşı məqsədli kampaniyadan, Qərb ölkələrindən qaynaqlanan fəaliyyətlərdən danışıb. Və bu zaman İslam amilini qeyd edib. 
"Xeberinfo.com":   Məlumata görə, ölkə başçısı vurğulayıb ki, Azərbaycana qarşı təzyiqlərin bir səbəbi də Azərbaycanın müsəlman ölkəsi olmasıdır. Sitat: “Əlbəttə ki, onlar müsəlman ölkəsinin bu qədər inkişaf etməsini istəməyən qüvvələrdir. Onlar, eyni zamanda, Azərbaycanda “beşinci kolon”un qalıqlarının himayədarları ilə birləşib bizə qarşı hücuma keçiblər”.
İ.Əliyevin sözlərinə görə, Qərbdə bir sıra dairələr Azərbaycanın müsəlman ölkəsi olaraq uğurlarını qəbul edə bilmir: “Ancaq mən nəyi demək istəyirəm, bax, budur yanaşma. Nəyə görə? Çünki boğulur, partlayır, barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi - Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir”. 
Qeyd edək ki, bu tezisləri hakimiyyət nümayəndələri daha əvvəl də səsləndirib. Vurğu onun üzərinə edilir ki, Azərbaycan müsəlman ölkəsi olaraq Qərbdə ayrı-seçkiliyə məruz qalır. Ümumilikdə isə Qərb ölkələrinin, “xristian klubu” hesab olunan Avropa Birliyinin müsəlman ölkələrinə qarşı münasibətində ayrı-seçkiliyin olması ilə bağlı bu günə qədər ən müxtəlif dərəcəli siyasətçilər, dövlət xadimlərinin fikriləri var. İndi isə bu fikirləri Azərbaycan rəsmiləri səsləndirir. Doğrudanmı, Azərbaycana münasibətdə Qərbin mövqeyində İslam amili, ölkəmizin müsəlman ölkəsi olmasının rolu olub? 
Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Qərbin Azərbaycana qarşı təzyiq siyasətinin arxasında müxtəlif amillər dayanır: “Qərbin Azərbaycana təzyiqi müxtəlif amillərlə bağlıdır. Burada rəsmi Bakının birmənalı xarici kurs yürütməməsi, avroatlantik məkana inteqrasiya yoluna sadiq  qalacağını bəyan etməməsi mühüm rol oynayır. Bakı Moskva və Vaşinqton arasında manevr etməkdə davam edir, təzyiqlər artdıqca Kremlə doğru reverans edir. Bu taktika Qərbi də təngə gətirməyə başlayıb. 
Odur ki, Bakını Rusiya ilə təkbaşına buraxmaq qərarına gəliblər. Qərb belə bir mesaj verir – “O Rusiya, bu da siz, biz çəkilirik”. Bakı ən müxtəlif səbəblərə görə Qərblə əməkdaşlıqda maraqlıdır. Odur ki, Qərbin məsafə saxlaması Bakını qıcıqlandırır”.
Qərbdə islamafobiya tendensiyasının mövcud olduğunu xatırladan ekspert deyir ki, Azərbaycana qarşı konkret bu tendensiyanın olduğunu iddia edə bilməz: “Qərbdə islamafobiya tendensiyaları təbii ki mövcuddur. Lakin bu məsələnin İslamla bağlılığı elə də önəm kəsb etmir. Qərb Şərqi həzm edə bilmir. Ayrı sivilizasiyalardır. Xristian aləmi İslama dözümsüz yanaşır. Avropa ölkələrinə mühacirət edən müsəlmanlar da Qərb dəyərlərinə saymazyana yanaşır, cəmiyyətə inteqrasiya ola bilmir və marginallaşırlar. Bu isə sivilizasiyaların savaşını daha da qızışdırır. Lakin Azərbaycana qarşı təzyiqlərdə din amilini həlledici amil hesab etmirəm”.
"Musavat.com"

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam