Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ARTUR RASİZADƏNİ QOCALDAN DƏRDLƏRİMİZ

 

VƏ ƏL-MƏKTUMUN QUŞBAZ OĞLU

 

Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19-cu övladı  Həmdan bin Məhəmməd bin Rəşid öz ƏRƏB QUŞLARIyla deyəsən qurşağının altını bərkitmək üçün Azərbaycana təşrif buyurmuşdu və sonra da yox olub getdi. O, məmləkətimizin quşlarını quşla tutmağa gəlmişdi. “Xanım qırsa – qəza, nökər qırsa – cəza” prinsipiylə işləyən QORUQÇUlarımızın başı iqtisadi inkişafımızın sürətinin yavaşıdılmasına qarışdığından qonağın üzünü də görə bilmədilər. Ancaq qonaq da bunu çox üz vermə kimi qiymətləndirib başladı taxçamızı-boxçamızı eşələməyə. Orada da bir şey tapa bilmədi. Gördü ki, Azərbaycanda taxçadakılar qarında, boxçadakılar da əyinlərdədir...

Ritorika sənətinin ən yüksək zirvəsi həqiqəti yalan və yalanı da həqiqət kimi qələmə vermək, insanları etmək istəmədikləri hərəkətə sövq etməyə, can atdıqları hərəkəti də etməməyə məcbur etməkdən ibarətdir. Bu halda onları o qədər inandırmaq lazımdır ki, həmin adamlar bunu məcburiyyət qarşısında  yox, böyük bir həvəslə yerinə yetirsinlər. Bunun da ilkin şərti QOCAdan deməyin, CAVANdan da köməyin olmasıdır. “Qoca kişi nə istər, yox yerdən də var istər: Əkilməmiş ağacdan, heyva istər, nar istər”. Lap elə bizim Hazirlər Kabinetimizin əstəğfürullah, gözəgörünməz başçısı kimi.

Kim nə deyir, desin, mən bu fikirdəyəm ki, onun gözəgörünməzliyi QOCALIQdandır. Amma bir şey də deyim haaa. Qocanın gözü həmişə qazanın dibində olur. Nəzərə alsaq ki, qazan oddan, insansa sözdən qızar, onda bunu qazı da bilir, quzu da bilir ki, qoca adamın odu alışdırıb ocağı qalaması üçün nəfəsi yetməz. Və bu işi qocaların boynuna qoymaq heç insafdan deyil. Amma bizdə deyəsən insaflar azalıb ki, Artur Rasizadə kimi bir qocaya olmazın yükü çəkdirirlər. Ürəkləri daşdan imiş, o gün Artur müəllim Milli Məclisdə bir xeylax tribunada ayaq üstə durdu, baxdı, baxdı, durdu,  təzədən durub baxdı, ancaq cözün düzü mən bilmədim ki, axı o Kişiyə nöş belə əziyyət verirlər. Həmd olsun Allaha ki, milli xoruzlarımız öz vəzifələrinini layiqincə yerinə yetirib vaxt-vaxtında banladıqları kimi milli toyuqlarımız da dolların qalxmasından sonra yaxşıca cərimələnib, vaxtı-vaxtında öz yumurtalarını xalqa çatdırırlar. Kəsəsi, millətimiz ac deyil. Belə olan halda bu Qoca Kişidən nə istəyirlər, mən bilmirəm də. Yenə də həmd olsun bizi Yaradana, Artur müəllimin kurasiyasında olan nazirlər işlərin o qədər yaxşı bilirlər ki, heç baş nazirin məsləhətinə ehtiyacları da  qalmır. Ehtiyac yoxdursa, dəyməyin ona, yaxşı deyil, Qoca Kişidir, qoy gedib istirahətini etsin də...

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd artıq 27 kəfən çürüdən Şəhidlərimizin Ruhu qarşısında nanəcib vətəndaş olaraq gəzməyimizdəndir ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd DƏRDLƏRİMİZə bəlli tarixlərdən don biçib onu ildə bir dəfə modelyerlərsayağı nümayiş etdirməyimizdən və evində dəlik, belində yara olanların yar sirrini yuxularında həzrəti Süleymanı görənlərdən aramalarındandır ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd kürkü əlindən alınmış məmləkət əhlinin “ölüm var ki, həyat qədər dəyərli; həyat var ki, ölümdən də betərdir” gerçəkliyini dərk etməməsindədir ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd

gecə-gündüz çalışan məmləkət əhlinin səfalətlə yol yoldaşı olması, damımızı uçurdular - lap yaxşı; canımız dam kürüməkdən qurtuldu deməsi və bütün bunların qarşılığında başlar yarıb ətəklərə qoz tökənlərə təşəkkür dolu ismarıclar göndərmələrindəndir ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd Azərbaycanın var-dövlətini talayan nazirlərdən, məmur tayfasından, komitə rəhbərlərindən baş nazirin haqq-hesab tələb edə bilməməsi, onların dövlət büdcəsindən insafsızcasına həzm etdiklərini bu şəxslərin burunlarından xola-xola edib gətirməməsindəndir ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd dövlətlinin çirkin qızına qusullanmamış hacıların zamin durmasıdır. Atalar deyir ki, itini haya öyrətmə, qonşunu da paya. Tərslikdən bizim milli itlərimiz haya, xaricdən bizə diş qıcayanlarsa paya öyrəşdiklərindəndir ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd baş nazirin tutduğu vəzifənin mahiyyətindən doğan yüklərini lazımi ünvana çatdıra bilməməsi,  hakim elitada sözünün kəsərinin heçə endirilməsi, ölkədə baş verənlər haqda demək olar ki, tam məlumatsız olmasındandır ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd Hacıqabulda, Neftçalada ov ovlayan, quş quşlayan, Lənkəranda çay kollarını yoxlayan  Həmdanın Qəbələdə dağ keçilərinə barmaq silkələməklə bizim bəzi səlahiyyət sahiblərinin damarlarına baxıb qan almağındandır ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd Ekologiya və Təbii Sərvətlər Nazirliyinin atılan topların səsindən ayılmamasıdır. Öz vətəndaşlarını gözümçıxdıya salan Azərbaycanın hakimi-mütləqi-əbədiyyələri elə bircə il bundan öncə 20 nəfər yazığın qışqırda-qışqırda filan qədər pulunu aldı ki, bəc siz nədən bizim bəzgəklərin xətrinə dəyib onların qanadlarından kirayə pulu istəmisiniz. Belə haqsızlıqlardandır ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd Nazirliyin ƏRƏB QUŞLARInı uçurdandan sonra “hani ə, hani ə, o?” –deyə qışqıraraq Məktumun Həmdanını axtarmağındadır ki, bu da Artur müəllimi qocaldıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd siyasətçi uşaqların onu heç dinləməmələri, Rasizadədən özlərinə istehkam quraraq ondan lazım olanda qurban veriləcək üçüncü əl kimi istifadə etmələrindəndir ki, Artur müəllim qocalıb!

Hə, doğrudan da, Artur müəllim Rasizadə qocalıb! Ehh, qocalar da! Belə Allah canını sağ eləsin. Bu, elə də böyük dərd deyil. Ən böyük dərd odur  ki,  bu yazını heç də ritorikanın nümunəsi kimi dəyərləndirməyin. Dahilər deyib ki,  insan susanda dərrakə yatır, danışandasa o, daha yaxşı işləyir. İkisinin  bir qaydada olmasısa reyimin pozulmasıdır ki, bu da Artur müəllimi qocaldıb!

VƏ SONDA: Dubaylı balasının menyüsünə: bizlərdə belə bir söz var – deyir, QUŞLAR dənə, milçəklər də şirəyə gələrlər. Ay Həmdan, indi mən xoruzun quyruğuna inanım, yoxsa tülkünün andına. Doğrudanmı cən bizim yurda QUŞLAMAĞA gəlmişdin və nə haqla?! Yoxsa  ərəb baharının istisi səni birtəhər edib ki, könlündən buralarda QIŞLAMAQ keçir. Yəqin Qəbələdə gördün ki, biz qonaqpərvər xalqıq – indi istəyirsən QUŞLA, istəyirsən də QIŞLA. Bizim bundan bir qorxumuz, hürkümüz yox. Axı quşdan qorxanlar darı əkməz. İlin, günün bu vaxtı  sənin nə işin var axı buralarda. Orada – məmləkətində ərəb ölüb, qan düşüb. Sənsə quşbazlıqla məşğul olduğundandır ki, bu Artur müəllim qocalıb....

 

 

P.S. Hərənin öz dünyası var - Dəlinin düşünməsinə, Toyuğun da eşələnməsinə dərman yoxdur. 

 

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam