Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

TƏNHALIĞIMIZ “SEVİLİYADAN QRENADAYACAN”

 

 

 YENİ İNSAN VAHİDİ  ŞARİKOVUN SARIMSAQLI ETİRAFLARI

 

Xeberinfo.com:  “...Bir nəfər yeddi otaqlı evdə yaşayır və 40 cüt şalvarı var; o birisisə küçələrdə sülənib zibil yeşiklərində yemək axtarır, mən də yeməksiz qala bilmirəm...”. Bu, Bulqakovun “İt ürəyi” povestindəki professor Preobrayenskinin bicbalası olan Poliqraf Poliqrafoviç Şarikovun etiraflarıdır...Və bu etiraflar heç də  ayrı-ayrı fərdlərin yaşam tərzi deyil, bütövlükdə zamanın gerçəkliyidir. O gercəklik bu gün bizim məmləkətimizdə yaşanmaqdadır...

İtiylə Adamı yan yana duran, İti Adam günündə, Adamı da İt günündə olan Azərbaycanda mənəvi deqradasiya baş  alıb getməkdədir. Toxun Acdan, Acın da Toxdan xəbəri  yoxdur. Məmləkət Əhlini elə bil bu andaca bir-bir KƏMALƏDDİN HEYDƏROVUN HELİKOPTERLƏRİ ilə gətirib Azərbaycana düşürmüsən.

 Matı-mutu quruyub bu millətin – deyirlər “Azal” Cahangirdə də var – varsa elə bil pilotların şahı CAHANGİRİN  yemləri hər gün Afrikadan, Avstraliyadan gətirilən ZOOPARKIndakı vəhşi Mal-Heyvanın qorxusu millətin canına vicvicə salıb.

Hipofiz  yoluyla adam olan məmur tayfasını basan bit-birədən millətə qaşınma düşüb.

Qaşınan millət ölkənin BAŞ NAZİRirini görmək ücün yerli və milli instansiyalardan olan ASTANOVKA AXTARIŞIndan sonra İnterpoldan tutmuş İnterpataloka qədər müraciət etməyi nəzərdə tutur.

Çoxdilli olan, yəni bir neçə dildə danışmağı bacaran ŞAHİN MUSTAFAYEVLƏR, SƏLİM MÜSLÜMOVLARın leksikonlarında deyəsən azəri türkcəsində bircə dənə “mən sizə göstərərəm” ibarəsi var. Çox dil bilməyi yüksək göstərici kimi millətin beyninə yeridən nazirlərimizin heç biri XALQIN DİLİni öyrənə bilmədilər və bilməyəcəklər də...Çünki günah Filip Filipovic Preobrayenskilərdədir ki, atavizmin əsil mahiyyətini həm onlardan, həm də onları adam bilən geniş kütlədən gizlədirlər....

Dünyada gedən şaltay-paltay proseslərin nəbzini banklar  kralımız olan RÜSTƏMOV ELMAN deyəsən yaxşı tutub. Faizləri millətin boynuna yükləyib havaya sovurduqları pulu kompensasiya etmək üçün çaqıl daşları tapdalayıb keçib biçir canıyla, qanıyla bu vətəni qoruyanları. Rüstəmov bir cibi fındıq, bir cibi  kişmiş olan bankirlərin saatlarını da deyəsən sosial şəbəkələrə inansaq, elə həmin şəbəkələrdə yayılan gülməşəkər “oğlunun 230 min dollarlıq saatı”yla qurub. Deyilənə görə, o uşaq da kefinəqulu bir şeydir, saatı necə istəyir, elə də fırladır. Bankirlər də öz növbəsində yazıq milləti fırlatmaqdadır.

Bütün düzü dünya quşqonmaz hasarlarla əhatələndiyindən  bu karusel əməliyyatı o tayda da görünmür..İnhisarçılığa və monopoliyaya elan olunan müharibədə uğur qazana bilməməyin elə də böyük sirri yoxdur. Çünki elə həmin nazir və komitə rəhbərlərinin özləri inhisarçı və monopolistlərdir, aparılan mübarizədə də bir-birinin ayaqlarını tapdalamırlar və tapdamazlar da. Bəlkə də buna bir işarə idi ki, dövlət başçısı keçirdiyi müşavirədə “vicdansızlar”a sonuncu xəbərdarlığını bildirdi...

Marqaritanın sözü olmasın, indi “təzə peşə də peyda olub – küçə oğraşlığı”. Bir loxma çörəkdən ötəri oğurluq, quldurluq baş alıb gedir. SOSİAL NARAZILIQLARI STİMULLAŞDIRAN yerli icra və bələdiyyə strukturlarının dövlətin vətəndaşına sahib çıxa bilməməsi yestini formalaşdırma cəhdi həm də Milli Məclis və bank qərarları ilə çulğalaşır. Millətin yalın ayağına toxunan corablar ya dəhşətli dərəcədə darısqal, ya da gülüş doğuracaq səviyyədə böyük olur. Xırıltılı qışqırıqlar eşidilməz olub. Satılan yalanlar əsil həqiqətləri pərdələyib. Dövlət başçısı  “xalqın birinci xidmətşisi mən özüməm” deyir, aşağı instansiyalarsa ŞARİKOVSAYAĞI ƏXLAQSIZLIQ nümayiş etdirirlər – “narkoman”, “köpəkuşağı” yarlığı ilə xalqı ətraf aləmə təqdim edirlər. Gördükləri qədər budur. Öz ilkinliklərinə qayıdırlar....

Bax bütün bunları görəndə adamın “”dəli bir ağlamaq keçir könlündən”, gözləri yaşarır adamın. Bu da yəqin ünlü şairimiz rəhmətlik MƏMMƏD ARAZIN YEZNƏSİ Aqil Abbasın əkmək istədiyi soğanın təsirindəndir.Deyir soğan göyərəndə o da özünü bir gül sanar, ay Aqil Abbas. Türklərin ruslardan üzr istəməsi zərurətini israrla bildirən Aqil Abbas devolvasiyanın zülmündən beli bükülən xalqa “gedin soğan əkin” deməklə lap deyəsən gül açdı – özü də çox sevdiyi JAL ŞİRAKIN GÜLÜndən. KƏNDÇİM ŞƏFA demişkən, dədənin dədəbədədəsinin dədəbədədəsinin dədəbədədəsinə “Sevilyadan Qrenadayacan” min lənət ay erməni, nöş belələrini qovdun Qarabağdan. Oturub soğan sarımsağını əkərdi də, iyi də o tərəflərə gedərdi.  Öz aramızdır, Məmməd Arazın yeznəsi də ağzının dadını yaxşı bilir haaa – axı Ağdam soğanının ayrı bir ləzzəti var. Amma sən saydığını say, gör bankir fələk nə sayır – odur e, indi lənətə gəlmiş ermənilər həmin yurd yerlərini soğan sarımsaq əkinəcəyinə cevirib, Aqil Abbas da dərd əlindən gedib Alp dağlarının ətəklərinəcən çıxıb. Seçicinə də deyir ki, get soğan ək! Deyəsən o tərəflərdə soğan yaxşı gedir haaa...

Maraqlıdır, 1700-2200 manat civarında əmək haqqı alan bu Aqilabbaslar Alp dağlarına necə gedib çıxırlar? Və yenə maraqlıdır, elə həmin əmək haqqını alan Aqilabbaslar kateqoriyasından olan başqa birisinin otağındakı 700 000 (yeddi yüz min) manat pul haradandır?..Amma öz aramızdır, bütöv Azərbaycanı bu pulla SOĞANISTANA  çevirmək olar haaaa...

Aqil Abbasın soğan sarımsaq söhbəti spiker OQTAY ƏSƏDOVa da deyəsən yamanca təsir edib. Adam deputatları Zirəlilərin gözündən iraq, ağlamağa dəvət edir – banklar üçün!!!!!!!!Mən də durub Naqiflə Aqili qınayıram, adamlar day denən  Oqtay Əsədovun halindən rəncidə olublar da!!!

Amma AĞLAMAQÇÜN BAŞQA MÖVZULAR da var haaa, cənab spiker. MƏSƏLƏN, mətbuat yazır ki, təcili olaraq Nazirlər Kabineti  və Milli Məslis buraxılmalıdır – çünki ölkəni fəlakət həddinə gətirib çıxaran bunlar və bunlara arxalanan, bunların simasında özlərinə sarsılmaz dayaq tapan Rüstəmov Elman və Elman Rüstəmovun gic yerinə qoyduğu banklardır!...MƏSƏLƏN, mətbuat yazır ki Səhid Qanından cücərib boy atan Azərbaycanı intiharlar məmləkətinə çevirənlər nitq stenoqramlarına, fonoqraf yazılarına və taleyüklü məsələlərin həllindəki mövqelərinə əsaslansaq, bizdən olmayanlardır!...MƏSƏLƏN, mətbuat yazır ki, banklar elə bu adamların özlərinə mənsub olduğu üçün devolvasiyadan xalqa dəyən zərbə heç bunların veclərinə də deyir!... MƏSƏLƏN, mətbuat yazır ki, Azərbaycanın Müstəqillik Aktıni imzalamayan adamlar  bu gün də MıMının əbədi deputatlarına çevriliblər!...  MƏSƏLƏN, mətbuat yazır ki, Oqtay Əsədovun pərişan halını görəndən sonra 20 Yanvar metrosu ətrafındakı şadlıq sarayları öz profillərini dəyişiblər – tamadalar işdən uzaqlaşdırılır, əvəzində mərsiyə deyənlər öz dəsmallarıyla iş başına gətirilir: ağlaşanların dəsmallarını yumağa suları da öz əllərində, nə qədər desən var. Üstəlik SEVİNC xanım FƏTƏLİYEVAnın seçiciləri kimi kanalizasiya sularını təmizləmək üçün ayda 2 dəfə və hər dəfədə 30 manat olmaq şərtilə pul xərcləmirlər ki!?.. MƏSƏLƏN, mətbuat yazır ki, Əsədovun sosial siyasət komissiyasının HADI RƏCƏBOVu  xalq kanalizasiya sularının içində boğulsa da, o, belə şeyləri görmür!...MƏSƏLƏN, mətbuat yazır ki, “Cooqle”nin axtarış sistemi öz deputatlarının adını öyrənmək və şəklini görmək üçün Azərbaycan seçicilərinin əlindən partlamağa qalıb!... MƏSƏLƏN, mətbuat yazır ki, bir qisim deputatlar var ki, ermənilərlə birbaşa qohumdular... MƏSƏLƏN, mətbuat yazır ki, hansısa müəllim deputatın oğlunun Ermənistanda tikinti biznesi var... MƏSƏLƏN, mətbuat yazır ki, hansısa deputat Bakıya “Lambarghini Gallardo” gətirib ki, Aqil Abbasın sifariş verdiyi soğanları vasmoyun bazarına daşısın!... MƏSƏLƏN,  mətbuat yazır ki, sadə camaat artıq erməniləri söyməkdən vaz keçib!...MƏSƏLƏN, mətbuat yazır ki, Fazil Qəzənfəroğlu sadə camaatın, xalqın onları söydüyünü ərz edir!... MƏSƏLƏN, mətbuat yazır ki, rəhmətlik Heydər Əliyev Surət Hüseynovu  gecənin bir aləmində necə məharətlə ictimai qınaqla üz-üzə qoymuşdusa, keçkə indiki harınlamış təbəqəni də dövlət  başçısı İlham Əliyev eləcə ac və haqqı tapdalanan xalqla baş-başa qoyaydı!... MƏSƏLƏN, mətbuat yazır ki, bax belə olan halda sümüyə dirənən bıçaqlar ölkə başçısına əzələ nümayiş etdirən harınlamışların timsalında formalaşan yeni insan vahidinin taxtını başlarına keçirər!..Çox şeylər yazırlar....Nə bilim vallah????.... Ancaq deyilənlər düzdürsə, onda elə əsil ağlamalı hava elə budur, ay Oqtay müəllim! Qoy Aqil Abbas da başqaları kimi arendaya götürdüyü sahədə soğan sarımsağını əksin...

Preobrayenskinin bicbalasının etirafları alqışlanasıdır. Etiraf həm də BÖYÜKLÜK əlamətidir. Bu gün yeddi otaqlılarla halal otaqları zəbt olunanlar da, 40 cüt şalvarı olanlarla dolanışıq üçün şalvarsız qalanlar da etiraf etməlidirlər. Poliqraf Poliqrafoviç öz etirafını cildinə istinadən “...nə olsun ki, iy verir.....sənətimlə bağlıdır...dünən o qədər pişik boğmuşuq ki...” formatında bildirmişdi.  Gerçəkliyi dilə gətirmişdi....Gerçəkliyi dilə gətirək ki, məmləkətimiz yaşasın, məmləkətimizi yaşadaq....

 

 

P.S: Xalq Filip Filipoviçin diliylə danışır: “...mən o qədər tənhayam ki....Seviliyadan Qrenadayacan”....  

 

İGİD TEYMURLU


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam