YAŞ İKƏN ƏYİLƏN ACLARIN ÜSYANI
VƏ DİRİYKƏN ÖLÜLƏRİN BƏRZƏX ALƏMİNDƏ OXUYACAQLARI HEKAYƏ
Belə getsə deyəsən bu “devolvasiya”, “denominasiya” məsələsi o dünyada da bizim yaxamızı buraxmayacaq. Allah rəhmət eləsin Türkiyənin ünlü cənətçisi Qayaxana – başımıza gətirilənləri oxudu, getdi. Məkanı cənnət olsun. Deyəsən BİRCƏ KƏFƏNƏ MÖHTAC AZƏRBAYCAN VƏTƏNDAŞlarının timsalında həpimiz o dünyada kamerton sədaları altında xor kapellası təşkil edib Bərzəx aləmində “BİR AŞKIN HEKAYƏSİ”ni oxuyacağıq.
Nə qədər gec deyil, calışıb bu “ƏGƏRLƏR”i düzəldək ki, ölənə yaxın əskiklərimiz çıxmasın. Yoxsa yaxamız İnkirlə Minkirin əlindən qurtulmaz. Sadə camaatı deyə bilmərəm, ancaq milləti ac-yalavac günə qoyanlar, onları borcun-xərcin içində can çürütməyə vadar edənlərin çəkəcəkləri qəbir əzabının şiddətini adam fikirləşəndə dəhşətə gəlir.
Əlacsılıqdan qırmızı diplomları sandıqçaya qoyub madmuazelləşmiş şortikli conların gözünü oxşayan körpülərin altında, eyiblərimizi gizləyən hasarların dibində müticəsinə formalaşan qul bazarında iş axtaran nökər-fəhlə, yaxud, elə həmin körpülərin, həmin hasarların arxasında min cür hoqqadan çıxan şah oğlu şah Abbasın oğlu olsan da - ÖLƏCƏKSƏN, insan oğlu, ÖLƏCƏKSƏN!
Bax o günü fikirləşmək lazımdır ki, öləndə də elə öləsən ki, cicmin yerdə qalmasın. Tapdalamayın qul haqqını! QUL HAQQINI TAPDALAMAQ ALLAHA ASİ OLMAQDIR VƏ BU, MİN DƏFƏ,
MİLYON DƏFƏ KƏBƏNİ ZİYARƏT ETSƏN DƏ, BAĞIŞLANMAZ!..
Mən hörmət bəslədiyim, xətrini daha çox istədiyim insanlara “SİZ” demirəm, “SƏN” deyirəm: çünki başqalariyla müqayisədə onları daha yaxşı tanıyıram. özümə bir köynək yaxın bilirəm. Ona görə də, bu kəsləri “siz”ləşdirmirəm – ikiləşdirmirəm. İçində Şeytan yatan insan ikiləşər – “siz”ləşər...Ancaq bu da bir problem deyil, kim məndə irad tutub “siz”ləşməsini tələb edərsə, çox məmnunluqla bu addımı ata bilərəm və ona “sağ ol” da deyərəm ki, onu tanımaq üçün məni dağa-daşa salmadı...
Uca Allahımıza “Sən”, Onun qullarına “Siz” deməklə insanlığın içində bir Şeytanın yaşadığını təsdiqləyənlər DİRİYKƏN ÖLÜLƏRDİR-...
Yurddaşını öz dünyəvi oyununda tamaşaçıya çevirən müvəffəqiyyətdən ərköyünləşmiş məmurlar, siyasətin, mətbuatın “qəlsəmələri” arasında özünə yer edən infuzorlar və onların şizofrenik davranışları altında ömrünü çürüdənlər DİRİYKƏN ÖLÜLƏRDİR...
Tumanımız bağsız qalıb, corabımız da yamaqsız. Hətta QƏBİRİSTANLIQ BİRYALARInda da qiymətlərin artması ELin öz günahıdır. Ay millət, öz ləhcələrinizdə “MAN, MAN” deyib, yaxanızı heç də kənara çəkməyin. CAHANGİRlik edən RÜSTƏMi-Zalların əlindən Azərbaycan BEYNƏLXALQ aləmdə də biabır olub. BANKların əlindən dövlətimiz üçün “...OF BAKU”, ”..QF AZERBAYCAN”, “vay RESPUBLİKA” deyə ağlayanların borcu çoxdan bir milyardı ötüb. Kimi dindirirsən, “dinmə, qardaş, dinmə, borc içində üzürəm, ÜZƏN MƏZƏNNƏ bir ağır DƏMİR olub düşüb başıma, BANK qapıları tək taybatay açılmışam. Bu zülümdən qurtulmaq üçün AKSESsuarlarımı satıb UNİ almışam ki, uşaqlar ac qalmasın, BANKa möhtac olmasın”. Əlhəmdulillah, bütün bunların fonunda və “öl, ay kasıb, öl!” sədaları altında ALLAHa ŞÜKÜR edib PAŞA-PAŞA HACA gedənlərimizin sayı çoxalıb! Allah ziyarətlərini qəbul etsin, getmək həsrətində olanlara da Allah nəsib etsin. Doğrusunu Allah bilir. Burda nə var ki? Bizimkilər
islamın şərtlərini yerinə yetirirlər. Fitrəni də gözəl-göyçək bəzgək quşlarımızın xətrinə Əl-Vahabın, əl-Məktumun oğlanlarına verirlər ki, korluq çəkməsinlər. Bizə baxmayın, BURDAN-BURA NƏNƏMİZİ ZİYARƏT EDƏ BİLMİRİK, ama əl-Məktumgilin uşaqları “mus-mus” demirlər, elə birdəfəlik MUSTAFA deyib, dünyanın bütün “toçkası”nda olan allahın yaratdığı canlıları öz ŞAHİNləriylə bigə ziyarət edirlər. Ona görə də verin getsin, ayıbdır...
Eh,... yadımdan çıxdı ki, harda qalmışdım.. Həə, orda qalmışdım ki, “biz ƏLİ aşiqiyik” deyənlərimiz də qalıblar birtəhər. Ədəbi-KAMALLa DİNin ZİYAsına yığışıb yaranmış fövqəladə vəziyyətdən sağ qurtulmaq üçün FA notu altında ZİLdən dualar oxuyurlar? Dualar oxuyurlar ki, millətimiz murada çatsın. Nə yazıq ki, piyada yol gedənlərdən at almaq bacarığını öyrənmək istəyənlər DİRİYKƏN ÖLÜLƏRDİR....
Mövcud gerçəkliklə gələcək arasında möhkəm özülə malik körpünün qurulması bu günümüzün ən aktual mövzularından biridir. Ancaq buna münasibətdə sərgilənən mövqelər özünü siyasi proseslərdə iştirakçı kimi göstərənlərin heç də zamanın nəbzini tuta bilmədiklərini ortalığa qoyur. Gerçəkliyi tənqid edərək iqtisadi-ictimai bərabərsizlikdən, yaxud hakimiyyətin kütləni dinləmək iqtidarında olmamasından, korrupsiyanın baş alıb getməsindən danışanların özləri, görünən budur ki, ortaya alternativ model qoymaq bacarığından çox-çox uzaqdırlar. Elə isə kuzəçilər kimi sınıq qabda su içməyə daha çox üstünlük verənlər də DİRİYKƏN ÖLÜLƏRDİR...
İctimai nəzarət azadlığın varlığının qarantıdır. Belə olan halda hər bir kəs taleyüklü məsələlərin müzakirəsində ilk növbədə özünütənqiddən başlayır. Müzakirəyə qatılan tərəflər ilk növbədə bir-birinin müsbət keyfiyyətlərini qiymətləndirməklə mənfi addımların tənzimlənməsi və bunun ümummilli maraqlar naminə istiqamətləndirilməsi üçün qarşılıqlı güzəşt prinsiplərini əks tərəfə təqdim edirlər. Belə güzəşt prinsipini təqdim etməyənlərsə DİRİYKƏN ÖLÜLƏRDİR...
Siyasi olimpə gedən yolda qarşı tərəfin mövqelərini zəiflətmək üçün daha çox şər, böhtan kampaniyasından istifadə etməyi taktiki və strateyi
gediş kimi qəbul edən qüvvələr asanlıqla xarici kəşfiyyatın girovuna çevrilir. Siyasi davranışlarını xarici kəşfiyyatın maraqları çərçivəsində quraraq öz sadə elektoratını aldatmaqla susmağı üstün tutanlar DİRİYKƏN ÖLÜLƏRDİR...
İnzibati aparatda nəzarət mexanizminin olmaması siyasi sistem üçün ölümə bərabərdir. Əgər bu gün hansısa nazirin, hansısa komitə sədrinin, hansısa icra başçısının ucbatından fəhlənin haqqı tapdalanmaqla dolayısı yolla sosial narazılıq formalaşdırılırsa və buna münasibətdə seyrçi mövqe sərgilənirsə, bu, həm də, inzibati aparatda olan nəzarətsizlik sisteminin görüntüsüdür. Bu kontekstdə güzgüdə özlərinə baxa bilməyənlər DİRİYKƏN ÖLÜLƏRDİR...
Diriykən ölü olanların sayı çoxmu, yoxsa yoxmu? Maraqlanan yox. Ancaq buna baxmayaraq DƏLİLƏRİN DAVRANIŞI ÇOX ZAMAN ADAMLARI ÖZÜNƏ CƏLB EDİR. Elə dəlilər də DİRİYKƏN ÖLÜLƏRDİR...
DƏLİLƏRİN APARDIQLARI MÜBARİZƏ isə heç də ideoloyi mübarizə deyil. Cadəcə olaraq, BU, YAŞ İKƏN ƏYİLƏN ACLARIN ÜSYANIDIR... Və,..və burada bir nöqtə...Özü də üçü birində. Ancaq və yeri gəlmişkən , BİRi üçləşdirmək ANALOQU OLMAYAN DƏLİLİYİN, ÜÇÜ BİRİNDƏ olanlara aldanmaqsa CƏFEH HƏRİSLİYİN göstəricisidir... Dəlilik və səfeh hərislikdən uzaq olmaq arzusuyla burada “BİR AŞKIN HEKAYƏSİ” bitdi. Allah SƏNə rəhmət eləsin, Qayaxan! Allah SƏNə rəhmət eləsin, Cəlil Məmmədquluzadə! Elə ÖLÜLƏRə də...
.P.S. SƏN bu yazını oxu və paylaş – Azərbaycan naminə!
İGİD TEYMURLU